Архив по авторам | Xeyrulla Xəyal

MARİNA TSVETAYEVA. «HEÇ KİM BU SÖVDƏDƏN ÇƏKMƏDİ ZİYAN…»

marina.jpg

MARİNA TSVETAYEVA

           Никто ничего не отнял!

 

Heç kim bu sövdədən çəkmədi ziyan!

Ayrıyıq – bu mənə necə də şirin!

Yetişər öpüşüm sizə, adlayar,

Aramızda olan uzun verstləri.

 

Bəli, eyni deyil tanrı vergimiz,

Səsim də ürkəkdir ilk dəfə indi.

Cavan Derjavinsiz nəzərimdə Siz,
Nə dəyər yabançı şeirlərimdə

 

  • Uçuşa, gənc qartal, sənin qanadın

Açılsın, dilərəm kömək tanrıdan.

Gözünü yummadan günəşə baxdın,

Sənə nə təhlükə baxışlarımda?

 

Sizin dalınızca baxan olmayıb,

Hələ belə incə, belə sərsəri.

Yetişər öpüşüm sizə, adlayıb,

Aramızda olan uzun verstləri.

 

12 fevral 1916

 

Ruscadan tərcümə

09.10.2017

Samara

 

Şeir Osip Mandelştama həsr olunub

++++++++++++++++++++

Марина Цветаева

«Никто ничего не отнял…»

Никто ничего не отнял –
Мне сладостно, что мы врозь!
Целую Вас через сотни
Разъединяющих верст.
 Читать далее 

ALEKSANDR PUŞKİN. QURANA BƏNZƏTMƏLƏR

ПУШКИН

ALEKSANDR PUŞKİN

     QURANA BƏNZƏTMƏLƏR

                        VI

                       Недаром вы приснились мне…

 

Əbəs yerə deyil yuxuda sizi

Gördüm başıqırxıq döyüşən anda.

İti qılıncların tiyəsi qanda,

Xəndəkdə, divarda, yerdə qan izi.

 

Çatsın hamınıza qoy bu şən səda,

Odlu səhraların mərd oğulları:

Cavan kənizləri siz əsir alın,

Bölün qəniməti öz aranızda.

 

Qələbə çaldınız, sizə şərəf-şan,

Ağürəklilərə — üzüqaralıq.

Onlar inanmadı çin yuxulara,

Döyüş meydanından ötüşdülər yan.

 

İndi tamahıyla bol qənimətin,

Peşmandır, əlbəttə, hamısı onlar.

“Özünüzlə bizi, axı nə olar,

Aparın” deyirlər, “yox” deyin qəti.

 

Döyüşdə ölənlər bəxtiyardılar,

Yerləri cənnətdir onların indi.

Keçir hər anları işrət içində,

Dünya qüssəsindən uzaqdır onlar.

 

1824

Ruscadan tərcümə

08.10.2017

Samara

ALEKSANDR PUŞKİN. QURANA BƏNZƏTMƏLƏR. IX

ПУШКИН

ALEKSANDR PUŞKİN

     QURANA BƏNZƏTMƏLƏR

 

                 IX

                                  И путник усталый на бога роптал…

 

Tanrını qınadı yolçu yorulub,

Kölgə, su axtarır, boğazı quru.

Səhrada dolaşdı üç gün, üç gecə,
Gözləri ilğımın, tozun girinci.

Kədərli, ümidsiz yolçu gedirdi,

Birdən xurma altda bir quyu gördü.

 

Xurmanın yanına yüyürdü yolçu
Çatıb soyuq sudan içdi doyunca.

Sudan gözlərinə, alnına çəkdi,

Sadiq eşşəyinin yanına çökdü.

Ötüşdü bu yeri, göyü yaradan

Tanrının əmriylə çox il o vaxtdan.

 

Yolçunun ayılmaq vaxtı yetişdi;
Qalxan tək naməlum bir səs eşitdi:

“Çoxdnmı səhrada sın yuxudaydın?”

