Архив | 08.09.2026

FRANÇESKO PETRARKA. «ELƏ Kİ, HAÇANSA FEBİN SEVDİYİ…»

Elə ki, haçansa Febin sevdiyi,

İnsan cildli ağac köç edib gedər,

Vulkan həm ah çəkər, həm axıdar tər,

Yupiterə oxlar yonaraq yeni.

 

Gah qarlı tufandır, gah da sel gedir

Yanvara qüdrətdə iyun bərabər;

Yer ağlar, günəşsə uzaq nə qədər! –

Çünki əziz dostu ayrı yerdədir.

 

Saturn da, Mars da hiddətə gələr,
Hərbə Orionda ulduzlar hazır.

Məhv olar gəmilər, həm gəmiçilər.

 

Bizi, Yunonanı, Neptunu üzür

Eol harayıyla; çünki tərk  elər

Mələklər gözləyən gözəl üz bizi.

 

Saturnun və Marsın hiddəti kükrər,
Hərbə Orionda ulduzlar hazır.

Məhv olar gəmilər, həm gəmiçilər.

 

Bizi, Yunonanı, Neptunu üzür

Eol harayıyla; çünki tərk  elər

Mələklər gözləyən gözəl üz bizi.

 

italyancadan tərcümə

05-08. 09. 2026, Samara

QEYDLƏR

“İnsan cilddli ağac: Yunan mifologoyasında ninfa Dəfnəgünəş tanrısı Febin (Apollon) təqibindən qaçaraq dəfnə (Lauro) ağacına çevrilmişdir. Petrarka sevgilisinin adı ilə ağacın adındakı oxşarlığı söz oyununa çevirir.  “Köç edib gedir” – Petrarkanın sevdiyi qadın Laura öz yerini, yəni Avinyon düzənini tərk edir, bu, Lauranın ölümünə işarədir.

Feb – günəş tanrısı

Vulkan – od və dəmirçilik peşəsinin tanrısı

Eol – külək tanrısı

Neptun – dənizlərin, buludların tanrısı

+++++++++++++++++++++++++++

Françesko PETRARKA

Quando dal proprio sito si rimove
l’arbor ch’amò già Phebo in corpo humano,
sospira et suda a l’opera Vulcano,
per rinfrescar l’aspre saette a Giove:

Читать далее