Архив тегов | Əşrəf Bədəlov Bakı

EDİNBURQ

             

Əşrəf Bədəlova

 

Bu universitet açılan zaman
(Bir min beş yüz səksən  üçüncü ildə)

Nə osmanlı yatıb, səfəvi nə də,

Cənubi Qafqazda sel tək axıb qan,

 

Yalan, əfsanə yox, həqiqi tarix,
Yaxşını yaşadır, o həm də pisi.

Nəsildən nəsilə ötürür irsi,
İbrət dərsləridir – hər kəsə açıq.

 

Neft və qaz uğrunda gedir savaşlar,
Gedir su davası, hava davası.

Paralel şəkildə xalqlar arası
Gedən, dayanmayan bi savaş da var.

 

Tarix uğrundadır bu müharibə,
Hər millət tarixi irs hərisidir,
Öz adına çıxır, mənimsəyir də,

Var özgəinkini. Çalır qələbə

 

Nəvəsi uyduran yalanda baba…

Saxta qəhrəmanlar qondarılırlar,

Harda ərazi var – iddialar var,

Hamı da savadlı – salır kitaba…

 

Tarix səhnəsinə bu gün çıxmısan,
Mötəbər möhrlü var sənədin də.

Nə yarada bilsən – tək o sənindir,
Ağlınla, səyinlə, axıtmadan qan.

 

Yalan tarixləri qırağa qoyaq,
Gözucu baxmayaq biz özgı irsə.

Tarix ol, tarixi həm də hadiisə,

Sənə ümidliyik bu gündən, qoçaq!

 

21.11. 2026, Samara