Cavab verir: günəş ucadır indi,

Dünən təzə-təzə qızarırdı dan,

Deməli bircə gün yatmışam yaman.

 

 

Səs: “Yolçu, daha çox yatdığın zaman,

Bax, cavan uzandın, qoca qalxmısan.

Bax, quruyub xurma, o soyuq quyu,

İndi qumla dolub, quruyub suyu.

Səhradır ətrafın, eşşəyinin də,

Çılpaq sümükləri ağarır indi”.

 

Qocanı bürüdü qüssə bir anda,

Ağladı, ağ başı döşünə endi…

Səhrada baş verdi onda möcüzə,
Keçmiş cana gəldi və hər şey təzə.

Sərin kölgə salır xurma yenə də,

Soyuq suyla dolu quyu indi də.

 

Çürük sümükləri qalxır eşşəyin,
Örtülür bədənlə, anqırır yenə.

Yolçunun canına güc, sevinc gəlir;

Qanında cavanlıq eşqi dirilir;

Müqəddəs fərəhlə sinəsi dolur,

Allaha şükr edib düzəlir yola.

1824

 

Ruscadan tərcümə

07.10.2017

Samara

ВЕСЕЛЫЕ РЕБЯТА

Putin.jpeg

К СЧАСТЬЮ, ДЕНЬ РОЖДЕНЬЯ ТОЛЬКО РАЗ В ГОДУ…

ŞEŞ-BEŞ…

ƏYİLİN.. HARINLARIN AYAQLARINI, AYAQLARININ TORPAĞINI ÖPÜN…

ARİF 4.jpg

Doğma Azərbaycan millətimə əvvəllər də çox olmayan sevgim get-gedə lap azalır. Ölkəni, mərhum Asif Əfəndiyev demişkən, keçəl Həmzələr bürüyüb…

Keçmiş səfir Arif Məmədov. 2000-ci ildən 2015-ci ilə qədər diplomatik vəzifələrdə olub. (Nədənsə Vikipediyada bu adamın 2000-ci ilə qədər harda işlədiyi barədə məlumat vermir). Yəni ən azı 15 il ərzində dövlət maşınının bir hissəciyi olub. Və bu illərdə yüzlərlə insan Azərbaycanda təqiblərə məruz qalıb, Novruzəli Məmmədovun nəsli kəsilib, neçə jurnalist öldürülüb, onlıarla jurnalist, siyasi fəal şərlənib tutulub, parlament seçkiləri ədalətli keçirilməyib, məhkəmə sistemi tamamiilə icra hakimiyyətinə tabe edilib, əhali kasıblaşıb və s. Yəni bütün sahələrdə fundamental hüquqlar pozulub. Və ciddi beynəlxalq təşkilatlarda Azərbaycanı təmsil edən Arif Məmmədov öz soydaşlarının müdafiəsinə qalxmayıb, əksinə, rejimin qanunsuz hərəkətlərini pərdələməklə məşğul olub. 2015-ci ildə birdən ya keflilikdən ya ayrı səbəbdən İnternetdə tənqid məzmunlu iki kəlmə yazır və bu da Bakıdakı ağalarının xoşuna gəlmir. Onu səfirlikdən geri çağırırlar. Bu da iki ayağını dirəyir bir başmağa ki, qayıtmaram, mən müxalifətçiyəm.

O vaxtdan Avropada yaşayır. Maraqlıdır: hansı pula?

Bu məsələ maraqlı olsa da, o qədər vacib deyil. Diplomat işləyən azərbaycanlı vəziyyətindən stifadə edib varlanmırsa, o, azərbaycanlı deyil, onun zatında iş var.

Vacib başqa şeydir: bu Arif Məmmədov hansı mübarizəsinə görə müxalifətçi oldu?

