DTX ALEKSANDR DÜMANI CASUSLUQDA İTTİHAM EDİR

Azərbaycan Dövlət təhlükəsizlik xidməti məşhur fransız yazıçısı Aleksandr Dümanın əleyhinə cinayət işi qaldırıb.b. Cinayət işi hələlik ata Dümanın əleyhinə açılıb, güman etmək olar ki, tezliklə oğul Düma da cinayət məsuliyyətinə cəlb ediləcək. Çünki Azərbaycan qanunlarına görə oğul ataya, ata oğula cavabdehdir.

DTX-nın verdiyi açıqlamada deyilir ki, Aleksandr Dümanın 1858-ci ildə Bakıya səfəri onun casusluq fəaliyyəti ilə bağlı olub. Aleksandr Dümanın Fransanın kəşfiyyat orqanlarından aldığı tapşırıqlardan biri Qız qalasının necə tikildiyini öyrənək imiş. Çünki fransızlar belə bir möhtəşəm qalanın surətini Parisdə tikmək istəyiblər. Ancaq bilməyiblər ki, qalanı şaquli, yəni altdan yuxarı hörsünlər və ya yerdə böyrü üstə hörüb sonra təkanla qaldırsınlar. Görünür ki, Düma Bakıda bu tapşırığı yerinə yetirə bilməyib, ona görə fransızlar Qız qalası tikmək arzusiyla vidalaşıb əvəzində yöndəmsiz Eyfel qülləsini ucaldıblar…

DTX-nın məlumatına görə, Aleksandr Düma Bakıda olarkən xan qızı Natəvanı casusluq fəaliyyətinə cəlb edib və bizim şairə uzun illər “Natali” təxəllüsü ilə Fransız kəşfiyyatının agenti olub. Bakıda olarkən Dümanın Natəvanla şahmat oynaması və uduzub ona şahmat dəstini bağışlaması da casusluq gəaliyyəti ilə bağlıdır. Dümanın bağışladığı şahmat fiqurlarında çiplər olub, bu çiplərlə Natəvan Qarabağa aid məlumatları Dümauya ötürürümüş. Düma da, əlbəttə, bu məxfi informasiyanı Fransa ermənilərinə çatdırırmış…

Aleksandr Dümanın əleyhinə qaldırılmış cinayət işinin necə cərəyan edəcəyi məlum deyil. Yüz əlli il bundan qabaq ölmüş yazıçı-casus necə mühakimə olunacaq və ona hansı cəza kəsilə bilər? Vallah, qabaqda görəcəkli günlərmiz var…

Mirzə Əlilin fikrincə, dünyada ən ədalətli məhkəmə olan Azərbaycan məhkəməsinin hökmü ilə Aleksandr Dümanın sür-sümüyünü Fransadan almaq və gətirib Kürdəxanı türməsində basdırmaq lazımdır.

Sözümü burda bitirib deyirəm:

Yaşasın DTX!

Yaşasın Əli Nağıyev!

Yaşasın Paşaholdinq!

Yaşasın dəmir yumruqlu müzəffər və əbədi prezident!

Mirzə Əlil

  1. 01. 2024, Samara

MÜXALİF JURNALİSTİN 20-Cİ SAHƏDƏ QANUNSUZ EV TİKMƏYİ İKİ STULDA OTURMAQ CƏHDİ KİMİDİR

İdeal adam, əlbəttə yoxdur, ancaq müxalif siyasətçi və özünü müstəqil sayan jurnalist qüsursuz olmalıdır – xüsusən maliyyə məsələlərində. Çünki Azərbaycanda iqtidara qarşı yürüdülən ən birinci və ən ciddi ittiham onun oğru olmasıdır.

Məmurlar müxtəlif yollarla varlanırlar – ölkənin təbii sərvətərini ələ keçirməklə, inhisarçı bizneslə və rüşvətlə. Yüksək rütbəli məmurlar ailədən ya ailəyə yaxın dairələrdəndirlər, təbii sərvətlər, iri biznes (orta biznes, Azərbaycanda demək olar ki, yoxdur) onlardadır. Orta və aşağı rütbəli məmurlar büdcə pulların mənimsəməklə və rüşvət almaqla varlanırlar.

