Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib ki, Azərbaycanda olan internet sərbəstliyi heç bir region ölkəsində yoxdur». Cənab Abbasov deyib ki, Azərbaycan interneti həm interdir, həm də netdir, yəni tordur, gənc siyasi fəallar bu tora ilanbalığı kimi düşüb qalırlar. “İnternet gənclər arasında profilaktika üçün əvəzsiz vasitədir”, — nazir bildirib.