Архив тегов | Afanasi Fetin şeirlərisevgi şeirləri

AFANASİ FET. “SALAMLA GƏLMİŞƏM SƏNİN YANINA…”

Афанасий Фет

Salamla gəlmişəm sənin yanına,

Gəlmişəm deyəm ki, günəş oyanmış.

Qaynar işığını yaymış hər yana,
Hər sütül yarpaqda şölə oynamış.

Gəlmişəm deyəm ki, meşə oyanmış,

Ayılmış yuxudan hər budağıyla,

Canında titrəyiş qoparmış hər quş,

Bahar təşnəsi də yaxır az qala.

Gəlmişəm deyəm ki, bu gün də yenə,
Qaynar ehtirasınm dünənki qədər,

Elə əvvəlki tək ürəyim sənə 

Xidməti özünə səadət bilər.

Gəlmişəm deyəm ki, şənlik havası,
Qəlbmi doldurur bir yerə çıxcaq.

Bilmirəm hələ nə oxuyasıyam —

Nəğmə, bilirəm ki, yetişir ancaq.

1843

ruscadan tərcümə

15-16.02. 2022, Samara

++++++++++++++++

АФАНАСИЙ ФЕТ

Я пришел к тебе с приветом,

Рассказать, что солнце встало,

Что оно горячим светом

По листам затрепетало; Читать далее

AFANASİ FET. “AH, MƏNƏ DİVANƏ DE…”

Афанасий Фет

Nə xoşbəxtəm! Gecədir, biz ikimizik ancaq,

Çayın ayna üzündə ulduzlardır sayrışan.

Ordasa…Göyə bir bax, başını qaldıraraq,
Orda necə dərinlik, necə saflıq var bu an!

Ah, mənə divanə de! Özün istəyən kimi,

Mənə ad qoy; ağlımın zəifləyən bu anı,

Elə sevgi axını duyuram qəlbimdə ki,

Susa bilmərəm daha, susmağa taqət hanı!

Xəstəyəm, mən vurğunam; ah, qulaq as, anla həm!

Sevirkən gizlətmirəm ehtirasını səndən.

Demək istədiyimsə budur: səni sevirəm,

Yalnız səni sevirəm, arzulayıram da mən.

1854

ruscadan tərcümə

13-14. 02. 2022, Samara

+++++++++++

АФАНАСИЙ ФЕТ

Какое счастие: и ночь, и мы одни!

Река – как зеркало и вся блестит звездами;

А там–то… голову закинь–ка да взгляни:

Какая глубина и чистота над нами! Читать далее