Günlərin bir günü… yox, müdhiş bir gecə Elmar Rəsulov yuxusunda özünü Şirvan Kerimovun kreslosunda görərkən başına küt predmetlə vurulan ağır zərbədən ayılıb başının üstündə əli tapançalı, üzü maskalı bir adam görür. Həm aldığı zərbədən, həm də qorxudan ağlayıb deyir ki, öldürmə, borcların hamısını qaytaracam, bugün-sabahlıqdır. Tapançalı silahın lüləsini Elmarın gicgahına dirəyib deyir:
— Sənə bir sual verəcəyəm, cavab versən, öldürmərəm. Sual: atanın adı nədir?
Elmar ağlar səslə deyir:
— Çox çətin sual verirsən. Mən gecənin bu vaxtı atamın adını necə yadıma salım…
Tapançalı Elmarın burnuna bir çırtma vurub deyir:
— Yaxşı, indi asan sual verirəm. Bu, axırıncı şansdır. De görüm “Ocaq” qəzetinin 2007-ci il aprel nömrəsində Mirzə Əlilin hansı felyetonu çap olunub?
Elmar sevincək deyir:
— “Ocaq” qəzetinin 2007-ci il aprel nömrəsində “Rusiya fillərin, Azərbaycan tolerantlığın vətənidir” felyetonu gedib. İstəyirsən, əzbər danışım.
Tapançalı “yox” deyib silahının dəstəyilə Elmarın təpəsinə daha bir zərbə endirib otaqdan çıxır…
Bu əhvalat, əlbəttə, lətifədir. Ancaq Ocaq qəzetinin bütün 138 nömrəsininin hər birində hansı yazıların getdiyini Elmarın əzbər bildiyinə şübhəniz olmasın. Bu insan yəqin yaxın adamlarından çoxunun, məktəb müəllilmlərinin adlarını, müəllimlərindən aldığı dərsləri yəqin ki, çoxdan unudub, Ocaqda haçan, nə və nə barədə vyazıldığını əzbər bilir. Elmar Rəsulov gecə-gündüz özünü prokuror, müstəntiq qarşısında görür və Şirvan Kərimovun “törətdiyi cinayətləri”, Ocaq qəzetinin Azərbaycan dövlətini necə lağa qoyduğunu bütün təfərrüatı ilə danışmağa hazırdır…
On beş ildən çoxdur ki, bu adamın öz həyatı yoxdur. On beş il! Bu on beş ildə o, öz yaxınları ilə, uşaqları ilə, dostları ilə gözəl saatlar, günlər, aylar keçirə bilərdi. O, şən kampaniyaların iştirakçısı olar, lətifə danışar, lətifə eşidər, ürəkdən gülər, şənlənər, qan dövranını, tənəffüsünü yaxşılaşdırardı. Ancaq o bütün bu on beş illik müddəti yas içind keçirib, nəticəsi yalnız məğlubiyyət ola bilən mübarizədə keçirib. O, Şirvan müəllimlə döyüşməyib, Şirvan müəllim onun həndəvərinə də buraxmazdı, o, Şirvan Kərimovun kölgəsi ilə döyüşüb. O, kölgə ilə döyüşdə qocalıb, əfəlləyib, ölü əynindən çıxan, zibil konteynerlərinin yanına bükülüb atılan nimdaş pal-paltara bənzəyir. Onun ciddi xəstəlikləri olduğuna şübhə etmirəm, bu adam öz həyatını yandırıb külə çevirib…
Elmar on beş il ərzində fasiləsiz Şirvan Kərimova və mənə qarşı burda, Moskvada, Bakıda elədiyi abırsız çıxışlar eləsə də, mən illərlə çalışmışam ki, onun adını çəkməyim. Çünki beləsinin adını çəkmək murdar şeyə toxunmaq kimidir. Təəssüf ki, vaxtaşırı cavab verməyə məcbur olmuşam. Çünki Şirvan müəllimə qarşı Bakıda neqativ münasibət yaratmaq üçün o, Ocaq qəzetindəki satirik materialların Liqa sədrinin özünün yazdığını iddia edib. Liqanın bütün fəal üzvləri isə yaxşı bilirlər ki, qəzetdəki bütün materialları, böyük məqalələrdən tutmuş təbrik və başsağlıqlarına