
How oft when thou, my music, music play’st…
Elə ki, çalırsan, könlüm nəğməsi,
Gəzərək bəxtəvər taxta dilləri,
İncə barmaqlarla, simlərin səsi,
Qulağımı deyil, qəlbimi dəlir.
+
Görəndə canımı yandırır həsəd,
Dillər necə öpür ovuclarından,
Mənim dodaqlarım nemətə həsrət —
Qızarır onların açıqlığından.
+
Sənin əllərinlə belə oxşanan,
Dillərə dönəydi dodaqlarım da,
İncə barmaqların dəyib toxunan,
Ağacda bu təmas həyat oyadır.
+
Eləsə, barmaqlar olsun onların,
Mənəsə ver öpüm dodaqlarını.
İngiliscədən tərcümə
23-24.04.2018
Samara