Архив тегов | türmə haqqında şeirlər

YOHANNES BEXER. TÜRMƏ

Yohannes Bexer

Adamlar yox, illərdir buranın sakinləri,

Dəniz kimi genişdir, bozumtuldur bu illər,

Dar hücrəyə qısılıb ömür sürür hər biri,
Bu ev belə adlanır: “Əbədiyyətə qədər”.

—

Bax, durubdur beləcə. Qüdrəti yox tərpənə

Elə qalındır onun divarları, nə qədər
Qışqırsan eşidilməz. Dəyişməz qalar yenə,
Yağış ya gün necə də onu döyəcləyələr.

—

Tikilib elə daşdan doğrudanmı bu bina,

Yox onu titrətməyə qasırqğalarda qüdrət?

Bir qocaman dağ kimi təhlükə yoxmu ona,

Ömrü divarlarının sonsuzluq, əbədiyyət?

—

Dönür əbədi daşın parçasına hər girən,
Daşdan çıxıb geriyə dönəni yoxdur görən.

almancadan tərcümə

31.03-01.04. 2022, Samara

==================

Johannes Robert Becher

(1891-1958)

Zuchthaus

Hier leben Menschen nicht, hier leben Jahre.
Grau sind die Jahre und wie Meere weit,
ln engen Zellen leben tausend Jahre.
Das Haus hier heißt: «Zur grauen Ewigkeit». Читать далее →