Архив по авторам | Xeyrulla Xəyal

РЕЧЬ 1-ГО СЕКРЕТАРЯ ЦК КОМПАРТИИ АЗЕРБАЙДЖАНА ГЕЙДАРА АЛИЕВА НА XXVI СЪЕЗДЕ КПСС

АЛИЕВ БРЕЖНЕВ

Товарищи! 26 съезд ленинской партии, собравшийся на рубеже двух десятилетий, — это новая ист. веха на нашем непроторенном пути к коммунистическим вершинам.

Отчетный доклад ЦК КПСС, с которым выступал Ген. Сек ЦК товарищ Леонид Ильич Брежнев, — выдающийся документ партии. Он содержит глубокий марксистско—ленинский анализ развития советского общества, многогранной деятельности партии в эпоху зрелого социализма. В нем дана объективная оценка международного положения, всесторонне охарактеризованы важнейшие тенденции современного революционного процесса, роль и значение на мировой арене стран социалистического содружества, коммунистических и рабочих партий. Доклад товарища Брежнева – крупный вклад в марксистско-ленинскую науку – дает четкий и ясный ответ на злободневные вопросы современной жизни, определяет основные направления внутренней и внешней политики КПСС.  Он является развернутой программой коммунистического строительства на 80-е годы, обладает огромной притягательной силой, вдохновляет и мобилизует коммунистов, всех трудящихся на новые свершения. (Аплодисменты) Читать далее

СКАЗКА С ТЕЛЕИЗБИЕНИЕМ

ПУТИН: Дима, я тут Первый канал смотрел, видел, как Трамп CNN избивает. Мне это показалось очень интересным. Думаю, нечто такое и мы тут могли бы снять.

ПЕСКОВ: Вы хотите избивать Первый канал?

ПУТИН: Дима, как ты мог подумать? Я к российским СМИ отношусь уважительно, они основа демократии. Я хотел бы избивать CNN…

НРАВСТВЕННАЯ СКАЗКА

nar

Рамзан Кадыров смотрит на текст, который ему написал советник и спрашивает
— А что такое «последний день Помпеи»? Это типа Бомбей, что ли?
— Рамзан Ахматович, Помпея – это немецкий город, — отвечает советник. До сорок пятого года там жили одни геи. Советские войска освободили город от этих педиков. Там один чеченец получил звание Героя Советского Союза….

İRAN PREZİDENTİ RUHANİNİN AZƏRBAYCAN YAZIÇILARININ MƏKTUBUNA CAVABI

RUHANİ

Azərbaycan yazıçılarının, filosoflarının, jurnalistlərinin, şairlərinin məktubu İran prezidenti Həsən Ruhanini  əməlli-başlı sarsıdıb. Xüsusən məktub müəlliflərinin qanacağı, onun vaxtını almaq istəməmələri prezidenti əməlli-başlı kövrəldib.

“Bunlar nə mədəni, nə ədəb-ərkanlı insanlardır!” – deyə cənab Ruhani məktubu axıracan oxuyub. Sonra imzalara baxıb və müşavirlərinə təpinib ki, a qurumsaqlar, ayda bir ətək maaş alırsınz, ancaq bilmirəm nə işlə məşğul olursunuz.

“Niyə məm bu 31 əjdahadan heç birini tanımıram? Niyə onların kitablarını mənə verməmisiniz ki, mədəni və ağıl səviyyəmi artıram? Elə təxəllüslərinə baxanda bilinir ki, Sədi Şirazi, Emmanuel Kant, Dostoyevski, Kafka bunların yanında yalandır. Bəh-bəh! Ağalar Qut! Almaniyada yaşayır. Almanların ağlı tükənib, Azərbaycandan filosof çağırıblar, özünə də “Qut” adı veriblər. Hökmən gərək oxuyam. Tapın kitablarını. Bu gecə yatsam, heç kişi deyiləm.

“Aqşin Yenisey”!  “Aqşin Evren”! Yenisey Türkiyədə yaşayır, Evren Azərbaycanda. Evren gərək adını Yeniseyə verə, Yenisey də adını gərək bir rusla dəyişə…Qəşəng adlardır… Ərdoğan bəyənən…

“Züleyxa NaEL”!  Gözəl xanım olar, təxəllüsündən bilinir. “Na EL”!

