ALEKSANDR PUŞKİN. ONUNCU ƏMR

ПУШКИН

Tanrım, mənə sənin belədir əmrin:
Çəkim gözlərimi özgə malından;

Ancaq coşur axı  damarımda qan.

İncə duyğularla bacarmaq çətin.

İstəmərəm dostum məndən inciyə,

Onun torpağına tamah salmıram,

Onun öküznü arzulamıram,

Baxıram gözücu, sakit hər şeyə.

Olsun malı, evi, qulları, nə qəm,

Mənə bu nemətlər eləməz əsər.

Bir məsələ var ki, kənizi əgər,
Qəşəngsə…İlahi, zəif bəndəyəm!

Əgər ətli-canı mələk kimisə,
Onun rəfiqəsi,  onda neyləmək?

Günah saymayasan, ilahi, gərək,

Dost səadətinə həsədimi sən.

Öz istəklərinə əmr eləyən kim?

Kim əbəs səylərə kölədir axı?

Necə sevməyəsən lütfkarları?

Cənnət nemətini kim istəmir ki?

Baxır, üzülürəm, yanır içərim,
Hörmətim var ciddi borca da ancaq.

Qorxuram istəyin gedəm dalınca,

Susuram… xəlvətdə əzab çəkirəm.

1821

Ruscadan tərcümə

08.10. 2019, Samara

 

 Десятая заповедь

 

Добра чужого не желать
Ты, боже, мне повелеваешь;
Но меру сил моих ты знаешь —
Мне ль нежным чувством управлять?.
Обидеть друга не желаю,
И не хочу его села,
Не нужно мне его вола,
На всё спокойно я взираю:
Ни дом его, ни скот, ни раб,
Не лестна мне вся благостыня.
Но ежели его рабыня
Прелестна… Господи! я слаб!
И ежели его подруга
Мила, как ангел во плоти,—
О боже праведный! прости
Мне зависть ко блаженству друга.
Кто сердцем мог повелевать?
Кто раб усилий бесполезных?
Как можно не любить любезных?
Как райских благ не пожелать?

Смотрю, томлюся и вздыхаю,
Но строгий долг умею чтить,
Страшусь желаньям сердца льстить,
Молчу… и втайне я страдаю.

1821 г.

Реклама

ÖLÜSOYAN VÜSAL AĞAYEVƏ: MƏN SAĞAM…

Oktyabrın 7-də Bakıdan bir nəfər mənə Facebook-da dostluq göndərdi. Təklifini qəbul edən kimi keçən əsrin 70-ci illərində yazdığım bir şeirin mətnini göndərib soruşdu ki, bu yazı mənə tanışdırmı. Yazdım ki, şeir mənimdir, elə yazıldığı vaxtlar Salyanın “Qələbə” qəzeytində çap olunub, 2013-cü ildən İnternetdəki bloquma qoymuşam.

Bundan sonra maraqlanıb həmin şeirin İnternet həyatını öyrənmək istədim. Və gördüm ki, Vüsal Ağayev adlı bir adam onu Bakıda çıxan “Yurd” adlı ədəbi-bədii jurnalın sentyabrda çıxmış səhifəsində öz adına çap etdirib. (“Titrəyə-titrəyə sıxdım əlini…”) Bunu Vüsal Ağayevin FD-dakı səhifəsində gördüm. Vüsal Ağayev şerlərinin çıxması barədə dostlarına car çıkib və jurnalın “öz şerirləri” gedən səhifəsinin skrinşotunu da qoyub. Skrinşot keyfiyyətsiz və solğun olduğundan mətnlər oxunmur, ancaq iki şeirimi görə bildim, biri elə bu “Görüş” şeiri, biri də “Oğlan məktub alıb” şeiri. Qalan şeirlərin mənim olub-olmadığını deyə bilmərəm, gərək jurnalı görəm.

AĞAYEV 2 PROFİL

İnterneti bir az da axtarandan sonra bildim ki, hələ bir il əvvəl Vüsal Ağayev “Görüş” şeirinə klip çəkdirib və “Super şeir” kimi öz adından youtube-da yerləşdirib.

