Архив | Октябрь 2021

HERMAN HESSE. KASIBLAR

Yarpaqlar tökülür, çırpılır külək,
Üzümə, yerişim ləngiyir hətta.

Ah, zavallı bala, indi nə bilək,
Bizim bu gecəmiz keçəcək harda.

Üzü küləklərə, sən də gün gələr,

Qaçarsan yorğun və canında ağrı,

Ah, zavvallı balam, kim deyə bilər,
Mən özüm o günə sağ çıxarammı.

1828

almancadan tərcümə

21.10. 2021, Samara

=============

Armes Volk

Blätterfall und rauher Wind

Stieben meinem Schritt entgegen,

Und ich weiß nicht, armes Kind,

Wo wir heut uns schlafen legen. Читать далее

HERMAN HESSE. DEMƏLİ BİR SÖZÜM DAHA QALMADI…

 

Deməli bir sözüm daha qalmadı,
Söylədim nə varsa sonuncu kərə.

Elə ki, çalaram sonuncu taktı,
Gözəl skripkamı çırparam yerə,

Sındırar, gedərəm o ölkəyə ki,
Mən ordan haçansa gəlmişəm bura.
Nəğmələr nəğməsi orda gənc ikən,
Həmişə girərdi yuxularıma.

Yenə o nəğmənin həsrətindəyəm,
Uzaqkən hamıdan yuxumda dinə.

Ruhumu ovuda, mənə dinclik həm,

Nəğmələr nəğməsi gətirə yenə.

1899

almancadan tərcümə

19-20.10. 2021, Samara

 

==============

Ich habe nichts mehr zu sagen

Ich habe nichts mehr zu sagen,

Ich habe alles gesagt.

Nun will ich klingend zum letzten Takt

Meine gute Geige zerschlagen. Читать далее

ŞUŞADA ÇOBAN ELDARIN ABİDƏSİ QOYULACAQ

Şuşada böyük şair və dövlət xadimi Vaqifin büstü qoyulub. Bu yaxınlarda Vaqifin yaxın dostu, onunla əlbir olub dövlətə qarşı təxribat aparan çoban Eldara da heykəl qoyulacaq. Heykəltaraş deyib ki, çoban Eldarın, türkün məsəli, hər şeyi hazırdır, brcə dəyənəyi qalıb.

Çoban Eldarın heykəlinin açılışımda Azərbaycanın bütün görkəmli çobanları Şuşaya toplaşacaqlar.

Mrzə ƏLİL

20.10. 2021, Samara

HERMAN HESSE. FİT

Ali alətlərdir royal, fleyta,

Fəqət mən onlara yiyələnmədim.

Gərdişi həyatın başımı qatdı,

Təkcə fit çalmağı öyrənə bildim.

Özümü sənətkar saymıram hərçənd,
Sənət yolu uzun, ömürsə gödək.

Yazıqdır gözümdə fiti bilməyən,
Mənə fit sənəti çox olur gərək.

Aldım ona görə qərara çoxdan,

Qalxım pillə-pillə mən bu sənətdə.

 Fitə basa bildim bəlkə bir zaman,

Özümü həm sizi, dünyanı həm də.

1927

almancan tərcümə

18-19. 10. 2021, Samara

=============

Pfeifen

Klavier und Geige, die ich wahrlich schaetze,

Ich konnte mich mit ihnen kaum befassen;

Mir hat bis jetzt des Lebens rasche Hetze

Nur zu der Kunst des Pfeifens Zeit gelassen. Читать далее

HERMAN HESSE. “GECƏ KEÇƏNDƏ EVƏ DÖNMƏK…”  

Gecə keçəndə evə dönmək, ah, nə yamandır,

Vurulmuş, rədd edilmiş, öpüşdən yarımayan.

Ağımtıl göy üzündə qüssəli Orion da,
Yerə doğru yönəlib, baxıb görəsən bu an.

Sonra işıqlı evdə yatağına girəsən,

Təklikdən yuxun qaça, aldanışdan eləcə.

Arzular hücum çəkə, min dəfə çevriləsən,

Nə yuxu, nə təsəlli tapasan bütün gecə.

Hədər keçirdiyinnə həyatını yanasan,

Baş vurasan yaddaşın dərin quyularına.

Biləsən bircə şeydən təsəlli tapar insan:

Həyat borcuna əvəz ölüm ixtiyarı var!

1926

almancadan tərcümə

17-18.10. 2021, Samara

=====================

HERMANN HESSE

O so in spaeter Nacht …

O so in spaeter Nacht nach Hause gehn,

Verliebt, verschmaeht, von keinem Kuss beglueckt

Und in die bleichen Himmelsfelder sehn,

Wo der Orion traurig erdwaerts rueckt! Читать далее

HERMAN HESSE. ŞİKAYƏT

Biz Varlıq deyilik. Su xassəliyik

Düşürük şəkildən şəklə, axaraq.

Həm gecə, həm gündüz, yuva ya da ev,

Keçirik, Oluma biz can ataraq.

Surət dəyişərik, nəfəs dərmərik,

Tapmırıq pis-yaxşı ev, vətən hələ,

Həmişə yoldayıq, biz qəriblərik,

Çörək bitirmirik alın təriylə.

Bilmirik fikrində nəyik Tanrının,
Ovcunda gil kimi bizi oynadır.
Səssiz, üzüyumşaq, gülmür, ağlamır —

Bişirib bərkitmir yaradılanı.

Hərdən daş olasan! Donub durasan!

Sonra havalanıb yenə gedəsən.

Bizisə qorxular titrədir hər an,
Yoxdur dincəlməyi yolun deyəsən.

