Я на прогулке похороны встретил…
Bazar günü kirkə həndəvərində,
Dəfn mərasumi çıxdı önümə.
Fikirli olsam da ötəri gördüm
Təlaşlı qəmini ötürənlərin.
Çatmırdı yad dildə danışılanlar
İncə qoşqudasa zərif parıltı.
Astaca-astaca təmiz və hamar,
Yolu dindirirdi nalları atın.
Karetanın incə toranlığına,
Soxulub, yayılıb məkrli kədər.
Kimsə yaxasına qızılgül taxıb
Nə yaş axıdılar, nə söz deyilər.
Getdi əcnəbilər qara sırayla,
Piyada xanımlar gözləri nəmli.
Duvaqlar dalında yanaqlar yanır,
Cənazə inamla gedir irəli.
Kim idin bilmirəm mərhum lüteran,
Səni tez və sadə dəfn elədilər.
Vardı neçə gözdə kədərli duman,
Astaca dinirdi kilsədə zənglər.
Düşündüm: yersizdir burda təmtəraq,
Biz nəbi ya sələf deyilik axı.
Qiyamət gününə biz inanmırıq,
Şam kimi yanırıq günorta çağı.
1912
tərcümə 17.09. 2014 Samara