By da çox vacib deyil. Çox vacib deyil. Çox vacib başqa şeydir:  Niyə mənim yüzlərlə soydaşım bu adamın İnternetdə şəklini pravoslavlar surət öpən kimi öpürlər? Təkcə öz şəklini yox, arvadının da gödəktuman şəklini…

Arif Məmmədov qızı haqqında hekayət yazıb. Onun Brüsseldə Amerika məktəbində Azərbaycanın büdcəsi hesabına oxumağından, işdən çıxandan sonra Azərbaycandan maliyyənin dayanmasından və s.

Bir sözlə. Bu qız Brüsseldə dəhşətli əzablar çəkib…. Yarım saaat. Papası məktəb direktoru ilə görüşüb yarınm saata işi həll edib. Qız havayı oxuyub qurtarıb. Girib Amerikanın ən yaxşı (hansına?) universitetinə, ən yüksək (hansı, adı nədir?) prezident təqaüdü alır…

Bunlar maraqlı deyil. Soydaşların reaksiyası maraqlıdır. İki il bundan qabağa qədər bu Arif  Məmmədov da xalqın qanını soran minlərlə zəlidən biri idi və Brrüssellərdə gödəktuman arvadıyla kef çəkirdi. İndi soydaşlarım bu adamın İnternetdə şəklini müqəddəs surət kimi yalayırlar, ona, arvadına, qızına valeh olduqlarını bildirirlər.

ARİF 1.jpg

Arif Məmmədov hekəyətini rusca yazıb. Rəylərin 99 faisi azərbaycanlılarındır. Bəziləri ruscanı yaxşı bilmirlər, gücənə-gücənə yazırlar. Fikir verin: Arif Məmmədov heç kimə cavab yazmır. Cəmi bir nəfərə cavab var, o da “millət deyil”, “Kolyan”dır…

Kül başına, ay millət!

ARİF 2.jpg

Bu hekayəni hələ “Azərbaycan saatı” da çap eləyib. “Azərbaycan saatını” kim maliyyələşdirir? Hansı ölkənin gergiverənləri? Fransızlar, almanlar ya amerikalılar niyə dünənki korrupsionerin “pozitiv imic” kampaniyasına pul xərcləməlidirlər?

“Azərbaycan saatı”nın redaktoru kimdir? Qənimət Zahid? Bu adam Şamaxıda qoyun otarsa, daha yaxşı olmazmı?

Əyilin, əyilin…Bu harınların, onların arvadlarının, uşaqlarının, ayaqlarından, ayaqlarının torpağından öpün. Və təəccüblənməyin ki, niyə torpaqlarınız düşmən tapdağı altındadır…

06.10.17

RÜFƏT MURADLI ÜÇÜN ŞƏHİD FACİƏSİ DƏ TOYDUR…

Rüfət_Muradlı 2.jpeg

Rüfət Muradlını İnternetdə tanıyan gündən o bu adam və onun ətrafındakılar mənə Məşədi İbadı bala-bala yeyən lotuları xatırladırlar. Rüfət və onun başındakılar Borçalı, Kərkük, Urmiya, qaçqın, şəhid adıyla hansı “qazların” hesabınasa gündə bir məclis qurdurub qarınlarını otarırlar. Ancaq Rüfət Muradlı mənə həmçinin bir salyanlı yerlimizi xatırladır, salyanlıların öz adı ilə yox, “Beş” çağıırdıqları bu adama Füfət sifətdən də çox oxşayır. Bir neçə il bundan qabaq Salyanda eşitdim ki, Beş ölüb… Allah rəhmət eləsin. Onunla bağlı məqalə çoxdan yazılıb və “Azadlıq” qəzetində çap olunub….

                                                  BEŞ!

