Архив | 29.10.2021

CORC QORDON BAYRON. SƏNİ AĞLAYAN GÖRDÜM…

Ağladın – işıqlı, iri gilələr,

Axdı gözlərinin maviliyindən.

Bənövşədən daman gecə ya səhər,
Şehə göz yaşların bənzədi birdən.

—

Səni gülən gördüm – öləziyərək,
Yaqutun işığı söndü yanında
Sənin baxışında alışan od tək

Parlayan inci yox bütün dünyada.

—

Bax, orda buludlar günəşdən necə,

Rəngə boyanırlar şirəli, qatı.

Axşam yaxınlaşıb toran düşüncə,
Onlar göy üzündən silinər çətin.

—

Kədərli ruhlara təbəssümünlə,
Sevinc gətirirsən eləcə sən də.

Qalır işığından həmişə şölə,

Onunla açılır ürək sinədə.

1815

İngiliscədən tərcümə

28-29.10.2021, Samara

===============

George Gordon Byron

 (From «Hebrew Melodies»)

 I saw thee weep – the big bright tear

    Came o’er that eye of blue;

And then methought it did appear

    A violet dropping dew: Читать далее →