Və Azərbaycan, əlbəttə, rüşvətxorlar ölkəsidir.

Ancaq müxalif siyasətçi və ya müstəqil jurnalist rüşvət verirsə, o da olur guya mübarizə apardığı məmurların tayı.

Anar Orucov, Kanal 13-ün rəhbəri, öz kanalındakı çıxışında “aşağı ranqlı məmurların” – rayonlarda təhsil və maliyyə şöbələrinin müdirlərinin, Bakıda “liftlər idarəsinin müdirinin” on milyonlarla rüşvət pulunu xaricə çıxardıqlarını deyir.

Anar Orucovun qardaşı jurnalist Əziz Orucovu 20-ci sahədə qanunsuz torpaq zəbt edib ev tikməkdə ittiham edirlər.

20-ci sahədə torpağı necə “zəbt edirlər”? Əlbəttə, heç kim, silahlı basqın edib bir neçə sot torpağı ələ keçirmr. Torpağı məmurlarla və inzibati orqanlarla əlbir adamlar satırlar. İnternetdə elanlar da var. Yəni Əziz Orucov torpağı rüşvətlə “zəbt edib”. Torpaq alınandan sonra üstündə tikinti aparılmağına, yəqin ki, yenə rüşvət verilib. Yəni Əziz Orucov bir ətək rüşvət verərək məmurları və polisləri varlandırıb. İndi deyirlər ki, qanunsuz tikilən yüz minlərlə ev var, niyə gözünüz ancaq Əziz Orucovu gördü?

20-ci sahə torpaq

Bu sualın cavabı çox sadədir: qanunsuz torpaq zəbt edib üstündə qanunsuz ev tikən on minlərlə insan, Əziz Orucovdan fəqli olaraq, İnternet televiziyasında rejimi ifşa eləmir, məmurların talançılığından danışmır. On minlərlə insan dilini qarnına qoyub başını girələyir. Sən əgər ölkəyə yiyəlik edənlərin oğurluğundan danışırsansa, onlar da cavab tədbirti görəcəklər. Burda gözlənilməz nə var? Qanunsuzluğa qarşı açıq mübarizə aparan gərək qanunu pozmaya. Həkimə rüşvət verməyi mən istisna edirəm, çünki verməsən, özünü və ya yaxınını əməliiyyat eləmək əvəzinə bıçaqlayıb öldürər. Ancaq torpaq “zəbt eləmədən”, üstündə mülk tikmədən yaşamaq olar. Məsələn, kirayə mənzildə. Xəncərinin qaşı düşəcək? Totalitar rejimlə mübarizəyə qalxmış adam gərək hər cür məhrumiyyətlərə tablaşa. Komfort həyat istəyirsənsə, get sığın rejimə, sən də daraş bir tərəfdən ye.

Əgər torpağın pulunu, məmura, polisə verilən rüşvəti, tikintiyə sərf edilən vəsaiti təxminən hesablasaq, ciddi məbləğ alınar. Bu qədər pulu çətin ki, İnternet kanalı ilə qazanmaq olar. İngilis seqmetində olan videolara cəmi 300-400 baxış olur. Bu nə qədər pul gətirər? Hələ ailənin dolanışığı da var.

Başqa bir çıxışında Anar Orucov onlara qarşı sürülən başqa bir ittihamı, avtomovil hissələrinin ölkəyə qanunsuz gətirilməsini  izah edərək deyirdi ki, hissələri dost-tanış üçün göndərib, qazanc olmayıb.

İnandınız? Mən yox.

Əlbəttə, avtomobil hissələri ilə alverdə pis heç nə yoxdur. Ancaq gərək əvvəlcə telekanalını bağlayasan, ya da Əliyevlərin tərifi kanalına çevirəsən.

