UİLYAM ŞEKSPİR. 115-Cİ SONET

 

sonnet 115.jpg

                           Those lines that I before have writ do lie…

Yalanmış qabaqlar mən nə yazmışam,
Guya daha güclü sevə bilmərəm.

Eşqinin oduyla tam alışmağım,
Başa düşməmişəm öndədir hələ.

 

Milyon təsadüflər zamanda ancaq,

And pozur, fərmanı dəyişir hətta.

Salır ən səmimi məramdan uzaq,

Tərəddüd yaradır mətin ruhda da.
Zamanın zülmündən qorxaraq, əfsus,

Demədim “sevgimin həddi yox indi”.

Şübhəmdə əmindim mən onda yalnız,

Varsa da inamım, indiyə idi.

 

               Məhəbbət körpədir; biləydim gərək,
               Zamanla boy atar, o da böyüyər.

İngiliscədən tərcümə

10-11.04.2018

Samara

Реклама