Архив | 08.02.2022

SERGEY YESENİN. İNƏK

Dişləri tökülüb, özü əfəldir,
İllər dastan yazıb buynuzlarına

Naxırçı döyərdi onu hər dəfə,
Çölə otlamağa aparan zaman.

—

Səs-küydən narahat onun ürəyi,
Küncü dağıdırlar siçanlar yenə.

Qüssəli-fikirli durub gövşəyir,

Ağayaq dananı salır yadına.

—

İlk ana sevinnci sürdü bircə an,
Aldılar balanı özünə gəlcək.

 Sonra ağcaqovaq altda payadan,

Asılan dərini yellədi külək.
—

Az qalıb, oğlu tək boynuna ilgək,
Keçər qarabaşaq çölündə elə.

Bala taleyini yaşayar inək,
Çəkib apararlar onu kəsələr.

—

Mələmir, ağlayır, gedir hüznlə,

İnək buynuzuyla dirənir yerə.

Ağ meşəlik gəlir gözü özünə,
Yaşıl çəmənləri görür son kərə.

1915

ruscadan tərcümə

07-08. 02. 2022, Samara

+++++++++

Сергей ЕСЕНИН

КОРОВА

Дряхлая, выпали зубы,

Свиток годов на рогах.

Бил ее выгонщик грубый

На перегонных полях. Читать далее →