Müxalif siyasətçi, jurnalist verdiyi hər bəyanatda, dediyi hr sözdə belə səliqəli və dəqiq olmalıdır. Tofiq Yaqublunun evində axtarışdan sonra arvadı deyirdi ki, evdə bir qəpik olmayıb, qızı deyirdi balışın altında 200 avro olub. Əlbəttə, ailə üçün 200 avro çox kiçik məbləğdir. Ancaq ailə üzvlərinin bir-birinə zdidd getməsi onları etibardan salır.

Anar Orucov bir şəhid anasını məmurun necə təhqir etdiyindən danışır. Məmur deyib ki, “sənin oğlun mənə görə ölməyib”. Jurnalist əlavə edr ki, ananın oğlu canını qurban verib, “dövlət ona bir manat yardım verməyib”.

Bu, doğrudurmu? Şəhid ailəsinə 11 min sığorta pulu verilmirmi? Başqa ödənişlər də var. Demirəm ki, bu, yaxşıdır ya çoxdur. Ancaq “bir manat da verməyib” ittihamı yalandır və bu, Anar Orucovun başqa iddialalrına da şübhə yaradır.

Üstəlik bu monoloqunda Anar Orucov cəsur, mübariz adamlar sırasında Rüfət Muradlının adını çəkir.

Rüfət Muradlı Qarabağın hansı hissəsində, hansı müharibəsində vuruşub və bədəninin hansı hissəsini itirib? Rüfət Muradlıın cəi bir itkisi olub – nədənsə türməyə bığlı girib, bığsız çıxıb. Bığın başına nə gəlib, məlum deyil…

X.X.

06.01. 2024, Samara

RÜFƏT MURADLI YENƏ BAŞLADI QƏBİRLƏRƏ KƏRKİNMƏYƏ…

Bu yazı 18 yaşı tamam olanlar üçündür.

Yəqin ki, “pedofil”, “zoofil” və “hətta” “nekrofil” terminləri çox adama tanışdır. Bilməyənlər üçün deyirəm ki, məsələn, nekrofil” ölüsevənlərə deyilir. Təfərrüata varmaq istəmirəm.

Maraqlıdır, qəbirsevənlərə, qəbrə sürtünənlərə, şeyi öz adı ilə desək, qəbrə kərkinənlərə nə deyilə bilər?

Rüfət Muradlını tanıyanlar çox olar. Qundaqdan çıxandan siyasətçi adı ilə yal güdür, harda aşıdır, orda başdır. Sütül vaxtında Cəbhədə olub, Cəbhə yıxılan kimi çıxıb aradan.

Vacib bir dəqiqləşdirmə: beş-on gün bundan qabaq Rüfət Muradlı haqqında Vikipediyada məqalə oxumuşdum. Əminəm ki, məni qara basmayıb, məqalə  indi də gözümün qabağındadır və orda bu lotunun cəbhəçiliyindən də məlumat var idi. İndi, yanvarın 5-də, o məqalə yoxdur, nə qədər quqlladımsa,  məqalə çıxmır. Özü götürdüb? Bəlkə türmədə orqanlarla sövdələşəndə bunun cəbhəçi keçmişi də müzakirə olunub?

Yeri gəlmişkən, türmədə niyə Rüfət Muradlının bığı qırxılıb?

FB-da, Ümid partiyasının səhifəsində, Rüfət Muuradlının 50 yaşına təbrik var. Yüz faiz əminəm ki, bu təbrikin mətnini Rüfət Muradlı özü yazıb. Görün özünü necə bəzəyir:

“Şərəfli, mənalı həyat yolu keçən…”

“Vətən, millət fədaisi…”

“Bütöv Azərbaycan sevdalısı…”

“Azərbaycanın ərazi bütölüyü  və s və i.a. mübarizə aparıb”.

Necə aparıb mübarizəni? Buğa kimidir, əsgər getməyib. Nə yolla müharibədən yayınıb?