“Alov İnanna”! Bilmək olmur kişidir, ya arvad. Yox, deyəsən, arvaddır…

“Vahi Qazi”. Sveç…Sveç… Bəs bunlar yazırlar Azərbaycan Respublikasındandırlar…

Hökmən gərək hamısını oxuyam. Bu dahi insanlar ürəkdən də kövrəkdirlər. Soydaşlarıı tutulan kimi birbaşa mənə yazıblar. İndi gör İlham Əliyevə bunıar nə qədər yazırlar!İlham Əliyevin türmələri gnc fəallarla, jurnalistlərlə, siyasətçilərlə doludur. Hərəsi üçün gör onun adına nə qədər məktub yazılır! Hələ Novruzəli Məmmədov türmədə çürüyəndə yəqin bu adamllar İlham Əliyevə məktub kisə-kisə yazıblar. Heykələ iki söz yazan gəncin hərəsinə on ildən ço iş veriləndə yəqin bunlar İlham Əliyevin qapısında gecə-gündüz piket keçiriblər. Yəqin İlham Əliyev elə belə məktublardan yorulub ki, vəzifəsini arvadıyla bölüb….

Bu adamlar azlıqları hüquqlarını ki belə müdafi edirlər, yəqin Azərbaycanda d talışların öz dillərində qəzet çıxarmaqları, teatr, televiziya, radio yaratmaqları hüquqlarını bundan da artıq müdafiə edirlər. Vay İlham Əiyevin halına, belə inadkar, cəsur yazıçıların, filosofları, şairlərin qabağıda durmaq çətindir. Gedin, qurumsaqlar, tapın bu əjdahaların kitablarını, gətirin yığın məni kabunetimə, mən bir həftəlik məzuniyyət götürürəm, bu kitabları oxumasam, mən adam deyiləm!

 Mirzə ƏlİLDƏN: Düzü, mən də Həsən Ruhani kimi bu siyahidəki insanları tanımıram. Tanıdığım Çingiz Hüseynovdur. Ancaq bu Çingiz mən tanıyandırsa, o, çoxdan Moskvalıdır. Rəşad Məcidin adını eşitmişəm, fırıldaqçı, yəni aferist və prinsipsiz bir adam olduğunu deyirlər… Başqa bir neçəısinin bir neçə yazısını İnternetdə tapdım…Bu siyahi il İran Prezidentinə necə təsir etmək və onda nə təsəvvür yaratmaq olar?

НАША НАДЕЖДА БЛОГГЕР ЛАПШИН

nar

На следующую встречу с министром иностранных дел Армении Налбандяном министр иностранных дел Азербайджана Мамедьяров поедет не один. С ним поедет блоггер Лапшин, который будет прикован к министру наручниками.  Мамедьяров предложит Налбандяну обменять Нагорный Карабах на блоггера Лапшина. Налбандян скорее всего согласится. Это ведь то предложение, от которого только круглый дурак откажется.

HƏYATDAN GETMƏKDƏ QORXULU NƏ VAR…

Həyatdan getməkdə qorxulu nə var? —  

 Elə bil iş bitib, evə gedirsən.

Ağrın, yorğunluğun canından çıxar,

Gedərsən, çatanda qarşılar sevən.

 

Ya da müharibə bitib elə bil,

Evə qayıdırsan silahı atıb.
Partapart, qan, yara yoxa çəkilir,
Əbədi yatarsan sən də baş atıb.

 

Ya da ki, bitibdir türmə müddətin,

Qapılar açılıb, azadlıqdasan.

Ölmək nə qorxulu, nə də ki çətin,

Bilsən bu həyatda kimsən, hardasan.

 

30.06.2017

Samara

 

AXCP SƏDRİ TOVARİŞ SERJANT ƏLİ KƏRİMLİ

ƏLİ KƏRİMLİ.jpeg


Mənim FB səhifəmdə mənə (yəqin ki, başqa istifadəçilrə də) reklam məqsədiylə müəyən səhifələri bəyənmək təkliuf olunur. Tez-tez gördüyüm səhifələrdən biri Əli Kərimlinindir. Və bu reklam təklifində mənim üçün ən maraqlı və məzəli Xalq Cəbhəsi Partiyasının sədrinin şəklidir. Şəkli Əli Kərimli Buryatiyada əsgərlikdə olanda çəkdirib, serjant poqonları ilə. Yəqin inşaat batalyonunda bölmə komandiri olub və tabeliyində olan əsgərlərlə suvaq ya hprgü planını yaxşı ödəyib. Bunlar öz yerində. Maraqlı və məzəli orasıdır ki, özünü ən birinci müxalifət qüvvə sayan partiyanın rəhbərinin milli ordunun formasında çəkilmiş şəkli yoxdur. Yəni Cəbhənin hakimiyyətdə olduğu vaxtda bu məsul şəxs səngərlərdə əsgərlərimizə baş çəkə bilərdi.

