Архив | 01.09.2013

ZÜMRÜD MƏMMƏDOVA

2013-cü ilin muğam müsabiqəsinin ən parlaq iştirakçısı, mənə görə, Zümrüd Məmmədovadır. Onun ləyaqətləri təkcə səs və texnika deyil. Bunlar çoxlarında var. Elə bu müsabiqənin özü göstərir ki, səsli qızlar çoxdur. Oxumağı da bacarırlar. Ancaq parlaq müğənni üçün bunlar azdır. Müğənni sənətkarlığının ən sirli tərkibi səsin “dadındadır”. Buna “məlahət” də demək olar, ancaq bu, azdır və dəqiq də deyil. Səslərinin bənzərsiz “dadı”, məlahəti Xan Şuşinskini ya İran əfsanəsi Mərziyə xanımı başqa müğənnilərdən ayırır və yüksəklərə qaldırır.

Zümrüd Məmmədovanın başqa bir vacib ləyaqəti bəstəkar yaradıcılığı səviyyəsində olan improvizasiyadır – gözümüzün qabağımda klassik ifaların yeni guşələri, çalarları yaranır, “Heyratı” da iki inci beləcə yarandı. Əlibaba Məmmmədovun “yamaq vurma!” deməyi əslində sarsıntıdan gələn nida idi, çünki görkəmli müğənni başa düşürdü ki, səhnədəki bu qarabuğdayı qıza Tanrıının verdiyi qüdrət onda olmayıb, bu möcüzə ondan yan keçib. Əlibaba Məmmədovda üzə çıxan əsəbilik Salyeri təbiətli qısqanclıq idi.

Yarışda, əlbəttə, akademizmin olmağı yaxşıdır, ancaq improvizasiyasız muğam ifaçılında həyat yoxdur. Bu, idmanda da belədir. Bir vaxt gimnastikada “Korbut düyününü” yaratmış xırda qıza “Yamaq vurma!” desəydirlər, bu idman növü harda olardı?

Zümrüd Məmədovanın ifasındakı xırda qüsurlar (nəfəsinin dolaşmağı, səs yiorğunluğu) təhsil kəmliyindındir, Azərbaycanın xalq müsiqi məktəblərində vokal tədrisi aşağı səviyyədədir, yaxşı olar ki, bu qızla klassik vokal pedaqoqu da işləyə. Ancaq ən böyük təhlükə repertuarla bağlıdır. Əgər bu nadir istedadlı müğənniyə “Mehruban olaq” kimi mahnılar oxutmağa başlasalar, yeni Azərbaycan əfsanəsi başlanar-başlamaz bitər… 

YER KÜRƏSİ SALYANDAN İDARƏ OLUNACAQ?

Salyanda icra hakimiyyəti üçün tikilməkdə olan bina və onun ətrafında gedən landşaft işləri nabələd adamı bu fikrə sala bilər ki, nəhəng mülkdə oturacaq bir dəstə azsavadlı və iliyinə qədər pozğun məmur mühüm parametrlərə görə on doqquzuncu əsr səviyyəsində olan kiçik bir rayonu yox, bütün Yer kürəsini idarə edəcək.

RÜSTƏM İBRAHİMBƏYOV SURİYADA

nar

Azərbaycan prezidentliyinə namizədliyi qeydə alınmamış Rüstəm İbrahimbəyov siyasi mübarizəni dayanıdırmayıb. Hazırda Rüstəm bəy Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edir, çünki onun Rusiya vətəndaşlığı Suriya qanunvericiliyinə zidd deyil. Jurnalist Eynulla Fətullayevin yazdığına görə, İsa Qəmbər,Bəxtiyar Hacıyev, Emin Milli, Gözəl Bayramlı  və başqa görkəmli xadimlər  Suriya müxalifətinə qoşulublar. Əli Kərimli də xarici pasport alan kimi Suriyaya yollanacağını deyib.