Архив | 10.05.2023

DANTE. CƏHƏNNƏM. 13-CÜ NƏĞMƏ

(FRAQMENT)

 1 Gəlib çatmamışdı ora Ness hələ,

Biz qalın meşəyə gedib girəndə,

Ondasa cığır da yox idi belə.

 

4 Yarpaqlar qaramtıl, yox yaşıl  heç nə,

Düyün ya əyrilik var hər budaqda,

Meyvə əvəzinə zəhərli iynə.

 

7 Yox bu pöhrəlikdə, çox azdır ya da,
Rəzil heyvanlar ki, nifrət edirlər,

Həm Çeçinoda, həm Kotenoyada.

 

10 Yaxın fəlakətdən verərək xəbər,

Strofaddan qovan troyalıları,
Harpiyalara bu meşə xoş gələr.

 

13 Pəncələr caynaqlı, tüklüdür qarın,

İnsan sifətlidir,  qanadı gendir,
Uçarkən meşəyə qıyıltı yayır.

 

16 Ustadım: “İrəli gedənəcən bil,

İkinci çevrənin içindəsən sən, —

Belə başladı o: “O davam edir,

 

19 Müdhiş bir qumluğun əvvəlinəcən;

Baxıb görəcəksən sən elə şeylər,
Bəlkə inanmazdın, desəm əgər mən”.

 

22 Yoxsa da ətrafda kimsədən əsər,4
Nalə eşidirdim mən hər tərəfdən

Durdum çaşqın halda orda bir qədər.

 

25 O yəqin düşündü düşünərəm mən,

Kimin boğazından çıxır bu səslər,

Hardasa gizlədir özünü bizdən.

 

28 Onda mən dikəlib əl uzadaraq,
Göyəmdən bir budaq  qıranda, gövdə

Qışqırdı: “İncitmə məni bu sayaq!”

 

31 Sonra qan axıtdı qəhvəyi rəngdə,

Ded: “Axı məni niyə soyursan,

Yoxmu heç mərhəmət duyğusu səndə?….

 

italyancadan tərcümə

may 2023, Samara

++++++++++++

CANTO 13

Non era ancor di là Nesso arrivato,
quando noi ci mettemmo per un bosco
che da neun sentiero era segnato.

Читать далее