Rüfət Muradlının İran həyatı çox maraqlıdır. On ildən çox Tehtranda yaşayıb, dövlət televiziyasında işləyib.

İndi özünüz deyin, İranın xüsusi orqanları ilə əməkdaşlıq etmədən xaricii ölkə vətəndaşı dövlət televziyasında işləyə bilərdimi?

Rüfət özü haqqında yazır ki, guya İranda təqiblərə məruz qalıb.

Bunu avam, sadəlövh adamlar üçün yazır? İranda nə təqib? İran təqib eləmir, şübhələndiyi adamın xirtdəyindən yapışıb avtomobil kranından asır. Muradlının isə nə başından, nə bığından bir tük əskik olub, İrana buğa kimi getmşdi, buğa kimi qayıdıb. Və şübhəsiz ki, İranda on ildən çox yaşamış, dövlət televiziyasında işləmiş adam Azərbaycana rahat qayıdıb tutulmursa, deməli, xüsusi orqanlrın agenti, əməkdaşıdır. İrana müalicəyə gedəni gələndən sonra şərləyib tuturlar, bu gedib on ya on ki il dövlət televiziyasında işləyir, gözün üstdə qaşın var deyən olmur.

Özü haqqında daha sonra yazır:

“..üzv olduğu Ümid partiyasında… dünyaya səpələnən 50 milyona yaxın soydaşımızla bağlı aktiv fəaliyyətə başlayıb”.

Bir şey başa düşdünüz? 50 miolyonu bu lotu hardan götürüb? Özü sayıb?

“2020-ci ilin avqust ayından Milli Hərəkatçılar Birliyinin üzvüdür”

“Milli hərəkatçılar birliyi” nə olan şeydir?  

“Rüfət Muradlı 2015-2019-cu illərdə Borçalı Cəmiyyətinin İH-nin üzvü olub”.

Salyanlı hara, Borçalı hara? Lotu Zəlimxan Məmmdəli ilə havayı kabab yeməyin eşqinə?

Rüfət Muradlı özünətərifidə sözə qənaət eləməyib, oxuyub qurtarmaq olmur.

Ancaq maraqlı yerlər var:

“Cümhuriyyət irsinin davamçılarındandır”.

Bunu yazan adamın savadı yoxdur, yəni Rüfət Muradlı kəmsavaddır, çünki Salyanın 4 nömrəli məktəbində oxuyub. Yəqin Aşıq Pənahın qızından dərs alıb.

İrsi davam etdirirlər? İrsi qoruyarlar, irsi dağıdarlar, basıb-yeyərlər…

Ümid partiyasında yal azalan kimi Rüfət Muradlı girib Qubad İbadodğlunun qoltuğunn altına. İqbal Ağazadə özü çox yekəpər adamdır, Yəqin Koroğlu kimi bir oturumda bir quzunun ətini bir qazan plovla yeyir. Ona görə Rüfət Muradlı xəstəhal, pəhrizli adam axtarıb. İbadoğlu da belə adamdır…

Rüfət Muradlı bir neçə dəfə deputatlığa namizəd olub. Və seçki kampaniyasında əsas işi qəbiristanlıqlara gedib qəbirlərə kərkinmək olub. Əsgərlikdən yayınmış, gizlənmiş bu buğa özünü 18-19 yaşlı sütül şəhidlərin qəbrinə sürtüb selfi çəkdirir, ürəyi dağlı anaların boynunu qucaqlayıb Xudayar bəy kimi özünü ağlayan kimi göstərmək istəyir…

Tutasan bunun yaxasından, deyəsən ki, əgər sənin ürəyin general Həşimova belə yanırdısa, niyə əsgərlikdən qaçırdın! Qırışmal, çək gündəyməzini generalın məzar daşından!