Çəkməyib.

Sonra deputat olduğu on il ərzində cəbhə bölgəsinə gedə bilərdi, əsgərlərimizlə qol-boyun  şəkil çəkdirə bilərdi.

Getməyib və çəkdirməyib.

İndi sovet serjantı formasındakı şəkliylə Əli Kərimli nə demək istəyir?

Əlbəttə, öz-özlüyündə Sovet Ordusuna xidmətdə pis heç nə yoxdur. Mənim mərhum qardaşlarım üç nəfərə səkkiz il əsgərlik çəkmişdilər və mən onlara həsəd də aparırdım. Ancaq indi Azərbaycan müstəqil ölkədir, öz ordusu var, bu ordu döyüşür və az qala hər gün itki verir. Və bu faciənin fonunda Əli Kərimli sovet serjantının formasında FB səhifəsindən xalqa irişir…

Bəlkə də belə şəkli FB-a qoymağı Əli Kərimliyə onun müşavirləri məsləhət veriblər. Əgər belədirsə, bu məsləhəti verən ya idiotdur ya da Azərbaycanın düşmənidir.

Əli Kərimli, əlbəttə, bundan sonra cəbhəyə gedən deyil. Necə ki, bundan sonra İsa Qəmbər yanını “divan”dan çətin qaldıra. Son vaxtların şəhidləriylə maraqlanan hər kəs bilir ki, nəinki “yekələrin”, hətta sıravi bakılıların da uşaqları xidməti “qaynar nöqtələr”dən uzaqlarda keçirlər. Belə getsə, nəinki hakimiyyətdə olanların və harınların, hətta müxalifət rəhbərlərinin və qismən onun sıravi üzvlərinin də evində  milli formalı əsgər şəkli tapılmayacaq…

TALE BAĞIRZADƏ VƏ ZÜMRÜD YAĞMURUN ÇILPAQ QOLLARI

“Azadlıq” qəzeti Tale Bağırzadənin doğum gününü qeyd edir. Bu münasibətlə Zümrüd Yağmur adlı müəllifin yazısı gedib: “Yoladamı”.

Vikipediyaya baxdım – Zümrüd Yağmur kəndçi qızıdır, Masallı kəndlərinin birində doğulub böyüyüb. Bəlkə də Rafiq Tağının kəndiylə qonşu kənddə — Rafiq də Masallıdandır.

Tale Bağırzadə Maştağa məscidindəki çıxışında deyirdi: “Niyə cəhənnəmə vasil olmuş Rafiq Tağıya Qafqaz müsəlmanları idarəsi “mürtəd demirdi?”

(https://www.youtube.com/watch?v=6ic31eAUT60)

Yəni Rafiq Tağının bıçaqlanıb öldürülməyi Tale Bağırzadənin ürəyinmi soyutmayıb, sağlığında ona rəsmən “mürtəd” deyilmədiyinə acıqlıdır.

Əgər Tale Bağırzadə Zümrüd Yağmurun, “Azadlıq” qəzetinin əməkdaşlarının ailəsindən olan mərhumlar haqqında “cəhənnəmə vasil olub” desəydi, onda da radikal ilahiyyatçıya belə hörmətli, pərəstişə yaxın münasibət bəsləyərdilər? Əgər Rafiqin yerində Zümrüd Yağmurun qardaşı olsaydı?

Tale Bağırzadənin Türkiyədəki çıxışından: “Amerika, İsrail İslamın düşməni deyillər? Biz düşməni tanımırıq? Bilimirik ki, İsrail düşməndir? Həm Azırbaycan xalqına, həm türk xalqına, ümumilikdə islam hümmətinə böyük ziyanlar vurur!”

İndi sual “Azadlıq” qəzetinədir: redaksiya da İsraili və Amerikanı Azərbaycan xalqınn düşməni sayır?