Yəqin ki, elə dünyanın hər yerində ad almaq şərəfdir, bircə Salyan şəhərindən başqa. Salyanda ad aldın, evin yıxıldı. Salyanlı hələ həyatda ağı-qaradan seçməyi əməlli-başlı öyrənməmiş bir də görür yerliləri yöndəmsiz bir adı bıçaq kimi soxdular onun bioqrafiyasına. Evi yıxılan başına-gözünə vurur ki, günahım nədir, neyləmişəm axı. Salyanlılar bir qapaz da əlavə edib deyirlər ki, kəs səsini, qırışmal, yaxşı fikirləşsən, bilərsən neyləmisən…

Salyanlıların bir-birinə verdiyi çox  adları, düzü, heç kağıza da yazmaq olmaz… Ancaq uşaq-böyük yanında dilə gətirilə bilənləri də var. Məsələn, Beş. Gül kimi addır. Ad sahibi özü də gül kimi adamdı. Mən mərhumu, yaxından da olmasa, tanıyırdım. Əlbəttə, onun da hamı kimi pasportu vardı və pasportdaki adı Beş deyildi. Salyanlılar bu qaraqaş-qaragöz kişiyə ona görə Beş, daha doğrusu, Beş adı vermişdilər ki, ümumiyyətlə lal-dinməz bu adam bütün suallara bircə sözlə cavab verirdi: ”Beş!” “Neçə yaşın var?” “Beş!” “Neçə manat maaş alırsan?” “Beş?” “Neçə uşağın var?” “Beş!” Mərhum Beş yay-qış qaloş geyərdi. Şəhərin harasında yas yeri olsaydı, hökmən naharını ora salırdı.  Yasin oxunduqca qara gözlərini qıyır və başını dərin razılıqla bulaya-bulaya “Sağ ol! Sağ ol!” deyirdi, elə bil ki, mollaya yox, meyxanaçıya qulaq asır.

Allah salyanlılardan razı olsun, xətrinə dəymirdilər…

Beşin ailəsi, uşaqları vardı. Mən ciddi güman edirəm ki, mərhumun başqa yerlərdə də, o cümlədən Bakida yaxın qohumları və hətta uşaqları da ola bilər. Məndə bu güman son illər Baki prokurorlarını diqqətlə müşahidə edəndən sonra yaranıb. Düzdür, mən indiyəcən bir nəfər də canlı Baki prokuroru(canlı olmayanını da) görməmişəm. Ancaq atalar deyib ki, prokurorun üzünü görmə, ittihamını eşit.

Bir neçə il əvvəl Qarabağ müharibəsinin veteranları erməni zabitlərinin Bakıya mümkün gəlişiylə bağlı dinc etiraz nümayişıninə çıxanda, prokuror onlar üçün beş il iş istədi və aldı da. Yəni işi prokuror almadı, müharibə veteranları aldılar. Elə o vaxt şübhələndim: Niyə məhz beş il? Bəlkə o prokurorun əsli salyanlıdır və elə Beşin qohumudur?

İndi prokuror Qənimət Zahid üçün beş il istəyəndə mənim şübhələrim lap artdı. Əlbəttə, Baki prokurorları həmişə beş il istəmirlər, bəzən doqquz il, on il istəyirlər. Ancaq məsələ burasındadır ki, salyanlı Beş də hərdən çaşırdı, doqquz deyirdi, on deyirdi. Hansımız çaşmır ki?

Mən bilmirəm ki, Baki prokurorları qaloş geyirlər ya yox. Naharlarını yas yerlərinə salıb-salmadıqlarını da bilmirəm. Ancaq salyanlı Beşlə eyni psixotip olduqları aşkardır.

