Архив | 06.09.2026

ƏKBƏROV CAMALIN BALIĞA GETMƏKLİYİ

Baş qarışıqdır yaman,
Macal yox qaşımağa,
Tapa bilmirik imkan,
Gedək bir gün balığa.

 

Altı-yeddi ay olar,
Hazırlıq gedir ancaq.

Bu iş, məndə inam var,

Haçansa baş tutacaq.

 

Altı-yeddi bankəyə,

Yığılıbdır soxulcan.

Qarmaqlara keçməyə,
Çoxdan onlar atır can.

 

Vayldberridə tilov,
Sifariş etdik gələ.

Vayldberrini alov,
Heyf, çevirdi külə.

 

Ağır olsa da bu hal,

Özümü ələ aldım.

Sifarişimi dərhal,
Ozona ünvanladım.

 

Çox çəkməz iki aydan,
Tilovlar yəqin gələr.

Xoxollar Ozonu da,
Bombalamasa əgər.

 

Molla  dron duası,

Yazıb, deyir xeyri var.

Qoy Ozon vurulmasın,
Gəlib çıxsın tilovlar.

 

Qarmağıma bəlkə də,
Qızıl balıq düşəcək.

Üç arzumu indidən,

Hazır eləyəm gərək…

 

06. 09. 2026, Samara