“Azadlıq” qəzeti də hicab uğrunda mübarizəni Azərbaycan xalqının birinci vəzifəsi sayır?

Mən İnternetdə Zümrüd Yağmurun şəkillərinə də baxdım: hamısında başıaçıq, çoxunda qolları da çılpaq. Tale Bağırzadə belə hesab edirdi ki, belə qadınların qolları cəhənnəm tonqalının odunu olacaq…

O ki qaldı yazının keyfiyyətinə, deyə bilərəm ki, Zümrüd Yağmur yazıçılıq vergisiylə doğulmuş adamlardan deyil, özünü yazıçılığa qoyanlardandır. Bir cümləsini oxuyun. Yaşı əlliyə çatan “yazar” dilinin bəsitliyi, primitivliyi və eyni zamanda dolaşıqlığı ilə heyrətə salır: “Bu ölkədə, yolsuzların əhatəsində YOL adamı olmaq çətindir, çünki sənin YOLunu bilməyənlər sənə əhkam kəsəcək. Çünki o YOLun mənasını anlamayanlar böyük cümlələrin arxasına sığınıb səni öz mənasız deyimləri ilə təhlil etməyə çalışacaqlar…”

Mən ona görə gəncləri bu “Azadlıq”dan, lotu-potu hacılarla, həlləm-qəlləm dindarlarla və şiə ritorikalı İŞİDçi Tale Bağırzadə kimi adamlarla aşnalıq edən Xalq Cəbhəsindən uzaq olmağa çağırıram. Bunlardan yenə Əliyev yaxşıdır. Əliyev insanlardan susmaq tələb edir. Tale Bağırzadə kimilər isə insan üzərində total nəzarətə — nə geydiyinə, nə yediyinə, necə, kiminlə yatdığına, nəyə qulaq asdığına – nəzarətə iddia edirlər. Əlbəttə, bu baxımdan Əliyev yaxşıdır…

 

 

ЧТО СКРЫВАЕТ МИНИСТЕРСТВО ОБОРОНЫ? СОБСТВЕННЫЙ ПОЗОР?

MAŞTAĞA.jpg

28 июня на пресс-конференции заявил министр обороны Армении Виген Саркисян заявил: «В течение последних 10 дней, после предпринятых Азербайджаном 16-17 июня провокационных действий на линии соприкосновения с силами Республики Арцах (Нагорно-Карабахской Республики), азербайджанская сторона потеряла 8 военнослужащих убитыми».

Дальше армянский министр отметил: ««Ни одного из 8 погибших в Азербайджане пока не похоронили, нет сведений о 8 погибших и в азербайджанской прессе. Это все, что нужно знать о нашем противнике»

Министерство обороны Азербайджана ответило оперативно, но в духе «сам дурак». «Именно армянская сторона постоянно скрывает факты гибели военнослужащих в своей армии. Виген Саркисян выглядел бы более искренним, если бы вместо озвучивания таких бредовых заявлений раскрыл общественности реальное число армянских военнослужащих, погибших за последние дни в результате ответных действий азербайджанской армии».

Из ответа азербайджанской стороны трудно понять, подтверждает она факт гибели наших солдат или опровергает. Но вот 26 июня пользователь ФБ Севиндж Сулейманлы сообщает: «В Агдаме есть у нас погибший. Бабаев Илькин». Она выложила фото погибшего солдата.

В комментарии к этой записи Хаял Багиров пишет: «Погибший родом из Лерика. Семья проживает в Маштаге. Церемония состоится 27 июня около дороги Маштага-Бузовна»

Судя по всему, сведения о гибели Илькина Бабаева вполне достоверны. О чем, кстати, Минобороны и главные СМИ республики ничего сообщали. Последним погибшим, о котором официально было сообщено, был уроженец Кусар Султан Шахвеледов, но это было больше десяти дней назад. Получается, что Илькин Бабаев уже из числа новых потерь, о которых министерство обороны умалчивает.

И что же получается? Родителям азербайджанских солдат, отдавших свою жизнь за родину, судьбу своих детей узнать из армянских источников? Что минобороны скрывает? Собственный позор? Но какой смысл скрывать то, о чем давно уже известно?

 

«ORTAYA QOYUB” DEYƏNDƏ QABAĞINA “TÜRKÜN MƏSƏLİ» AT, AY ZAHİD SƏFƏROĞLU!