AĞAYEV 1

Mən söz düşəndə deyirəm ki, yaxşı saydlğım şeirlərimi qırx yaşına yaxın və ondan sonra yazmışam. 70-ci illərdə yazdığım şeirlərə elə əhəmiyyət vermirəm və yəqin kitab nəşr etdirmək imkanım olsaydı, o şeirləri heç salmazdım da. Ancaq o şeirlər mənimdir. Onlara yiyə çıxan “insanın” nə qədər əxlaqsız, nə qədər rəzil olduğunu təsəvvür etməyə mənim fantaziyam çatmır…

İlk gənclikdə yazdığım şeirlərin çoxu, o cümlədən Vüsal Ağayein oğurladığı yazılar Salyanın “Qələbə” qəzetində çap olunub, o vaxtlar şəhərdə “Kürün töhfəsi” adlı ədəbi birlik vardı, ayda bir dəfə üzvlərin şeirləri qəzetdə gedirdi. Həmin qəzetlər məndə də qalırdı, indi kənddəki ata evimiz uçmayıbsa, orda sarı portfeldə o qəzetləri tapmaq olar.

Deyirəm bəlkə Vüsal Ağayev məni ölmüş bilib kənddəki ata evimizi qarət edib? Yəni Vüsal Ağayevin ölüsoyan olduğuna şübhəm yoxdur. Ancaq mən ölməmişəm axı…

Öz şeirlərim bir yana, mən hələ son üç ildə bəlkə beş-altı kitablıq tərcümə eləmişəm – rus, ingilis, fransız dillərindən. Onlara Azərbaycanda heç bir maraq yoxdur. İndiyəcən bir adam çıxmayıb ortaya ki, deyə gəl bu tərcümələri çap eləyək, onlar bizim ədəbiyyatımıza gərək olar… Nədənsə öz şeirlərimi, hətta zəif şeirlərimi özgənin adıylasa çap edirlər. Buna mən nə deyim?

Mən Azərbaycandan 1981-ci ildə getmişəm. Dörd ildən çoxdur ki, orda olmamışam. Vətən necə dəyişib, nə qədər dəyişib, bilmirəm. Ancaq görürəm ki, əxlaq sarıdan ölkəm lap geriləyib…

Gəncliyində (özünü peyğəmbər elan edənə qədər) yaxşı ədəbiyyatçı olmuş Asif Əfəndiyev bir dəfə yazmışdı: “Dünyanı keçəlhəmzələr bürüyüblər…”

Düzdür. Ancaq dünyanı yox… Azərbaycanı…

Çox təəssüf.

 

Xeyrulla Xəyal

08.10. 2019, Samara

 

P.S.

MƏNİM ŞEİRİM YUBANDI…

 

Mənim şeirim gecikdi,
Ha gözlədim, yubandı.

Gəlib ancaq yetişdi,

Saç-saqqal ağaranda.

 

 

Əlim qələm tutandan,
Yazdım, qafiyələdim.

Elə ki keçdi zaman,
Gördüm şeir deyildir…

 

 

«Bəlkə bəyənər» dedim,

Yazdım hər vurulanda,
Başdan aşanda dərdim,

Ürəyim qırılanda.

 

 

Duyğular soyuyanda,
Soyudum yazdığımdan.

Bir gün atıldı oda,

Canımı qızdırmayan,

 

 

Sevgi sovuşdu qəlbdən,
Yatdı canda sızıltı,
Qəfil, gözlənilmədən.

Əsil şeirim yazıldı.

 

 

Dostlardan aralanıb,

Dönəndə yalquzağa,

Əsil şeirim yaranıb,

Başladı yazılmağa.

 

 

Uzaqlarda qalanda,
Əziz və doğma yerlər,

Öz-özündən alındı,
Gəldi yaxşı şeirlər.

 

 

Nə mülküm, nə varisim,
Yazdığımdır olanım.

Gün gələr, gedəsiyəm,
Şeirlərdir qalanım.

 

 

Yaxşı şeirlər axdı

Gəldi ömrün  sonunda,

Çünki ölüm yaxındır,
Gəldi qorxmayım ondan…

 

14.01. 2019

Samara