Архив тегов | gözəllik haqqında

YOHANNES BEXER. GÖZƏLLİK HAQQINDA

Yohannes Bexer

Bunu deyə bilərəm sənin gözəlliyindən:

Çox gözəlsən. Göyçəkdir fil sümüyü tək dərin.

Soruşa bilər ancaq məndən hər kəs yenə də:

Bu qılafın içndə hansı nüvə gizlənir?

—

Cavab vermək istəsəm, bütün bildiyi belə,

Mənim dadıma çatmaz.  Axı ola bilər ki,

Göz görən bu gözəllik üzdə olandır elə,

İçdəki gözəlliyin deyildir heç də əksi.

—

İndi bu, sirr deyil ki: ayrı düşür çox zaman,
Gözəllik və Həqiqət. Beləcə seçə bilmir,

Onlarln dəyərini, ləyaqətini insan.

Həmişə digərindən aralı qalır biri.

—

Sənin gözəlliyini yaxşı duyuram: Ancaq,
Şəkildən yarayacan baxan razı qalacaq.

 

almancadan tərcümə

07. 04. 2022, Samara

++++++++++++++

Johannes Robert Becher

Von Schönheit

Von deiner Schönheit ist nur das zu sagen:
Du bist sehr schön. Haut wie aus Elfenbein.
Doch wird ein jeder weiter danach fragen:
Und welchen Kern schließt diese Hülle ein? Читать далее →