Burda ciddi bir məsələ var: müəlliflik hüququ. Əgər onlar salyanlı Beşlə qohum deyillərsə, ona ad kimi, həyat devizi və rəmzi kimi məxsus sözdən icazəsiz istifadə etmələri qanunsuzdur. Əslində onlar hər dəfə “beş” sözünü işlədəndə salyanlı Beşin ailəsinə öz maaşlarından( Baski prokurorlarının başqa gəlirləri olmaz) pul ayırmalıdırlar. Və tək onlar yox. Putin dövründə çoxlu siyasi hökmlər çıxarmış Rusiya prokurorları da. Günahları yalnız keçmiş səhiyyə nazirinin və prezidendin özünün ictimai qəbul otağına icazəsiz girmək olan onlarla tələbə gənc beş il sərt rejimli cəza alıb türmələrdə çürüyürlər. Bu cəzanı onlara kəsən prokurorlar da ya “beş”i nə möcüzəyləsə bizim salyanlıdan eşidiblər, ya “beş” rəqəminin dustaq tərbiyəsi üçün lap “həkim yazan” olduğunu Baki prokurorlarından öyrəniblər. Hər necvə olsa, Rusiya prokurorlarının salyanlı Beşin ailəsinə, Azərbaycan və  Rusiya ədliyyə sisteminin ən vacib dirəyinə çevrilmiş bu adı ona verən camaata borcu çoxdur.  Borcdan çıxmağı Beşə heykəl qoymaqla başlamaq olar. Bilirəm ki, küçələrimizdə, bağlarımızda, meydanlarımızda yalnız bir adamın heykəli qoyula bilər. Mən şəxsən Beşə heykəli Ədliyyə nazirliyinin qabağında görürəm.

Müxalif fikirli adamların yatdığı türmələrin qabağında isə heykəlin surətlərini qoymaq olar…

                                        24.02.08 Samara

 

  

 

“DAL”IMIZ ÇOXDAN XARAB İDİ, “QABAĞ”IMIZA NƏ OLDU?

Mən ömrümün çoxunu Rusiyada yaşamışam, burda səkiz il fəhlə olmuşam, yəni içməyə meylli, söyüşcül adamlarla işləmişəm və rusun guya dünyada bərabəri olmayan söyüş leksikasına yaxşı bələdəm. Ancaq öz dilimizi, öz adamlarımızı yaxşı tanıdığıma görə deyə bilərəm ki, azərbaycanlılar söyüşdə ruslarda çox qabaqdadırlar.

Pardon, qabaqda yox, öndədirlər.

Mənim litvalı təhsil yoldaşım Vitautas Bikulçyus deyirdi li, Litva dilində söyüş yoxdur, litvalılar rusca söyüşürlər…

Rusca… Öz dilimizdəki söyüşlərə nə gəlib ki, rusca söyək?

Və indi belə bir söyüşcül xalq nümayəndələrinin danışanda, yazanda bəzi sözlərdən çəkinməkləri, bu spözləri dəyişməyə ya müxtəlif üsullarla işarələrib neytrallaşmağa çalışmaqları adamı nəinki təəccübləndirir, hətta başından tüstü çıxardır.

Bizdə “dal” sözünün vəziyyəti çoxdan, fransızca desək, abırlı bir cəmiyyətdə putanın vəziyyəti kimidir. Bu sözü gərək işlətməyəsən, ya da işlədəndə qabağına, pardon, önünə “türkün məsəli” atasan, çünki atmasan, dal olur əməlli-başlı dal…

Əslində “dal”da pis heç nə yoxdur, “dal” da baş kimi, ayaqlar kimi bədənin vacib, ayrılmaz hissəsidir. Kimsə bu “dal” sözünü işlədəndə ya eşidəndə ayrı fikirlərə düşürsə, burda dilin nə günahı?

İndi azərbaycanca yazılan mətnləri oxuyanda görürəm ki, “qabaq” sözü də dal sözünnün gününə düşüb. Yəni bu söz də olub, pardon, üzüqara. Özünü mədəni, tərbiyəli, namusllu və qeyrətli sayan hər insan qətiyyətlə “qabaq” sözünü işlətməkdən qaçır. “Qabaq” yerinə “ön” deyir.

“Bir il qabaq” – “bir il öncə”

“Qabaqlar” – “öncələrdə”

“Qabaqcıl” – “öncül”

Jurnalist yazır: “Öncələrdə qəhrəman Azərbaycan xalqı…” Və s. bu cür cəfəngiyyat.

Kefli İsgəndər demişkən, olasan Rüstəm-Zal, tutasan bu jurnalistin qulağından, qaldırasan və deyəsən: “Qırışmal, sənin dədən-baban “öncələrdə” deyirdi? Yalansa sənin lap…”

Vallah, blimirəm bu «qabağ»a birdən-birə nə oldu. Yaxşı, dalı bildik. Qabaq qabaqdır da. Universal keyfiyyətli sözdür. Vaxt da bildirir, istiqamət də, bədənin hissəsini də.

