Архив тегов | Viktor Hüqo Səfillər romanı

«ÖMRÜN SONUNDA ÖLÜM SADƏCƏ AYRILIQSA…»

“Ömrün sonunda ölüm sadəcə ayrılıqsa
Ömrün başlanğıcında ayrılıqsa ölümdür” –

Fransız Hüqo yazır, yadımda düz qalıbsa,
Oxuduğum zamandan artıq əlli il ötür…

 

Fikir dərindir, həm də gözəldir ifadəsi,

Amma mübahisəli məqam, məncə, burda var.

Ölüm ömrün sonunda, əvvəlində də gəlsə,

İnsan öyrəşdiyindən, sevdiyindən ayrılar.

 

Ölmək, bitib-tükənmək – bilən varmı bu nədir?

Anlamaq mümkün deyil bunu, nə qəqər varıq.

Ayrılıq acısını ancaq hər insan dadır,

Ölümdən əslində yox, ayrılıqdan qorxarıq.

 

Dünyada hər kəsin var öyrəşdiyi, sevdiyi,
Sevərək öyrəşirik, öyrəşərək sevirik,
Doğru olsa da hətta Kitabların dediyi,
Faciə tək yaşanır həmişə ayrılıqlar.

 

Yox, ölümdən qorxmuruq, qorxuruq ayrılıqdan.

Bəzən qayğılandırır edam günü dustağı,

Hər gün pəncərəsinə qonub şüşəni didən,

Mehr salıb sevdiyi quşdan ayrılacağı…

 

13. 09. 2026, Samara