Архив | 15.02.2022

AFANASİ FET. “AH, MƏNƏ DİVANƏ DE…”

Афанасий Фет

Nə xoşbəxtəm! Gecədir, biz ikimizik ancaq,

Çayın ayna üzündə ulduzlardır sayrışan.

Ordasa…Göyə bir bax, başını qaldıraraq,
Orda necə dərinlik, necə saflıq var bu an!

Ah, mənə divanə de! Özün istəyən kimi,

Mənə ad qoy; ağlımın zəifləyən bu anı,

Elə sevgi axını duyuram qəlbimdə ki,

Susa bilmərəm daha, susmağa taqət hanı!

Xəstəyəm, mən vurğunam; ah, qulaq as, anla həm!

Sevirkən gizlətmirəm ehtirasını səndən.

Demək istədiyimsə budur: səni sevirəm,

Yalnız səni sevirəm, arzulayıram da mən.

1854

ruscadan tərcümə

13-14. 02. 2022, Samara

+++++++++++

АФАНАСИЙ ФЕТ

Какое счастие: и ночь, и мы одни!

Река – как зеркало и вся блестит звездами;

А там–то… голову закинь–ка да взгляни:

Какая глубина и чистота над нами! Читать далее