Azərbaycanda müştəri satıcı qızdan yağ soruşur və deyinir ki, “qabaq belə baha deyildi”.

Satıcı qız cumur kişinin üstünə: “Ağzını təmiz saxla, pozğunun biri pozğun, burda dal-qabaq shbəti eləmə, düyməni basaram, polis önündə gedərsən!”

Fikir verin satıcıda olan tərbiyə və mədəniyyətə: demir “polis qabağında”, deyir “polis önündə”!

Rəsul Həmzətov deyirdi ki, “sabah dilim öləcəksə, bu gün özüm ölüm”.

Dil insan deyil. Dilin ölümü də insan ölümünə bənzəməz. Bəlkə bu qayda ilə bizim dilimiz ölür?

Mən Rəsul Həmzətov kimi millətimin dahisi deyiləm. Ancaq mən də dilimizin ölümündən qabaq ölmək istərdinm.

Pardon, “qabaq” yox, “öncə”…

05.10.17

Mirzə ƏLİL

Samara

ALEKSANDR PUŞKİN. «MƏN SİZİ SEVİRDİM…»

ПУШКИН

ALEKSANDR PUŞKİN

         MƏN SİZİ SEVİRDİM….

                         Я вас любил, любовь еще быть может…             

                        

Mən sizi sevirdim, tamam sönməyib,

Sevgi ürəyimdə bəlkə də, ancaq

Qoy sizi narahat etməsin yenə,

Yaşayın məndən və kədərdən uzaq.

 

Sevirdim dinməzcə, ümid bilmədən,

Gah qısqanc olurdum, gah ürkək idim.

Sevgimsə həm incə, təmizdi həm də,

Başqası kaş sizi belə sevəydi.

1854

Ruscadan tərcümə

04.10.17

Samara

YASƏMƏN QARAQOYUNLUNUN RUSİYANI YIXMAQ PLANI

 

Düzü, əvvəllər Azərbaycanda fəlsəfə institutunun olmağını bilmirdim. İndi bilirəm. Çünki Yasəmən Qaraqoyunlu adında bir arvad məqalələrinin axırında işlədiyi yeri göstərir: Fəlsəfə institutu.

Və indi fikirləşirəm ki, əgər Yasəmən Qaraqoyunlu fəlsəfə institutunda işləyirsə, bu institut doğrudanmı fəlsəfə instututur ya hırraxana? Mən belə təsəvvür edirəm ki, Azərbaycanın fəlsəfə institutunun qədim yunan, klassik alman, fransız fəlsəfəsinə heç dəxli yoxdur, olsaydı, burda qədim yunanı, almanı, fransızı bilən, Platonu, Kantı, Volteri, Sartrı orijinaldan oxuyub ali mövzularda yazan və danışan adamlar işləyərdi. Yasəmən Qaraqaoyunlu çətin ki, Aristoteli Ərəstun Orucovdan ayıra bilər, çünki Qaqauziyanın harda olduğunu bilmir. Buna görə fikirləşirəm ki, Azərbaycanın fəlsəfə insitutunda fəlsəfə-zad yoxdur, burda beş-altı arvad və o qədər də kişi yığışıb lotoreya oynayırlar, yəni xalqın boğazından kəslib onlara verilən maaşları lotoreyaya qoyurlar, lotoreyanı götürən kimi gedirlər bazarlara, yarmarkalara, dəlləkxanalara və s. gözəl yerlərə. Və buna görə mərhum ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirmək, Azərbaycanı yenidən qul-pambıq ölkəsinə evirmək və bu fəlsəfə institutunun işçilərini aparıb pambıq sahələrinə tökmək lazımdır.