Rüfət Muradlı 2

Hər dəfə Rüfət Muradlıdan bir xəbər eşidəndə Salyanın əfsanəvi qoçusu Səmid yadıma düşür. Deyirəm kaş mən də qoçu Səmid kimi kəllə ata biləydim. Günlərin br günü bu Rüfət qabağıma çıxanda ona elə kəllə vuurardım ki, bir də ayılmazdı, ayılsaydı da nəinki şəhid qəbirlərinə, hətta öz xanımına da ömrü boyu yaxın getməzdi.

Şəhid ataları və anaları: uşaqlarınızın qəbirləri üstünə lövhə asın ki, Rüfət Muradlı kimi lotuların, Fazil Mustafa kimi vəkillərin, quldur, talançı məmurların  və s. zir-zibilin məzara yaxın gəlməyi qadağandır!

Yaxşı olar ki, məftilləyib cərəyan buraxasınız. Bu şərəfsizlərin abrı-həyası yoxdur.

Mirzə ƏLİL

05. 01. 2024, Samara

RÜFƏT MURADLI, SALYANIN «VAĞZAL UŞAĞI»

«ELƏ Kİ, İŞIQSIZ VAHİMƏLƏNDİN…»

İYUL 2023

İşığı söndürüb yerinə gircək,

Elə bil dünyanın keçir işığı.

Qatı qaranlıqlar səndən aşağı,
Üstdə nə ulduz var, nə də ki, mələk.

 +

Ürəkli, qorxusuz ola nə qədər,
Duyur qaranlaıqda vahimə insan.

İşıq keçən kimi özün də yoxsan —

Zülmət yoxluğa və ölümə bənzər.

 +

Elə ki, işıqsız vahimələndin,

Yada sal üzləri işıqlıları.

Bir gün qurşağından qonşu bir qarı,
Konfet verdi, yedin, “sağ ol” demədən.

 +

Hamı tərəfindən incidiləndə,

Ağlayıb göz yaşı axıdan zaman,

Səni sığallayb ovudan insan,
Kim idi? Yada sal onu da indi.

 +

Yaxşı yadındadır hər yıxılmağın,
Haraya yetişib qaldıranları
Ancaq unutmusan. İndi onları,
Yada sal, çəkilsin qorxun həm ağrın.

 +

Ananı xatırla, həm də atanı,
Onlar həyat verib sənə ən azı,

Xatırla deyilmiş hər şirin sözü,

Yada sal yaddaşda çoxdan itəni.

 +

Hər üz ulduz kimi parlasa əgər,

Ulduzlu səmaya yuxun dönəcək.

Hər ulduz dalından sənə bir mələk.

Gülümsər, yox olub vahimən gedər

 

03. 01. 2024, Samara

RÜFƏT MURADLIYA: «ALA, BIĞINI NÖŞ QIRXMISAN?»

Rüfət Muradlı

Rüfət Muradlı otuz günlük həbsdən buraxılıb. Türmə yaxınlığında onu jurnalistlər qarşılayırlar. Hamısı soruşur ki, Rüfət bəy, telefonunuzu qaytardılarmı. Rüfət (bəy) də cavab verir ki, qaytardılar.

Məətttəl qalmışam: biri soruşmur ki, Rüfət (bəy), bığını neləmisən? Bığın müsadirə olunub? Bığına həbs qoyulub? Və ya bığın yapışdırma bığ imiş, türmədə qoparıb atıblar? (Qaydayın «Brilyant əl» filminə baxanlar çox olar. Semyon Semyonıç Lyoliklə əlbəyaxa olanda birdən deyir? «У вас усы отклеились». Yəni sizin bığınız qopub».)

Heç kim soruşmur…

“Brilyant əl” filmində bığla bağlı daha bir səhnə var.  Restoranda naməlum bir kişi Semyon Semyonıça ilişir ki, “Дурик, зачем ты усы сбрил?»  Yəni “gicbəsər, bığını niyə qırxmısan”?

Mən də çox narahatam, bir salyanlı kimi yerlimdən soruşmaq istəyirəm: “Ala, bığnı niyə qırxmsan?”

