ANNA AXMATOVA
EPİQRAM
Могла ли Биче словно Дант творить…
Beatriçe Dante tək yarada bilərdimi,
Eşqin tərənnümünə qadirdimi Laura?
Mən oldum qadınlara danışmağı öyrədən…
İlahi, indi necə susdurum mən onları!
1958
Ruscadan tərcümə
02.11.17
Samara
ANNA AXMATOVA
EPİQRAM
Могла ли Биче словно Дант творить…
Beatriçe Dante tək yarada bilərdimi,
Eşqin tərənnümünə qadirdimi Laura?
Mən oldum qadınlara danışmağı öyrədən…
İlahi, indi necə susdurum mən onları!
1958
Ruscadan tərcümə
02.11.17
Samara

BORİS PASTERNAK
ÇÖRƏK
Ты выводы копишь полвека…
Əlli il yığırsan nəticələri,
Dəftərə yazmırsan ancaq onları.
Əgər deyilsənsə sən özün əlil,
Gərək anlayaydın vacib olanı.
Anladın ağ günə əmək yol açar,
Açıldl uğurun qanunu, sirri.
Tanrı lənəti var bekarçılıqda
Bildin səadəti hünər gətirir.
İbtidai bitki səltənətində,
Möhtəşəm heyvanlar aləmində də,
Vəhylər, mehrablar gərəkdi, bildin,
İgidlər, cəsurlar gözləniləndi.
Bildin talelərin qovuşuğunda,
Qaldı əbədilik ilkin vəhy tək.
Gələn nəsillərçin ulu əcdadın,
Yüzillərlə əkib-becərən çörək.
Yəni çovdar ya da buğda zəmisi,
Təkcə çağırmır ki, biçib-döyəsən,
Bu tarla — səhifə, bu tarla — yazı,
Əcdadın haçansa həsr edib sənə.
Yəni ki, bu onun sözüdür elə,
Və onun misilsiz əməli həm də.
Doğumlar, hüznlər, ölübgetmələr
İçində, daimi gəlib-getmədə.
1956
Ruscadan tərcümə
30.10 – 01.11.2017
Samara

BORİS PASTERNAK
Годами когда-нибудь в зале концертной…
Ötər illər, haçansa, hardasa bir zalda yenə,
Mənə Bramsı çalarlar, bürüyər qəlbi kədər.
Altı qəlbin anaram ülfətini, göz önünə,
Gələr gəzinti, çimərlik və bağda gül ləki də.
Alnıdik rəssamı xatırlaram, ürkək yuxu tək
Gülümsəyərdi durmadan, o, xoş təbəssümlə.
Geniş işıqlı təbəssüm və üz, alın göyçək,
Nəsə ümumi vardı çöhrədə qlobus ilə.
Mənə Bramsı çalarlar, əsərəm, sarsılaram,
Anılar yarmaların, sursatın alınmağı da.
Xatırlanar səki, artırma, otaqlarda nizam,
Qardaş, övlad, palıdın orda tək dayanmağı da.
Dağıdır rəngləri rəssam qadın, otlar bulanır,
Düşür palitra əlindən, yığır, basır cibinə,
Bütün ləvazimatı, bir qutu da zəhrmarı,
Ki, adı “Basma”dır və astma vəd edir çəkənə.
Mənə Bramsı çalarlar, üzülər, sarsılaram,
Düşər evin damı, kandar və pöhrəlik də yada.
Pətəyə bənzər otaqlar və aynabənddə toran.
Xatırlaram gülüşü, göz-qaşı, dodaqları da.
Və axar sel kimi bir anda göz yaşım tökülər,
Necə islansa da üz, bitməz ağlamaq həvəsim
Qaynayar, qalxar ötənlər quyulardan sanki,
Həndəvər, aşna-dost, əzizlrim, nəslim.
Vuraraq dövrə dörd ailə çəmənlikdə durar,
Kölgələrədən yaranıb oynanar intermezzo.
Saf uşaqlıq kimi alman havası çaldırılar,
Və əlləriylə ağac tək tutar ondan hamısı.
1931
Ruscadan tərcümə
25-29.10.2017
Samara

OSİP MANDELŞTAM
О, как мы любим лицемерить…
Ah, necə sevirik riyakarlığı,
Asan da unuduruq,
Ölümə yaxınıq biz uşaq çağı,
Yaşlı, yetkin olandan.
Didir nəlbəkidə hələ küsünü,
Gözü yuxulu körpə.
Mənimsə kimsəm yox tökəm hirsimi,
Yol ayrııcında təkəm.
Ancaq istəmirəm mən balıq kimi,
Yatam bayğın sularda.
Azad dərd seçimim, qayğı seçimim,
Əziz — hava, su qədər.
fevral – 14 may 1932
Ruscadan tərcümə
23.10.17, Samara
+++++++++++++++++
О, как мы любим лицемерить
И забываем без труда
То, что мы в детстве ближе к смерти,
Чем в наши зрелые года.