Mərhum Rəsul Həmzətov demişdi: “Mənim dilim sabah öləcəksə, qoy özüm bu gün ölüm”.

Sabah mənim dilimin, yəni Azərbaycan dilinin, başına nə gələcək, bilmirəm, ancaq bu gün dilim özü az qala məni öldürmüşdü.

Allah şeytana lənət eləsin, məni yoldan çıxardı, açdım “Yeni Müsavat” qəzetini, gördüm Duginlə Proxanovun Bakıya gəlməsi haqqında məqalə var. Dedim oxuyum, görüm bu vələdəzzinaLar Bakıda nə qayırıblar. Məqaləni oxuyub axıra çıxınca vedrə-vedrə tər tökdüm, qeyzimdən öz başıma bir neçə dəfə qapaz saldım, təzyiqim qalxdı, qəzet kompütürdə olmasaydı, cırıq-cırıq edərdim, kompüteri yerə çırpıb sındırmağa ürəyim gəlməd, özümə söz verdim ki, Müsavat qəzetini elə əngəlləyim ki, bir də açıla bilməsin.

Hə, məqalə müəllifi Zahid Səfəroğıu yazır:

“Ancaq hətta belədirsə də, o zaman nədən Kreml iradə ortaya qoyub ÜAK-nı bərpa eləmir”.

A kişi, iradəni haçandan ortaya qoyurlar? İradəni göstərərlər, nümayiş etdirərlər. Ortaya yemək qoyarlar, araq qoyarlar, pul qoyarlar. Ortaya… A zalım oğlu, “ortayua qoyur” yazanda heç olmasa, qabağında “türlün məsəli” də yaz, bunu arvad-uşaq oxuyur axı…

Zahid Səfəroğlu yazır: “Özümüzü nə qədər zorlasaq da, Proxanovun səmimiyyətinə inanmaq mümkün deyil”.

A kişi, necə “özümüzü zorlamaq”? Yəni məcbur etmək? “Məcbur etmək” “zorlamaq” deyil. Türkləri bilmirəm, “zorlamaq” felinin azərbaycanca öz məna çalarları var, onların heç biri “məcburu” əvəz etmir. Yaxşı, neynək, yazdın, ancaq burda da gərək “türkün məsəli “ola. Yoxsa hamı başlayacaq təsəvvürünə gətirməyə ki, jurnalist Zahid özünü necə zorlayır…

Sahid Səfəroğlu yazır: “Düşünmək ki, cənab Proxanov bütün bunlardan xəbərsizdir – sadəlövhlük olar”.

Bu cümləni oxuyanda başa düşdüm ki, Zahid jurnalist xaricidir, bu adamı hansı ölkədənsə gətirblər Müsavatda işləməyə, Afrikadan idmançıları gətirən kimi. Çünki Zahid azərbaycanlı olsaydı, belə yazardı: “Bütün bunlardan cənab Proxanovun xəbərsiz olduğunu düşünmək sadəlövhlük olardı”.

Zahid Səfəroğlu yazır: “O üzdən Bakı əlbəttə ki…”

Hansı üzdən? Bu yəni “başqa tərəfdən” “digər tərəfdən” mənasındadır?

Zahid Səfəroğlu yazəır: “Yəni bir qənaət hasil olur ki…”

Guya ərəb sözlərindən qaçan müəllif burda burda ərəbcədən elə hoqqa yaradıb ki, oxuyanın başı çatlayır.  “qənaət hasil olur…”

Zahid Səfəroğlu yazır: “Amma və lakin cənab Proxanov da fərqində olmamış deyil ki…”

Əgər “fərqində olmamış deyil” azərbaycancadırsa, onda mən Azərbaycanda yaşayanda azərbaycaca danışmamışam, azərbaycanca yazmamışam, azərbaycanca oxumamışam. Yəni bu Zahid Səfəroğlu məqalə yazmır, dil icad edir və özünü elə əziyyətə də vurmur, türk seriallarından eşitdiyi söz və ifadələri basməmmədi eləyib sirıyır Müsavatın oxucularına.

Cəhənnəmə sırı, gora sırı, ancaq “ortaya qoymaq” deyəndə qabağına “türkün məsəli” at, a zalım balası. Birdən oxucu səhv başa düşər, fikri ayrı şeyə gedər…

Mirzə ƏLİL