Архив по авторам | Xeyrulla Xəyal
AZƏRBAYCANDA NARAZI KİŞİLƏRDİR, ARVADLAR YOX
İnternetdə Azərbaycandakı etiraz aksiyalarında çəkilmiş şəkillərə baxıram. Bilmirəm qərbədir ya qəribə deyil, ancaq bu aksiyalarda qadın görünmür. Belə çıxır ki, ölkədə narazı olanlar ancaq kişilərdir. Yadımdadır ki, bir arvad möhtərəm prezidentə demişdi: “Allah səni üstümüzdən götürməsin”. İndi arvadlar güzəranlarından razı, oturublar evdə, kişilər aranı qarışdırırlar, düşmənlərin dəyirmanına su tökürlər. Ortaya sual çıxır: bu kişiləri yığıb dama salmağın vaxtı deyilmi?
«KEÇƏN GÜNLƏRİMİ QAYTARAYDILAR…»
В ГОД ОБЕЗЬЯНЫ ЛУЧШЕ ПОЕТСЯ ПЕСНЯ ПРО ЗАЙЦЕВ…
OPERETTA: «NEFT VƏ DİLƏNÇİLƏR SƏLTƏNƏTİNDƏ»
EL ÇAPO KÜRDƏXANIYA GƏTİRİLƏ BİLƏR
Azərbaycan hökuməti Meksika hökumətinə müraciət edərək narkobaron El Çaponu Kürdəxanıda saxlamağa hazı olduğunu bildirmişdir. Azərbaycan hökumətinin müraciətində deyilir: “Azərbaycan türməsindən indiyəcən heç kim qaça bilməyib. Bizdə dustaq saxlamaq texnologiyaları 22-ci əsr səviyyəsindədir”.
Əvəzində Azərbaycan hömüməti istəyir ki, meksikalılar öndərin heykəlini yenə qaytarıb qoysunlar Mexiko parkına.
ŞEFİ QARDAŞ…
BU GÜN ÖLƏN ŞAİRDİRSƏ, AZƏRBAYCAN POEZİYASI OTUZ İLDİR ÖLÜB…
Əlbəttə, Allah rəhmət eləsin…
Ancaq Zəlimxan Yaqub şairdirmi?
Məzmun bir yana qalsın, professionallığın və ən azı ibdidai filoloji hazırlığın göstəricisi olan qafiyələrə baxaq:
SİZ MƏNİ QINAMAZSINIZ
Hədər, kədər, qədər
Quş, tuş, unutmuş
MƏNİM PEZİYAM
yaşında, başında, yaddaşında
Yağımda, çağımda, yanağımda
Ahında, şahında, dərgahında
NAHAQ ENDİK O DAĞLARIN BAŞINDAN
Yardı, qardı, ucalardı
Quş, tuş, daş
Haxlamır, saxlamır, laxlamır (!-X.X.)
Ağ, sağ, dağ
İLK ANDIMIZ, SON ANDIMIZ TURANDI
Can, qan, yan
NƏ DİL BİLSİN, NƏ DODAQ
Sözüm, gözüm, dözüm
Dayanmaq, danmaq, yanmaq
Üzüm, gözüm, düzüm.
Əgər bu, “yüksək” Azərbaycan poeziyasıdırsa, kül olub Azərbaycan poeziyasının başına...
НА КОГО, НА КОГО, МЕРАБ ИЛЬИЧ…
«Генерального прокурора» Южной Осетии Мераба Чигоева насмерть сбил автомобиль. На пустом месте. Надо сказать, что покойный сам был пустое место и занимал тоже пустое место.
Многие задаются вопросом: какого хрена Генеральный прокурор в «стране» с населением в тридцать тысяч человек?
Но более уместен другой вопрос: зачем стране с населением в тридцать тысяч человек автомобиль?
ZƏLİMXAN YAQUB XAHİŞ EDİB Kİ, ONUN TƏQAÜDÜNÜ SEYMUR BAYCANA VERSİNLƏR
Nüfuzlu İnternet-portal Yüzval.az dünyasını təzəcə dəyişmiş xalq şairi Zəlimxan Yaqubun yazılı vəsiyyətindən fraqmentlər dərc edib. Vəsiyyətnamənin çox hissəsi şeirlə yazılıb.
Gedirəm, od vurun kitablarıma,
Alışıb-yananda basdırın məni.
Dahi sənətkaram, adım-sanım var,
Fəxri xiyabanda basdırın məni.
Ulu öndərimdi mənim ilhamım,
Öndərin yanında basdırın məni.
Bundan əlavə, mərhum xalq şairi prezidentdən xahiş edir ki, onun indiyəcən aldığı təqaüdü bundan sonra Seymur Baycana versinlər.




