Let me not to the marriage of true minds…
Səmimi qəlblərin ittifaqına,
Nə mane? Sevgi heç sevgi deyildir,
Əgər dəyişirsə, səbəb axtarıb,
Vəfa görməyərək ya da əyilir.
Yox, o, dənizlərdə duran nişangah,
Tufanlar görsə də heç zaman əsmir.
Ulduzdur, hər hansı gəmi yol azsa,
Ulduz tək həmişə ucadır yeri.
Zaman oyuncağı deyildir, hərçənd,
Gül yanaq, gül dodaq zamanla solar.
Məhəbbət yaşayar qiyamətəcən,
Dəyişdirməz onu həftələr, aylar.
Sübut edilsə ki, doğru deyil bu,
Nə şeir yazmışam, nə sevən olub.
İngiliscədən tərcümə
11-12.04.2018
Samara