СПИСОК ШИНДЛЕРА
СПИСОК ФОРБСА
СПИСОК МАГНИТСКОГО
СПИСОК УРОДОВ, КАЛЕК, ГОРБАТЫХ
СПИСОК ЧЛЕНОВ ОЛИМПИЙСКОЙ КОМАНДЫ АЗЕРБАЙДЖАНА
СПИСОК ШИНДЛЕРА
СПИСОК ФОРБСА
СПИСОК МАГНИТСКОГО
СПИСОК УРОДОВ, КАЛЕК, ГОРБАТЫХ
СПИСОК ЧЛЕНОВ ОЛИМПИЙСКОЙ КОМАНДЫ АЗЕРБАЙДЖАНА
İlham Əliyev deyib ki, Azərbaycanda döyülən, söyülən yoxdur…

XƏDİCƏ İSMAYILOVA İLHAM ƏLİYEVİN ŞƏXSİ TƏYYARƏSİNDƏ YEREVANDAN BAKIYA GƏTİRİLİB
Tanrı Göyü yaratdı,
Yeri yaratdı Tanrı.
Tanrı Ayı yaratdı,
Yaratdı ulduzları.
Gördü çatışmır nəsə,
Kişi yaratdı Tanrı.
Kişi düşdü həvəsə —
Dişi yaratdı Tanrı.
Çatdırıb işi başa,
Baxıb dedi: “Qəşəngdir!
Altı gün çalışmışam,
Gərək dincələm indi”.
Qovur o vaxtdan bəri,
Minillər minilləri.
Öz işindədir hərə,
Tanrı hələ dincəlir.
Unudub yuxu nədir–
Yatanda da oyaqdır.
Əyləncə istəyəndə,
Kainatı oynadır.
Dənizləri daşdırır,
Batırır şəhərləri.
Ordular quraşdırır,
Vurur kəllə-kəlləyə.
Azar salır canına,
Adamların, mələdır,
Çox işi nə yazılan,
Nə də ki deməlidir…
“Qan hopub qabığından,
Yerin özəyinəcən”.
Kainatı oynadır –
Tanrı hələ dincəlir..
23.05.2016 Samara

Azərbaycanda hər şey ağlamalıdır, bircə Xalq Cəbhəsindən başqa. Xalq Cəbhəsi gülməlidir.
Rəhbər Əli Kərimli Ali Karimli (Əli Kərimli) FB-da status yazıb. Status belə başlanır: “Ey işgəncə vintləri…” Müraciət forması bizim mollaların nitqini xatırladır. Sonra: “Sizlər…”
Azərbaycanca “sizlər” səhvdir, çünki “siz” ikincişəxs əvəzliyinin cəmidir, cəmə cəm şəkilçisi artırmaq olmaz. Ancaq bunlar xırda şeylərdir. Statusu mən baxan vaxt 221 adam bəyənmişdi. İyirmiyə qədər rəy vardı. Statusa heyran olanlar var:
“Orxan Eliyev Barselona Eli muellim sadece bu fikirlerinize heyran qalir adam,Allah size de komey olsun Bey…”
Ancaq hamı heyran olmayıb. Suallı adamlar var:
Bəhruz Abbasov Bey bu iwgencelere dur deye bilmeyecek qeder zeifmidir bu muxalfet yoxsa bir bezin qiragidirmi?
Bəy cavab vermir…
Cavid Həsənli bir müxalifət olaraq niyə ancaq status yazmaqla kifayətlənirsiz? nə vaxt normal mitinq təşkil edəcəksiz camaat öz sözünü desin?
Bəy cavab vermir…
“Bəy”in statusuna elmi təhlil verənlər var:
Araz Memmedov Pul var dovlet gozleri baglayanda cox pis olur ! Keyfiyetli insan , keyfiyetli memur xalqa guvener ve xalqa arxalanar taa xalql arxaslbdan allb onun nifretini qazanmazdl ! Bunun adl iyrenc nefsin aciz qullarldlr .
“Bəy” nə “hə” yazır, nə “yox”…
Gələcəyi görüb “bəy”ə təsəlli verənlər də var:
Rahid Calayirov Bir gün gələcək bəlkədə peşman olacaqlar ama ondada gec olacaq hər şeyə görə cacab verməli olacaqlar”
“Bəy” yenə dinmir…
Bir Xanım (adı Xanımdır) “bəy”i “xələtləyir”:
Xanim Mahmudova Guya onlarin yerinde siz olsaydiz her şey başqa cür olacaqdı”
(Rəylərin orfoqrafiyası və durğu işarələri saxlanılıb)
Yenə sükut…
Müxalifət partiyasının rəhbəri heç kimə cavab vermir. Çünki bu adamları, hətta rəy yazmaqla özləri üçün müəyyən təhlükə yaradan insanları qara camaat, öz yazdığını isə Quran ayəsi sayır. Ən gülməlisi budur ki, bu insanlar cavab-almayacaqlarını bilə-bilə yenə sual verirlər. Niyə bizim insanlar alçalmağa belə meyllidirər? Bu, gülməli deyilmi?
Və Əli Kərimli kimi insan ölkə rəhbəri olsa, “qara camaat”la onun arasında yaranacaq məsafəni təsəvvür edirsinizmi? Mən təsəvvür etdim, məni gülmək tutdu. Çox güldüm. Ancaq bir şey var ki, mənə gülmək düşmür. Bir az gülən kimi başıma iş gəlir. Ona görə indi gərək girəm İlham Əliyevin saytına, gözümün yaşı quruyunca ağlayam…
Mirzə ƏLİL