Və Qaqauziyanın harda olduğunu bilməyən Yasəmən Qaraqoyunlu İlham Əliyevə yeni eşq məktubu yazıb təklif edir ki, Azərbaycan Rusiyanı daxildən qarışdırsın. Yəni türk dilli respublikaları qaldırsın Kremlə qarışi, ara qarışsın, məzhəb itsin, Azərbaycan da bundan çoxlu-çoxlu faydalar götürsün.

Bilmirəm bu təklif gülməlidir ya ağlamalıdır. Şəxsn mən oxuyanda quruyub qaldım. Ermənilər gəlib oturublar az qala Azərbaycanın fəlsəfə institutunda, yəni bu filosofların ağzının içində, qorxularından cıqqırıqları çıxmır, Rusiyanı qarışdırmaq istəyirlər! Əhsən sizdə olan qeyrətə!

Qaqauzuyanın harda olduğunu bilməyən azərbaycanlı arvad dünya şöhrətli nüvə, raket alimləri yetirmiş tatarları öz himayəsi altına götürmək istəyir! Tatarlar bunu bilsələr, gülməkdən ölərlər!

yasəmən_qaraqoyunlu

Rusiyada bir milyondan çox azərbaycanlı çörək qazanır, Azərbaycan filosofları isə Rusiyanı qarışdırmaq istəyirlər!

Deyək ki, Rusiya qarışdı. Nə olur? Ermənilər heç bir qarış topağı verəcəklər? Verməyəcəklər!

Rusiya qarışsa, Kadırov, məsələn, nəzarətdən çıxsa, çeçenlər Azərbaycanın şimalını iki saata götürərlər və bəlkə iki günə gedib Azərbaycanın fəlsəfə institutunda oturarlar. Və yəqin ki ordakı “filosofların” başlarını sığallamazlar…

Və əslində təəccüblü deyil ki, çoxlu azərbaycanlı kişi bu arvadın hədyan təklifinə “bəh-bəh” deyir. Çünki erməniləri Ağdamdan qovmağa qeyrəti olmayan insanlar öz ayıblarını belə divanə planlarla gizlətməyə çalışırlar…

Və əlbəttə, Azərbaycanın fəlsəfə institutu elmi müəssisə deyil. Dövlət maliyyəli institut elmi müəssisə olsaydı, burda işləyən adamın təxribat planına qarşı Rusiya rəsmi bəyanat verərdi. Vermirsə, fəlsəfə institutunu hırraxana sayır.

Yaxşı da eləyir…

04.10.17

RÜFƏT MURADLI, SALYANIN «VAĞZAL UŞAĞI»

Rüfət_Muradlı.jpeg

Feysbukda Azərbaycanın az-çox tanınmış siyasətçilərindən yalnız bir nəfərlə “dost”luqda olmuşam. Bu dostluq da on beş dəqiqə əvvəl bitdi.

İki ya üç il bundan qabaq Rüfət Muradlı adlı bir nfər mənə dostluq göndərdi. Deməəliyəm ki, mən heç kimə “dostluq” təklif etmirəm, mənə isə az adam “dostluq” göndərir, hamısını qəbul edirəm, hərçənd bir çoxu müəyyən vaxtdan sonra silinirlər. Rüfət Muradlının Ümid partiyasından olduğunu bildim, ancaq məni hardan tanıdığını başa düşmədim. Azərbaycana gedəndə soruşdum, dedilər Rüfət mərhum Telmanın birinci arvadlının qardaşıdır.

