Архив | 02.02.2022

GEORGİ İVANOV. “İSTƏRƏM ÜRƏYİM AÇILA, GÜLƏM…”

İstərəm ürəyim açıla, güləm,

Dincələm, yurduma qayıda biləm.

Lap azacıq şeydir mən istəyənlər,

Bunlar, demək olar, hamıda vardır.

Ancaq  diləsəydim Tanrıdan əgər —

Bu, mənasız, həm də günah olardı.

1948

ruscadan tərcümə

01. 02. 2022, Samara

+++++++++

ГЕОРГИЙ ИВАНОВ

Я хотел бы улыбнуться,

Отдохнуть, домой вернуться…

Я хотел бы так немного,

То, что есть почти у всех,

Но что мне просить у Бога —

И бессмыслица и грех.

1948