OSİP MANDELŞTAM
MƏNZİL
Квартира тиха как бумага…
Bir kağız sükütu mənzili alıb,
Bər-bəzəksiz, sadədir.
Batareyaların borularıyla,
Su pıqqıldayıb gedir.
Donub qurbağa tək durub telefon
Şələ-şülə qaydada.
Gözə dəyən nə var Nuh əyyamından
Qalıb, ürək dağlayar.
Xaraba divar da elə bil yuxa,
Hara qaçıb gedəsən?
Gic kimi darağı ağzıma sıxıb,
Gərək çalam kiməsə.
Həyasız komsomol təşkilatından,
Tələbə nəğməsindən.
Partada əyləşən cəlladlara da,
Cikkildəmək öyrədəm.
Pay kitablarıdır oxuduqlarım,
Dinlərəm çıxışları.
Kolxoz bəyi yatır xumarlanaraq,
Mən də layla çalıram.
Hansısa plakat, şüar yaradan,
Kolxoz yununu didən.
Ya da mürəkkəbə qan qarışdıran,
Düşəydi belə dərdə.
“Təmizləmələr”də duz tək əriyən
Şərəfli adamsatan,
Arvad-uşağını yedirən, yeyən,
Baş tapar bu hoqqadan.
Və gör hər eyhamda sancan, ağrıdan,
Gizlənb nə qədər kin.
Nekrasov çəkici vurub burada,
Bütün mıxları sanki.
Çeşməsi yerinə İpokrenanın,
Qədim qorxu axını,
Qoy dolsun xaltura divarlarına,
Bu xaraba daxmanın.
Noyabr 1933
Ruscadan tərcümə
21-22 oktyabr 2017
Samara

OSİP MANDELŞTAM
(1891-1938)
Образ твой мучительный и зыбкий…
Sayrışan surətin itdi dumanda,
Əzabındı gördüyüm.
Çaşaraq “İlahi!” dedim bir anda,
Bilmirəm niyə dedim.
İri quş sayağı çıxıb sinəmdən.
Uçdu tanrının adı.
Laybalay dumanlar burulur öndə,
Boş qəfəssə arxada.
1912
Ruscadan tərcümə
20.10.2017
XALQIM MƏNSİZ NATAMAM
“Mənsiz xalq natamamdır”.
A.Platonov
İstər uzaqda olam,
İstər itkin sayılam,
Sayılam, sayılmayam,
Çıxara hamı yaddan –
Xalqım mənsiz natamam.
Dalasa da dilləri,
Gicitkən kimi adım;
Zəhər, qan kimi şeirm,
Tüpürülsə də indi;
Vaxt gələr ürəkləri
Sözümlə qanadaram —
Mənsiz xalqım natamam.
Atın qara daş üstdən,
Bir qara daş da altdan,
Sınsa da qol-qanadım,
Yenə də salamatam —
Xalqım mənsiz natamam!
Saysanız da boş yerə,
Keçir mənim həyatım.
Çox da ki kütlələrə,
Anlaşılmazam, yadam –
Mənzsiz xalqım natamam!
Nə Təkəm, nə Ucayam,
Nə “Gülxanə parkında,
Bitən qoz ağcıyam”.
Mən kağızam, mən qələm,
Sözəm ürəkdən gələn.
Mən on üç rəqəmiyəm,
Xoflansa da çox adam,
Sayılam, sayılmayam –
Mənsiz xalqım natamam!
Tarix səhifəsindən,
Silinməyəcək adım.
Siz çalışan, səy edən,
Mən səbirəm, inadam –
Xalqım mənsiz natamam!
19.10.2017
Samara
ПУТИН: Что нового, Дима?
ПЕСКОВ: Да вот пенсионер из Иркутска к вам обратился. Просит деньги на гроб.
ПУТИН: Дима, у меня нет денег, я даже забыл, как они выглядят… Ты передай от меня Сергею Кужугетовичу, пусть он отправляет этому пенсионеру цинковый гроб. У Шойгу, думаю, этих гробов полно.
ПЕСКОВ: Не то слово. До фига.
ПУТИН: Дима, что у меня у мусульман больше всего мне нравится, так это их похороны. Хоронят без гроба…Заворачивают в мешок и бултых! — в землю…

ŞARL BODLER
(1821-1867)
SEVGİLİLƏRİN ŞƏRABI
Aujourd’hui l’espace est splendide !
Ah, nə xoşdur bu gün aləm, nə qəşəng,
Nə qılınc oynayar, nə at kişnər.
Şərabla atlanaraq qalxıb uçaq,
Tanrı sirriylə dolu göylərəcən.
Qara qızdırmadan yanan, üzülən,
İki mələk necə divanə gəzər,
Səhərin mavi büllurundan aşaq,
Uzaq ilğım dalınca biz dolaşaq.
Ağılla gurlayıb gələn axının,
Astaca söykənək qanadlarına,
Halımız məstliyə bu anda yaxın
Baş vuraq, ah, bacım, bu dalğalara,
Bir behişt var, xəyalımdan yaranan,
Ora gedək, nə dincələk, dayanaq.
Franslzcadan tərcümə
17-18. 10. 2017
Samara
Мадат Гулиев:
— Товарищ Араз Ализаде! Мы проверили все архивы. Ваш покойный отец Мубариз Ализаде не был стукачом!
Араз Ализаде:
— Спасибо, товарищ Гулиев!
Мадат Гулиев:
— Товрищ Ализаде! Я от имени всех чекистов вас поздравляю! Вы первый в своем роду стукач!