Sevirəm lüteran ibadətini,
Mərasim onlarda sadə və ciddi,
Ali təyinatı mənə bəllidir.
Bu lüt dibvarların, bu boş məbədin.
Baxın! Çıxırsınız indi siz yola,
Durur qarşınızda son dəfə İnam:
Aşıb astananı keçməyib hələ,
Evisə haçandan boşalmış tamam.
Hələ astananı aşmayıb yəqin,
Qapı bağlanmayıb dalınca hələ,
Çatdı vaxt! Tanrıya dua eləyin
Dua edirsiniz son dəfə belə.
1834
Ruscadan tərcümə
26-27.10. 2019, Samara
Я ЛЮТЕРАН ЛЮБЛЮ БОГОСЛУЖЕНЬЕ…
Я лютеран люблю богослуженье,
Обряд их строгий, важный и простой, –
Сих голых стен, сей храмины пустой
Понятно мне высокое ученье. Читать далее