Rüfət Muradlı jurnalistlərə “məslək əxlaqından” danışdı. Çoxlu partiya dəyişmiş, İqbal Ağazadə, Zəlimxan Məmmədov kimi başıpozuq adamlarla çaşqa-loşqalıq eləmiş adamın “əqidə əxalaqı”ndan danışmağı bir az yaxşı deyil. Çox yox, bir az…

Ancaq bu bığ məsələsi mənə rahatlıq vermir. İndiyəcən türməyə bığlı girib bığsız çıxan olmuşdu?

Bığ qalsın, son vaxtlar tutulanlardan daha kimi  otuz günə buraxıblar?

Çox şübhəlidir…

Bığ, əlbəttə, düzələn, yerinə gələn şeydir. Ancaq o Rüfət Muradlının dediyi, ancaq özündə olmadığı şey – “əqidə əxlaqı” gedəndə birdəfəlik gedir…

Mirzə ƏLİL

01. 01. 2024, Samara

İLHAM ƏLİYEVİN BAYRAM YUXUSU

2023-cü ilin son gecələrinin birində İlham Əliyev yuxusunda görür ki,  Məmmədəmin Rəsulzadə oturub çarpayısının ayaq tərəfində, gözünü zilləyib ona. Qorxudan İlham Əliyev az qalır yuxudan ayıla, ancaq ayıla bilmir. Birtəhər qurumuş boğazını isladıb deyir:

— Dyadya Mamed… Mamed dayı, bu sənsən?

— Mənəm, adım da Mamed deyil, Məhəmməd Əmindir.

— Məhəmməd Əmin dayı, mən axşam bir az vurmuşam… Bayramqabağıdır, özün bilirsən…Dəmi getməyib…Başa düşmürəm, sən dirilib gəlmisən bura ya mən ölüb getmişəm ora? Sərhədi necə keçmisən? Yəqin yaxşı bağlamamışam… Bəlkə uçmusan? Pasportun var? Bizdə pasport məsələsi ciddidir, Əli Kərimliyə pasport vermirəm, heç yerə uça bilmir, kürt toyuq kimi oturub… Ancaq cücə çıxarmır…Üzr istəyirəm, bunu zarafat kimi dedim… Mənlik nə işin?

— Eşitdim bizim gədə səni dəstəkləyib…

— Sizin gədə hansıdır? Bizim ölkədə, ayıb olmasın, məndən başqa hamı gədədir. Hamısı da məni dəstəkləyir…

 — Nəvəmi deyirəm. Rəis Rəsulzadəni.

—  Şəkilçəkən? Dəstəkləyib. Hələ deyirdi ki, istəsəniz, babamı söyərəm. Dedik hələ lazım deyil.

-Onsuz da məni çox söymüsünüz…

— Qabaqlar olub, indi söymürəm. Azı bir aydır söymürəm… Məhəmməd Əmin dayı, sən də məni dəstəklə, bir yağlı fərman verib sənin 140 illiyini zurna-balabanla keçirərəm.

— 130 illiyimdə də o fərmandan vermişdin, ancaq zurna-balaban çaldırmadın, qalan şəkillərimi də küçələrdən götürdün…

— Məhəmməd Əmin dayı, hamısını eləyən Mehribandır. Bezmişəm əlindən. İstəyirəm boşayıb mən də sənin kimi bir avropalı arvad alım… İstəyirsən, indi çağırım boşayım. Mehriban, ay Mehriban…

Bu yerdə İlham Əliyev öz səsinə ayılır, çarpayısının qırağında Məhəmməd Əminin yerində Mehribanın oturduğunu görüb ayılmağına peşman olur…

