Архив | 22.02.2022

MARİNA TSVETAYEVA. ANAMA

marina

İlk dəfə Ştrausun valslarında bir zaman,
Eşitmişik biz sənin sakit çağırışını.

Bütün canlı olanlar bizə yaddı o vaxtdan
Sevmişik əqrəblərin yüyürük yerişini.

—

Biz də salamlayırıq qürubları sənin tək

Dərin nəşə duyaraq yaxınlığıyla sonun.

Ən yaxşı axşamda biz nə ilə zənginiksə,

Sən nemət tək qoymusan ürəyimizə onu.

—

Uşaq yuxularını qoruyub yorulmadan

(Göydən ay nəzər salır sənsiz onlara indi)

Sən öz körpələrini aralı aparırdın,

Acı həyatın ağır fikrindən, əməlindən.

—

Erkən yaşdan yaxındır bizə, kim kədərlisə,

Gülüş — darıxdırıcı, ev-eşik isə yaddır…

Gəmimiz bəd saatda yola düşüb deyəsən,

Küləklər istəyincə indi onu oynadır.

—

Rəngini itirmədə mavi ada – uşaqlıq,

Biz nə vaxtdan gəminin göyərtəsində təkik.

Dünyadan köçəndə sən, kədəri irs tək alıb

Səndən qızcığazların, ay ana, elə bil ki.

1907-1910

ruscadan tərcümə

20-21. 02. 2022, Samara

++++++++++++

Марина Цветаева

Маме

В старом вальсе штраусовском впервые

Мы услышали твой тихий зов,

С той поры нам чужды все живые

И отраден беглый бой часов. Читать далее →