qədər, mən yazmışam. Bu adam (adam deməyə məcburam…) on beş il ərzində misilsiz, ablr-həya, sərhəd, ölçü, məhdudiyyət bilməyən bir böhtançıya çevrilib. Şirvan Kərimov haqqında çoxu açıq-aşkar fantastik səslənən, heç bir sübutu olmayan böhtanlar yayıb. Və bu şərti adam Samara azərbaycanlılarının içində olur, oturub-durduğu insanlar var, buna havadarlıq edənlər, fitvalayanlar da az deyil… Hörmətli soydaşlar, bilək ki, hansı mühitdə yaşayırıq və azərbaycanlı diasporun mənəvi, intellektual səviyyəsi barədə düşünək…
Bu günlərdə mənim Facebook səhifəmə yerləşdirdiyim üç ya dörd şeirin altında “ha-ha-ha” kimi anlaşılan emodzi qoyulduğunu görüb təəccübləndim. Azərbaycanca şeirlərin altına bu cür emodzi yerləşdirəni, yəni lağa qoyanı adından, soyadından ingilis ya amerikalı saymaq olardı. Ancaq ingisin azərbaycanca yazılmış şeirlə nə işi var? Diqqətlə baxanda gördüm ki, soyadının yarısı “Ras” hissəciyindən ibarətdir, bildim ki, bu, Rəsulovdur, əsas akkauntunu blokladığıma görə başqa akkauntla maskalanıb girib səhifəmə.
Sual: şeirlərlə nə işi var? Cavab: Məsələ burasındadır ki, bu günlərdə mən “Görürəm həddi yox, dost, sevincinin…” başlıqlı şeir yazıb qoymuşdum. Şirvan Kərimovun başına gələn hadisəyə sevinənlərə müraciəıtlə. Yəni ki, nahaq sevinirsiniz. Şirvan Kərimov hansı çətinliklərlə üzləşsə, bu, sizi yüksəltməz. Heçkimsiniz, elə heçkim də qalacaqsınız. Şeir belə bitirdi:
Özgə enməyilə ucalmaz heç kim,
Səni aşağılar öz paxıllığın.
Ömrün vurnuxmada keçər, necə ki,
Qıvrılar tavada ilanbalığı…
Bu şeir konkret kiməsə yox, özgə üçün yaranmış problemə sevinən hər kəsə yazılıb. Elmar Rəsulov özünə götürüb. Elmar Rəsulov mənim şeirlərimi oxuyur və bəlkə əzbər bilir! Mən öz şeirlərimin birini də əzbər bilmirəm. Çünki mən heç yerdə şeir oxumuram. Çünki Samarada mənim şeirim heç kəsə maraqlı deyil. Sən demə bir oxucum var imiş, o da şeirlərimdə kompromat axtarırmış…
Şeirdəki ideyanı xatırladaraq deməliyəm ki, Şirvan Kərimovun həyatında baş vermiş hadisəyə heç kim sevinməsin, Şirvan müəllim son dərəcə mütəşəkkil insandır, həm daxili mütəşəkkəllik baxımından, həm də gündəlik həyatın, məişətin təşkili baxımından. Bu adamın taleyinə ağır sınaqlar yazılıb, təəssüf ki, bu belədir. Ancaq onun taleyinə uğursuzluq yazılmayıb. Luzerlər “o da bizim tayımızdır” deyib sevinməsinlər!
İndi qayıdaq Elmar Rəsulovun şeirdə özünü tanımağına.
Uşaqlıqda anamdan kənddə çoxdan ölüb getmiş bir arvad haqqında söhbət eşitmişəm. Bu arvad bəlkə də xəstəlikdən, ya da qocalıqdan tez cırnayıb özündən çıxırmış, xasiyyətini bilən kənd uşaqları ona ilişirlərmiş. Arvad, deyək ki, harasa gedir, yol qırağında oynayan uşaqların yanından keçəndə uşaqların biri dalınca fit çalır. Arvad qayıdıb başlayır söyməyə, qarğış eləməyə. Böyüklər tökülüb gəlirlər ki, ay arvad, uşaq fiti sənə çalmayıb, uşağın qaydası fit çalmaqdır. Arvad sakit olmur, deyir ki, fit mənim fitimdir, mən fitimi tanıyıram…
Elmar Rəsulov da fitini tanıyır…
16. 09 .2026, Samara
