Архив | Октябрь 2021

HERMAN HESSE. RƏNGLƏRİN SEHRİ

Tanrının nəfəsi hopub aləmə,
Yuxarıda Səma, Səmadır altda.

Bir deyil, min deyil işıqda nəğmə,
Rənglər dünyasında Tanrını axtar.

Hər an təzələnmə, dəyişmə hər an,
Ağ qaraya dönər, isti soyuyar.

Həmişə xaotik bu sayrışmadan,
Bir göy qurşağının yaranmağı var.

Məşəqqət nəşəyə min dəfələrlə,
Qəlbdə ömür boyu belə dönəcək.
Tanrı işığının qüdrəti ilə —          

Şərəfləndiririk onu Günəş tək.

1918

almancadan tərcümə

12.10. 2021, Samara

MAGIE DER FARBEN       

Gottes Atem hin und wider,                     

Himmel oben, Himmel unten,                      

Licht singt tausendfache Lieder,               

Gott wird Welt im farbig Bunten. Читать далее

VİKTOR HÜQO. SABAH, DAN SÖKÜLƏNDƏ…

SABAH, DAN SÖKÜLƏNDƏ...[i]

Düşəcəyəm mən yola sabah söküləndə dan,

Necə gözlədiyini yaxşı bilirəm axı.
Özüm də üzülürəm sənin ayrılığından,
Meşə keçib gedərəm, gedərəm aşıb dağı.

Həndəvəri görmərəm, heç nə də eşitmərəm,

Gedərəm, qapılraraq  hüznlü fikirlərə,

Tənha, beli bükülü, qolları qoynunda həm,

Gedərəm qəm içində, günüm gecə tək keçər.

Nə baxaram Alförə tələsən yelkənlərə,

Qürubun qızılını nə də görər gözlərim.

Çatan kimi qəbrinin önündə diz çökərəm,
Meşə çiçəklərini daşın üstə düzərəm.

1847

fransızcadan tərcümə

06-07.10. 2021, Samara

Victor Hugo (1802–1885): Demain, dès l’Aube

Demain, dès l’aube, à l’heure où blanchit la campagne,
Je partirai. Vois–tu, je sais que tu m’attends.
J’irai par la forêt, j’irai par la montagne.
Je ne puis demeurer loin de toi plus longtemps. Читать далее

PYER RONSAR: «ŞİRİN GƏNCLİYİMİ QOYDUM ARXADA…»

(1524-1585)

Şirin gəncliyimi qoydum arxada,

Yox əvvəlki qüvvə canımda daha.

Dişlərim qaradır, saçlarım ağdır,
Əsəblər pozulub, üşüyür bədən,
Çünki damarlarda düşünürəm mən,
Qan yox, qırmızı su dolanıb axır.

Əlvida, rübabım! Sizə əlvida,
Gözəllər, sizdəydi həyatın dadı.

Duyuram, tezliklə sonum çatacaq.

Gəcliyin nə qədər həzzi var idi!
Qocalıq yaşına qalanı indi,

Şərabdır, yataqdır, bir də ki, ocaq.

Qocalıq gün deyil; sınaqdır ağır,
Yaş üstə yaş gəlir, azar da artır.

Qayğı həmlələri bir an kəsilmir.
Fərq eləməz gedəm, ya da dayanam,

Həmişə arxaya gərək boylanam,
Ölümüm dalımca gəlir elə bil.

Bilirəm, elə bir mənzilə hölmən,
Məni aparacaq o çox çəkmədən,
Orda Pluton ya ayrı bir nəfər,
Qapını hamının üzünə açır,
İçəri asanca hər gələn keçir,
Ancaq qayıdan yox indiyə qədər.

Fransızcadan tərcümə

04-05.10. 2021, Samara

Pierre de Ronsard

Ma douce jouvance est passée,
Ma premiere force est cassée,
J’ai la dent noire, et le chef blanc,
Mes nerfs sont dissous, et mes venes,
Tant j’ai le cors froid, ne sont plenes
Que d’une eau rousse, en lieu de sang. Читать далее

POL VERLEN. POEZİYA SƏNƏTİ

Hər şeydən musiqi öncə bu işdə,

Üstün tut həmişə nə tay deyilsə.

Havada nə tamam itib gedirsə,
Surəti görünmür, yox çəkisi də.

Sözün aldatmasın gözəl gəlişi,
Bir az ikrahla bax, seçsən hansını,

Daha çox sevilir bayağı mahnı,
Onda dəqiqliklə güman qarışıb.

Can alan gözlərdir duvaq dalından,,

Ilğımdır, gün yeri yandıran zaman.

Payızda səpilib göyə, sayrışan,
Ulduz işığıdır maviyə çalan.

Yalnız çalarların məziyyəti var,

Rəngi qoy qırağa, çaları saxla!

Arzuya calanar arzu çalarla,
Qamışı tütəyə çevirər çalar!

Uzaq ol ölümcül atmacalardan,
Eyhamdan, məkrli gülüşdən uzaq.

Bütün bu mataha hopub sarımsaq,

Rədd elə, Səmanı nə var ağladan,

Yapış, bəlağətin boynunu sındır!
Qanın soyumamış pis olmaz hələ,
Ağıl da verəsən qafiyələrə.

Verməsən, çox hoqqa çıxarar andır.

Bəllimi onlarda olan fəsadlar?

Hansı başıxarab ya da karqulaq,
Əlində düzəlib ucuz bu şaxşax,
Səsində nə ahəng, nə incəlik var?

Musiqi öncədir, həm də zəruri!

Yazdığın qoy olsun qanadlı bir şey,
Şığısın, qəlbindən qoparaq şeir,

Başqa sevgilərə, göylərə sarı.

Dolaşsın şeirin harda azaddır,

Sərt səhər yeliylə sığallanaraq,

Nanədən, zirədən xumarlanaraq.

Qalan başqa nə var — ədəbiyyatdır…

1874

Fransızcadan tərcümə

01-03.10. 2021, Samara

Paul VERLAINE
1844 — 1896

Art poétique

De la musique avant toute chose,
Et pour cela préfère l’Impair
Plus vague et plus soluble dans l’air,
Sans rien en lui qui pèse ou qui pose.

Читать далее

HERMAN HESSE. KƏPƏNƏK QƏDƏHDƏ

Qədəhimdə şəraba uçub endi kəpənək,
Şirin məhvinə doğru gedir xumarlanaraq.

Ümmanda çırpınsa da, ölmək istətyir ancaq,
Onu xilas edirəm, barmağımla çəkərək.

Ürəyim xumarlanır gözlərində bax elə,
Nəfis eşq şərabında batıb getməyə şaddır.
Cazibənlə məst olub, indi ölməyə hazır,

Köməyinə yetməsən əlinin bir himiylə.

1919

almancadan tərcümə

01.10. 2021, Samara
Falter im Wein

In meinen Becher mit Wein ist ein Falter geflogen,

Trunken ergibt er sich seinem suessen Verderben,

Rudert erlahmend im Nass und ist willig zu sterben,

Endlich hat ihn mein Finger herausgezogen.

Читать далее

Запись опубликована 01.10.2021, в ALMAN.