Mirzə ƏLİL

31. 12. 2023 Samara

BAKILI SİONİST ƏRƏBLƏRİ KÜTLƏVİ MƏHV ETMƏYƏ ÇAĞIRIR

Belə bir rus saytı  var: ”Kavkazski uzel”. Yəni “Qafqaz düyünü”. Rusiyada xarici agent elan olunub, çünki bu sayt hən Şimali, həm cənubi Qafqazda baş verən hadisələri obyektiv işıqlandırmağa çalışır. Saytda jurnalist materiallarından əlavə bloqer yazıları da nəşr edilir. Saytın daimi bloqerləri var. Azərbaycanlı bloqerin nikneymi belədir: “Veter s Abşerona”. Yəni “Abşeron küləyi”. Əsl adı Kamal Ali, Ya da Kamal Əlidir, Turan agentliyində işləyir. Rus saytında Kamal Aliyə (Əliyə) məxsus son yazı belə adlanır: “С арабами надо поступать по-израильски”.  Yəni ərəblərlə israillilər kimi davranmaq lazımdır. İsraillilər ərəblərin başına nə oyun gətirirlər? İyirmi iki min adam bombalarla, artilleriya mərmiləriylə öldürülüblər, dəmirbeton altında qalıb məşəqqətlə həyatlarını itiriblər. Və sionist qurbanlarının yetmiş faizi qadınlar və uşaqlardır. İndi bəlkə də nəinki kitabın, savadın, İslamın bizə ərəblərin gətirdiyini bilməyən, hətta həqiqi atasının da kimliyindən xəbərsiz olan bu mozerfucker deyir ki, ərəblərlə sionitlər kimi davranmaq lazımdır.

Dünyanın hər yerində, ərəb ölkələrinə, ərəblərə münasibətindən asılı olmayaraq bütün vicdanlı insanlar İsrailin ərəblərə qarşı törətdikləri cinayətləri pisləyir, bir çox dövlətlər, nüfuzlu ictimai təşkilartlar İsrailin beyəlxalq kriminal məhkəməyə verilməsini tələb edirlər. Bu cındır isə deyir ki, bütün ərəblərin başına sionistlər gətirəni gətirmək lazımdır.

Bu adam azərbaycanlıdırmı? Ola bilər. Azərbaycanlıların hər cürü var. Azrbaycanlı generalların əmri ilə əsgər yoldaşının xayasına cərəyan qoşan, yoğun bağırsağına paya soxan əsgər  — bunlar hamısı bizdən deyilmi? Ancaq bu binamusu yaxşı tanıyanlar onun cuhud olduğunu desələr, təəccüblənmərəm.

Çox təəəssüf ki, Rusiyanın demokratik sayılan, həm bütüövlükdə, həm də baş redaktoru xarici agent elan edilmiş sayt qudurub zəncirini qırmış yerlimizin kütləvi qırğınlara çağırışını nəşr edib yayır.

Mən Turan agentliyinin də bütövlükdə, onun rəhvbəri lotu Mehman Əliyevin də bu sionist  çağırışları ilə həmrəy olduğundan şübhlənirəm.

Azərbaycanda yüzlərlə insan “İran casusu” adı ilə şərlənib tutulduğu bir zamanda, ölkə öz sinəsi üstündə sionist ilanları bəsləyir…

Kamal Aliyə (Əlyə) isə deyirəm: ərəb uşaqlarının başına sionistlərin gətyirdikləri nəvələrinin, uşaqlarının başına gəlsin…

X.X.

31. 12. 2023. Samara

«DƏFNDİR ELƏ BİL BU MƏHKƏMƏLƏR…»

İYUL 2023

Bakı. Dekabrdır. Məhkəmə gedir,
Şərlənib növbəti siyasi fəal.

Narkotik, casusluq ya da qaçaq mal –

İttiham çeşidi geniş deyildir.

 +

Polislər küçəni götürüb hədəf,

Boşdur məhkəmənnin qabağı tamam,
Məhkəməyə gələn beş-altı adam,

Qovulub binanın tininə tərəf.

+
Bu nə məhkəmədir – məlum hər kəsə,
Məhkəmə zalında iş həll olunmur,

Hamıya tanış bu gülünc oyundur,

Çoxdan hökm yazıb, iş də kəsiblər.

