Архив | 03.10.2021

POL VERLEN. POEZİYA SƏNƏTİ

Hər şeydən musiqi öncə bu işdə,

Üstün tut həmişə nə tay deyilsə.

Havada nə tamam itib gedirsə,
Surəti görünmür, yox çəkisi də.

Sözün aldatmasın gözəl gəlişi,
Bir az ikrahla bax, seçsən hansını,

Daha çox sevilir bayağı mahnı,
Onda dəqiqliklə güman qarışıb.

Can alan gözlərdir duvaq dalından,,

Ilğımdır, gün yeri yandıran zaman.

Payızda səpilib göyə, sayrışan,
Ulduz işığıdır maviyə çalan.

Yalnız çalarların məziyyəti var,

Rəngi qoy qırağa, çaları saxla!

Arzuya calanar arzu çalarla,
Qamışı tütəyə çevirər çalar!

Uzaq ol ölümcül atmacalardan,
Eyhamdan, məkrli gülüşdən uzaq.

Bütün bu mataha hopub sarımsaq,

Rədd elə, Səmanı nə var ağladan,

Yapış, bəlağətin boynunu sındır!
Qanın soyumamış pis olmaz hələ,
Ağıl da verəsən qafiyələrə.

Verməsən, çox hoqqa çıxarar andır.

Bəllimi onlarda olan fəsadlar?

Hansı başıxarab ya da karqulaq,
Əlində düzəlib ucuz bu şaxşax,
Səsində nə ahəng, nə incəlik var?

Musiqi öncədir, həm də zəruri!

Yazdığın qoy olsun qanadlı bir şey,
Şığısın, qəlbindən qoparaq şeir,

Başqa sevgilərə, göylərə sarı.

Dolaşsın şeirin harda azaddır,

Sərt səhər yeliylə sığallanaraq,

Nanədən, zirədən xumarlanaraq.

Qalan başqa nə var — ədəbiyyatdır…

1874

Fransızcadan tərcümə

01-03.10. 2021, Samara

Paul VERLAINE
1844 — 1896

Art poétique

De la musique avant toute chose,
Et pour cela préfère l’Impair
Plus vague et plus soluble dans l’air,
Sans rien en lui qui pèse ou qui pose.

Читать далее