ALEKSANDR PUŞKİN. ŞAİR VƏ KÜTLƏ

ПУШКИН

Procul este, profani.[i]

 

Şairdən xəbərsiz əli gəzinir,

Rübabın ilhamlı simləri üstdə.

O nəğmə oxuyur, həndəvərini
Tutub qulaq verir sənəb sirrini,
Qanıb anlamayan bir qatı dəstə.

Və belə yozurdu  qara kütləsə:

“Bu niyə ucadan axı çığırır?

Düşüb başımıza az qala səsi,
Görən məqsədi nə, hara çağırır?

Nə çalır? O bizə nə dərs öyrədir?
Bizi incitməkdə məqsədi nədir,

Nədir bu çaldığı? Nə deyir bizə?

Niyə ağrı salır ürəyimizə,
Bildiyin eləyən sehrkar sayaq?

Nəğməsi azaddır, bənzəyir yelə:

Fəqət faydasızdır yel kimi elə,

Axı bizə hansı xeyri olacaq?

 

 
Şair:

Mənasız camaat, səsini kəs bir,

Muzdur, ehytiyac və qayğı köləsi!

Mən ikrahlanıram deyinməyindən,
Göy övladı deyil, sən həşəratsan

Sən xeyir güdürsın hər şeydə, hətta,
Çəkiylə ölçürsən gözəlliyi də.

Görmürsən bir xeyir Apollonda sən,

Tanrıdır bu mərmər axı!…hə, necə?

Sənə daha əziz — soba güvəci:

Onda sən özünə aş bişirirsən.

 

 

 

Qara camaat:

 

Səni göylər özü əgər seçibsə,

Öz istedadını, tanrı elçisi,

Bizim xeyrimizə sərf elə onda,

Bizim soydaşları yoluna qoy da.

Biz ağürəkliyik, məkrliyik biz,
Nankoruq, abırsız və kinliyik biz.

Hissi, duyğuları soyuq axtayıq,

Böhtançıyıq, quluq, həm də axmağıq;

Dərin yuva salıb föhş içimizə,
İnsana sevgin var, ona görə sən,
Şücaət dərsləri gəl öyrət bizə,
Qulaq kəsilərik bizsə, nə desən.

 

 

Şair.

Rədd olun! bu fağır şairin axı,

Sizin dərdləriniz nə vecinədir!

Pozğunluq eləyin, heç də qorxmayın,
Sizi lira səsi ayıldan deyil!

İyrənciz, tabuta bənzəriniz var,
Sanki meyit görür, sizə kimi baxar.

Kütsüz, dünənəcən elə hamınız,
Tutulur, döyülür, baltalanırdız,
Divanə kölələr! çəkilin, gedin!

Sizin şəhərlərin küçələrindən,

Zibil süpürürlər, — faydalı əmək!

Yoxsa unudaraq ali xidmət,

Məbədi, mehrabı və ibadəti,
Kahinlər alacaq süpürgə ələ?

Gəlmədik məişət qayğısı çəkək,
Şücaət, tamah da şairə yaddır.

Dünyaya gəlmişik nəğmələr deyək,

Bizimki xoş səslər, bir də duadır.

 

1828

Ruscadan tərcümə

19-21.10. 2019, Samara

 

 

ПОЭТ И ТОЛПА

Procul este, profani. 1)

 

Поэт по лире вдохновенной
Рукой рассеянной бряцал.
Он пел — а хладный и надменный
Кругом народ непосвященный
Ему бессмысленно внимал. Читать далее