 +

Dəfndir elə bil bu məhkəmələr.
Dəfndən sürpriz kimdi gözləyən?

Hər insan bilir ki, dirilməz ölən,
Ağlı başındasa insanın əgər…

 +

Gələn beş ya altı… Biri vəkildir,
Biri müttəhimin yazıq arvadı.

Yutuba video video çəkən də vardır,

Eyni şeyi çəkir gör neçə ildir.

 +

Haqdan, ədalətdən şeir deyən var,

Məhkəmə necəsə, şeir də elə.

Tini tərk edləyib sonra gedirlər,
Başları sallanıb, yəqin acdılar…

 +

Yoxsulluq, gücsüzlük qəlbə çəkir dağ,

Mozartı dəfn edir Vyana sanki.

Mozartı, Şuberti olmayan ölkə,
Dünyanı özünə güldürür ancaq…

 

28. 12. 2023, Samara

MİRZAĞA MƏLLİM

İYUL 2023

Salyan, 1960-70-ci illər

 

Bazarda, asfaltın elə üstdəcə,
Qarpızlar ehram tək qalaqlanırdı.

Yayda və payızın ortasınacan,
Mirzağa məllimin alveri vardı.

 +

Özü də asfaltda, bir az aralı,

Oturub zillərdi gözünü mala.

Başında bir yaylıq, ucları bağlı,
Tərini silərdi bir ayrısıyla.

 +

İri ağ adamdı, ucaydı boydan,
Deyərdin almandır, ingilis ya da.

Müəllim olmuşdu guya bir zaman,
Özünü tapmışdı sonra bazarda.

 +

Düz-əməli bilən yoxdu nə işdi,

Səbəbi çoxuna deyildi məlum.

“Lap sənin ananı…”  guya demişdi,

Hansı uşağasa Mirzağa məllim.

 +

Partiya olmuşdu bəlkə söyülən,
Bəlkə partiyaçı çaqqalın biri.

Əslində tanınır söyüşlə Səlyan,
Vardır çox şeyi də söyməyin yeri…

 +

Qarpızdan yaranan piramidalar,
Kəllə qalağını xatırladırdı.

Mirzağa məllimsə Teymurləng idi,

Həm də İsgəndərə bənzəri vardı.

 +

Bazarda dünyanın mənzərəsi var,
Hamı müştəridir, məramı da bir,

Alan yalan deyər, satan aldadar,

Hamı burun, mədə, hamı kəllədir…

 + 

Fateh Teymurlənglə göy satanları.

Zaman qalaqlayır kəllə-kəlləyə,

Sümüyə baxmaqla eləsi varmı,

Fatehi miskindən ayıra bilə?

 +

Mirzəğa məllimdən nə deyim daha? —

Səlyanda çox yaxşı çıxarmışdı ad.

“Mal yemi” deyirdi malı alanda,

İnci qimətinə satırda ustad…

 

26. 12. 2023, Samara

HOYDU, POIİSLƏRİM, HOYDU…

POLİS HAQQINDA

(KOROĞLUYA BƏNZƏTMƏ)

Hoydu, polislərim, hoydu,
Şığıyınız el üstünə.

Elə bilin yal qoyulub,

Gedirsiniz yal üstünə.

 +

Vurun erkəyi, dişini,

Dinənin tökün dişini.

Qamarlayıb on beşini,
Sərin leş tək yol üstünə.

 +

Zərbəsindəbn dəyənəyin,

Silkələnsin baş və beyin.

Qoçaq gedin, mətin gedin,
Siyasi fəal üstünə.

 +

Qapısına sürün maşın,
Açmasa, hasardan aşın.

Atın xəlvət anaşanı,
Ya da saxta pul üstünə.

 +

Mən ali baş komandanam,

Mələdənəm, ağladanam.

Bəxtəvərdir bunu qanan,

Qanmayanın kül üstünə.


Mirzə TƏBİL

25.12. 2023, Samara