Telman mənim Süleyman qardaşımın dostuydu. Birinci ailəsi dağılmışdı. Bu barədə yazmaq istəmirəm…

Cəlil Məmmədquluzadə yazırdı ki, çox burnu əyri gözəllər görüb, ancaq Xudayar bəyin burni ayrı cür əyri idi…

Mən də çox gözəgirən, abırsız, sırtıq insanlar görmüşım, ancaq Rüfət kimisini yox. Bu adam siyasi karyerası üçün, bir vaxt apardığı deputat kampaniyası üçün cənazələri soyumamış şəhidlərdən istifadə edir, onların qəbirləri üstündə fotosessiyalar keçirirdi. Doğrudan da “böyük” təyininə layiq olan, saflıqları, təmizlikləri zaman sınağından çıxmış azərbaycanlıların yubileyləri günlərində bu adam hökmən onların qəbirləri üstündə şəkil çəkdirir, çox hissəsi bığdan ibarət olan utanmaz sifətini adın da, yubileyin də fövqünə qaldırır. Bu adamın osmanlını səriştəsizliklə yamsılayan dilində bir kəlmə səmimi söz yoxdur və bu da onun əqidəsizliyini göstərir. Özünü qondarma “Borçalı”, “Kərkük”, «Urmiya» kimi avantürist, arxasında heç nə dayanmayan proyektlərlə sanballı göstərməyə çalışan, əlvan qalstuklarından başqa tanınılası bir şeyləri olmayan insanları daim başına yığıb iclas keçirən bu Rüfət Muradlı Azərbaycan siyasi həyatında ən vecsiz, ancaq bütün vecsizliyinə baxmayaraq özünü havayı yemləməyə bacarığı çatan bir şəxsdir.

(Ağdamın ya Füzulinin özünə də olmasa, heç yaxınlığına gedib ermənilərə “kiş” deməyə qeyrətləri çatmayan bu şələbığ, qarınlarınnın yekəliyindən pencəkləri düymələnməyən kişilər İraq türkmanlarını, “güneyli soydaşlarımızı” guya müdafiə edir, bu bəhanə ilə hansı “qazların” hesabınasa qurulan məclisərdə yeyib-içirlər).

O məndə onu İnternetdə tanıdığım dəqiqədən ikraf doğurub, ancaq mərhum Telmanın xatirəsinə hörmət kimi ona dəyməmişəm.

Salayn avtovağzalı ötən əsrin 70-ci illərinin əvvəllərində tikilib. O vaxt vağzalda və və vağzal ətrafında “uşaqlar” olurdu – “xoruz” satanlar, marşrutlara ucadan adam çağıranlar… Bu uşaqların tərbiyəsiz olduğunu demək istəmirəm. Ancaq onlar vağzal həyatı üçün zəruri olan üzlülükləri ilə fərqlənirdilər. Və “vağzal uşağı” ifadəsi Salyanda o vaxtlar bəzən ya zarafat, ya da söyüş kimi işlənirdi.

Bax, mənə elə gəlir ki, Rüfət Muradlıya ən çox uyğun gələn tərif “Salyanın vağzal uşağı” dır…

İndi bu adam mənə “tərbiyəsiz” deyir…

Mən bu adamı mərhum Telmana görə “dostluğ»a qəbul eləmişdim. Əslində gərək mərhim Telmana görə onin dostluğunu rədd edəydim.

Səhv eləmişəm…

04.10.17

ƏN LƏYAQƏTLİ NAMİZƏD

(Rüfət Muradlıya)

Adı siyahıya salınan kimi,

Çalışdı soydaşım qəhrəman kimi.

 

Qohumu, qonşunu görüşə yığdı,

Bir az guruldadı, bir az da yağdı.

 

Kasıb toylarına tamada getdi,

Köhnə şalvarını yamadı getdi.

 

Gəzdi ocaqları, nəzir apardı,

Aşura günündə başını yardı.

 

Getdi şəhidlərin qəbri üstünə,

Ağladı, islatdı qəbiristanı.

 

Qucaqlayıb öpdü neçə heykəli,

İtlə, pişiklə də çəkildi şəkli.

 

Ayaqsız əlili dalına aldı,

Dilənçi cibinə qəpik də saldı.

 

Dişsiz qarılarla qol-boyun oldu,

Öpüşdən dodağı, dili yoruldu.

 

Söz verdi deputat keçərsə əgər,

Quru çay üstündə körpü tikdirər.

 

Səs verin! Kim əgər səs verər ona.

Səsini verəcək Azərbaycana!

25.10. 2015 Samara