1934

almancadan tərcümə

17.10. 2021, Samara

===================

Hermann Hesse

KLAGE

Uns ist kein Sein vergoennt. Wir sind nur Strom,

Wir fliessen willig allen Formen ein:

Dem Tag, der Nacht, der Hoehle und dem Dom,

Wir gehn hindurch, uns treibt der Durst nach Sein. Читать далее

HERMANN HESSE. QADINA

Eşqə zərrə qədər ləyaqətim yox,
Oduna yanaram, bilmərəm necə.

Mən buluddan qopan ildırım, alov,

Küləyəm, tufanam, nəğməyəm incə.

Çoxdur eşqə, həzzə həvəsim hərçənd,

Çoxdur həvəsimə qurban olan da.

Çox səbəb olmuşam göz yaşına mən,
Sədaqət deyilən şeyə də yadam.

Ulduza sadiqəm mən sinəmdəki,
Düşgünlük yolunu göstərir mənə.

Məşəqqət yaşadır, həzz bitən kimi,
Nəşə əsiriyəm mən ancaq yenə.

Şəhvət əkirəm ki, barından yeyəm,
Sıçovul tutanam, başdan edən də.

Mən sizə vəhşilik dərsi deyərəm,
Ölüm mənə Rəhbər, Tanrıdır həm də.

1919

almancadan tərcümə

16.10. 2021, Samara

Einer Frau

Ich bin keiner, keiner Liebe wert,

Brenne nur dahin und weiss nicht wie,

Bin der Blitz, der aus der Wolke faehrt,

Bin der Wind, der Sturm, die Melodie. Читать далее

«GÜNDƏ NEÇƏ DƏFƏ ALNI MÖHÜRDƏ…»

           lələmin xatirəsinə

Gündə neçə dəfə alın möhürdə,

Dizi qatlanırdı, qul kimi həqir.

Quranı gözünə sıxıb öpərdi,
Şirin təsəlliydi, vəddi hər sətir.

Çəkilən zəhmətlər, axıdılan tər,
Əllərin qabarı, qəlb yaraları…

Deyirdi hardasa var elə dəftər,
Yazır, ötürmədən, kimsə  bunları…

Yığan, yığdığını itirən kişi,

Atıldın geriyə məqsədə çatcaq.
Əzabla sınandın sən Əyyub kimi,

Gəlmədi Tanrıdan mükafat ancaq.

Bəlkə zəhmətlərin, axıtdığın tər,
Ürək yaraların hədər deyilmş.

Öpdüyün kitabın verdiyi vədlər,
Bəlkə də haqq olub, yerin də behişt.

İndi dincələrsən… səni dincələn,
Təsəvvür eləmək çətindir ancaq.

Yatasan xurmalar kölgəsində sən,

Pərqu mütəkkəyə kəllə ataraq.

Yatarsan beşcə gün, bir həftə bəlkə,
Bezdirər bu behişt yuxusu sonra.

Ürəyin istəyər acı tənbəki,

Cənnət meyvələri pisini vurar,

Gicişər əllərin iş həvəsiylə,

Yol eşqi sızıldar ayaqlarını.
Ovutmaz hurilər şirin səsiylə,
Qışqırıb qovarsan onları yəqin…

Hönkürüb ağlarsan sonra qüssədən,
Gözünün yaşını qurutmaz sərin.

Özünü görərsən Kür üstündə sən,
Gözünün önünə gələr kolazın.

Arvad-uşağı da xatırlayarsan,

Heç biri qəlbinə yatan deyildi.

Həyat cəhənnəmdi… burdasa hər an,

Onun xiffətini çəkərsən indi…

14-15.10. 2021, Samara

HERMAN HESSE. DUA

Tanrı, inamımdan qoy düşüm uzaq,

Sənə yox ancaq!

Dadım acısını yanılmaların

Ağrı-acı dadım yanılmalarda,
Duyum müsibətli nə var dünyada.

Üz versin rüsvaylıq, ayıb sayılan,

Dərddən qaçmağıma kömək eləmə,
Əl-qol açmağıma kömək eləmə!

Ancaq fəlakətim yetişən zaman,

Göstər bir az qabaq,

Səbəbi sənsən,

Oda yaxan sənsən, dərd verən də sən.

Həzzlə qarşılaram məhvimi onda,
Sevinc yaşayaram ölüm anında,
Axı səndə ölə bilərəm ancaq!

may 1921

Almancadan tərcümə

13-14.10. 2021, Samara

GEBET
Lass mich verzweifeln, Gott, an mir, 
Doch nicht an dir! 
Lass mich des Irrens ganzen Jammer schmecken,  Читать далее

HERMAN HESSE. KİTABLAR

Bütün dünyadakı bütün kitablar,

Xoşbəxtlik, əlbəttə, gətirməz sənə.

Ancaq sənə onlar elə sirr açar,
Yol tapa bilərsən özün özünə.

Sənə gərək olan hər şeyi burda

Taparsan: Günəşi, Ulduzu, Ayı.

Çarpışırdın işıq axtarışında,

Öz içində imiş demə mənbəyi.

Kitablar illərlə ələk-vələkdi,

Hikmət təşnəsindən sənin əlində.

Hikmət hər vərəqdən nur saçır indi,
Çünki özünündür, öz içindədir.

aprel 1918

almancadan tərcümə

12-13.10. 2021, Samara

Bücher

Alle Bücher dieser Welt
Bringen dir kein Glück,
Doch sie weisen dich geheim
In dich selbst zurück.

Dort ist alles, was du brauchst,
Sonne, Stern und Mond,
Denn das Licht, danach du frugst,
In dir selber wohnt.

Weisheit, die du lang gesucht
In den Bücherein,
Leuchtet jetzt aus jedem Blatt –
Denn nun ist sie dein.

April 1918