Архив | 24.02.2022

MARİNA TSVETAYEVA. «SİZ HƏM UNUTQANSINIZ…»

marina

Siz həm unutqansınız, siz həm də unudulmaz,

Öz təbəssümünüzə, ah, necə bənzərsiniz!

Yenə deyimmi? – Qızıl səhərdən gözəlsiniz!

Yenə deyimmi? – Sizə kainatda tay olmaz!
Eşqin özünə cavan hərbi əsirsiniz siz,

Siz Çellini əlindən çıxan və yaranan vaz!

—

Dost, icazə verin mən,  köhnə dəb ilə sizə,
İncələrdən də incə məhəbbətimdən deyim.

Sizi sevirəm. Dinir sobada yelin qıyı.

Dirsəklənib baxaraq yanıb-qızaran közə,

Sevirəm sizi. Safdır, məsumdur mənim eşqim,

Xırda uşaqlar kimi bunu deyirəm üzə.

—

Hər şey keçər, dost! Sıxır gicgahları ovuclar

Həyat bir gün açacaq! – Gənc əsir, vaxt olacaq,
Eşq sizi buraxacaq, mənim səsimsə ancaq,

İlhamla qanadlanıb dünyaya çəkəcək car

Ki, haçansa dünyada yaşamış bir bəxtiyar —
Özü unutqandısa, o unudumayacaq.

1918

ruscadan tərcümə

22.02. 2022, Samara

++++++++++++++

МАРИНА ЦВЕТАЕВА

Вы столь забывчивы, сколь незабвенны.
— Ах, Вы похожи на улыбку Вашу! —
Сказать еще? — Златого утра краше!
Сказать еще? — Один во всей вселенной!
Самой Любви младой военнопленный,
Рукой Челлини ваянная чаша.

—

Друг, разрешите мне на лад старинный
Сказать любовь, нежнейшую на свете.
Я Вас люблю. — В камине воет ветер.
Облокотясь — уставясь в жар каминный —
Я Вас люблю. Моя любовь невинна.
Я говорю, как маленькие дети.

—

Друг! Все пройдет! Виски в ладонях сжаты,
Жизнь разожмет! — Младой военнопленный,
Любовь отпустит вас, но — вдохновенный —
Всем пророкочет голос мой крылатый —
О том, что жили на земле когда-то
Вы — столь забывчивый, сколь незабвенный!