Архив | 04.02.2022

SAŞA ÇORNI. «ÇEXOV BU DÜNYADA NİYƏ YOXDUR, AH…»

Çexov bu dünyada niyə yoxdur, ah!

Nə qədər atlı və piyada zəvzək,

Önündə sevimli evin Yaltada,
Durardı, riqqətlə mədh deyərək.

—

Daim sıçovul tək  vurnuxurdular,
Sanki boksçuydu, səs salıb adı.

O, zarafat edər, baxardı bağa,

Göz qıyıb dinlərdi cəfəngiyyatı.

—

Xəlvəti, ayrı cür mənsə edərdim

Əgər sağ olsaydı o əziz insan:

Daça çəpərinə yaxın gedərdim,

Sevimli çöhrəyə baxım bircə an.

—

Asta addımlara o təsadüfən,

Mənə sarı gəlsə, əyilib onda,

Üzümü qapardım əllərimlə mən,
Və itib-gedərdim qatı toranda.

1922

ruscadan tərcümə

02-03. 02. 2022, Samara

+++++++++++++++

САША ЧЕРНЫЙ

Ах, зачем нет Чехова на свете!

Сколько вздорных — пеших и верхом,

С багажом готовых междометий

Осаждало в Ялте милый дом… Читать далее →