Архив тегов | HƏYAT GAQQINDA ŞEİRLƏR

NƏ GÖZƏL OLUB Kİ, FİKRİN, İLAHİ…

12.03.18.jpg

Nə gözəl olub ki, fikrin, İlahi,
Çıxa bilməmişəm adam içinə.

Şeytan azdıranda istədim çıxım,

Qaytarıb tez qoydun yerimə yenə.

—

Elə çəkmisən ki, marşrutumu,

Adamlı yerlərdən uzaq keçmişəm.

Ayaq basılmayan cığırı tutub,

Getmişəm adamsız yerə həmişə.

—

Kİm bilir nə günə yoxsa qalardım! — 

Bəlkə elə adam içindəkilər,

Başımı bədəndən ayırardılar,

Hələ içərdilər qanımı bəlkə.

—

Bu hələ yaxşıdır. Başıma sığal,

Çəkə bilərdilər adam içində.

Deyərdilər guya dəryadır ağlım,

Olardım yuxarı başa keçəndən.

—

Varım-dövlətim də yəqin olardı,

Yəqin əyriyə də yatardı əlim.

Bir də görərdim ki, ömür yarıdır,

Adam içindəyəm, adam deyiləm.

—

Necə şükrlüyəm, İlahi, sənə,

Nə gözəl çəkmisən bu marşrutu!

Yerimdən sıçrayıb adam içinə.

Cumanda saxladın, yumruğu vurub.

12.03.2018

Samara