Архив | 30.10.2021

CORC QORDON BAYRON. BİR ZAMAN VAR İDİ…

Bir zaman var idi —  vermirəm bir ad,
Unudulan deyil çünki əbədi.

Bütün hisslərimiz bir idi o vaxt,
Necə ki, sevirəm səni mən indi.

—

Elə ki, mən səni sevdiyim qədər

Məni sevdiyini dilinlə dedin,

O vaxtdan qəlbimi üzdü çox kədər,

Sən özün bu halla tanış deyildin.

—

Belə dərinlərə heç kim enməmiş –

Eşq gedib, buraxmır  fikri yenə də.

Ani, sədaqətsiz öpüş kimiymiş,

Aniymiş ancaq o  sənin sinəndə.

—

Tapdı təsəlli də ürəyim hərçənd,
Sonralar çatanda mənə sorağı,

Bir vaxt eşidənə doğru tək gələn
Tövrlə xatirə danışmağının.

—

Bəli! Sən mələksən, həm də bədəməl!

Bilirəm bir daha sevməyəcəksən.
Mən ikiqat şadam buna görə də,
Eşqi yaşadırsan yaddaşında sən.

—

Bəli! Həzz alıram mən bu fikirdən,

Və qəlbim bir daha sızlamayacaq:

Harda ya da haçan kim olsan da sən,
Mənimsən əzizim, mənimsən ancaq.

ingiliscədən tərcümə

10 iyun 1808

29-30.10. 2021, Samara

===================

GEORGE BYRON

There Was A Time, I Need Not Name

There was a time, I need not name,

    Since it will ne’er forgotten be,

When all our feelings were the same

    As still my soul hath been to thee. Читать далее →