Архив тегов | Musa Mirzəyev

NƏZİRİN QƏBUL OLSUN, MAESTRO…

MUSA MİRZƏYEV

Bəstəkar Musa Mirzəyev ölüb…

Hakimiyyətə gələndən bir il sonra, 1970-ci ildə Heydər Əliytev Azərbaycan Kommunist Partiyası Mərkəzi komitəsinin “ideoloji” plenumunu keçirdi. Heydər Əliyeiç plenumdakı məruzəsində yaradıcıılğı  kommunist ideologiyasıyla bir araya sığmayan müəllifləri ciddi tənqid etdi. Bu plenumdan sonra Xəlil Rza işdən çıxarıldı, Rüstəm İbrahimbəyov (“Bir cənub şəhərində” filminə görə) kinostudiyadan uzaqlaşdırıldı…

Heydər Əliyev diniu mövhumata uyanlara da ciddi təpindi. “İş o yerə çatıb ki, bəstəkar Musa Mirzəyev məscidə gedib nəzir verib…”

İndi yəqin Musa Mirzəyev məsciddə yuyacaqlar, arxayınca dəfn namazı qılacaqlar, müsəlman qaydasıyla yas saxlayacaqlar, bəlkə kasıb-kusuba, seyidə nəzir də verəcəklər. Ancaq mənə elə gəlir ki, mərhum Musa Mirzəyevin həyatının son on beş ilində bir vaxt məscidə xəlvət gedib nəzir verdiyi vaxtlardan çox rəzillik, yalan, biqeyrətlik, əqidəsizlik olub – elə hər bir azərbaycanlınn həyatında. Ancaq bir şey var ki, millətin mənəvi fəlakəti bütövlükdə1969-cu ildən, qismən də bir il sonrakı ideoloji plenumdan başlayır…