Lerik rayonunun Orand kəndinin sakinləri İlham Əliyevə məktub yazıblar. Orandlılar öz məktublarında Lerikin icra başçısı Rövşən Bağırovdan yazırlar. “Əlahəzrət möhtərəm prezident! Bütün Lerik camaatı kimi orandlılar da Rövşın Bağırovun rəhbərliyindən razı və xoşbəxrdirlər. Orand camaatı belə hesab edir ki, Bağırov kimi rəhbərdən Azərbaycanda olar iki ya üç nəfər. Bu unsannın zəkası, nəcibliyi,səriştəsi o qədər möhtərəmdir ki, orandlılar belə bir insanla bir rayonda yaşamağa utanırlar. İona görə xahiş edirik ki, ya Rövşın Bağırovu daga böyük vəzifəyə təyin edəsiniz, ya da oradnlıları sadə bir yerə, məsələn, Haramı kimi ilanlar mələyən bir çölə köçürəsiniz, çünki biz bu dahi rəhbərin üzünə baxanda xəcalətimizdən ölürük”.
Mirzə Əlil də ordan-burdan soraqlaşdı, məlum oldu ki, Rövşən Bağırovun bütün ləyaqətləri onun təhsilsizliyindən irəli gəlir. Yəni bu adamın Allah üzünə baxıb, ali təhsil almayıb, oxusaydı, yaman günə qalardı. Özünüz baxın, bu arayışda təhsil haqqında bir sətir də yoxdur.
“R.E.Bağırov 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1983-1990-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1983-cü ildə əmək fəaliyyətinə başlamışdır.
1983 — 1985 — ci illərdə Əzizbəyov adına Neft-Kimya İnstitutu, «Əməyin mühafizəsi» kafedrasında preparator, 1985 — 1987 — ci illərdə Sovet Ordusu sıralarında bölmə komandiri, 1987 — 1989 — cu illərdə Neft-Kimya İnstitutu, «Əməyin mühafizəsi» kafedrasında laborant, 1989 — 1990 — cı illərdə Neft-Kimya İnstitutunda mühasib, 1990 — 1991 — ci illərdə Azərbaycan LKGİ MK-nın Gənclərin və tələbələrin respublika qərargahında təlimatçı, 1991 — ci ildə «Gənclik» Sovet Türkiyə müştərək müəssisəsində baş mühasib 1991 — 1992 — ci illərdə «Amal» kiçik müəssisəsində baş mühasib, 1992 — 1994 — cü illərdə Səbayıl Rayon Əhalinin Məşğulluq Mərkəzində baş mühasib, 1995 — 1996 — cı illərdə «Elmarbank» Səhmdar Kommersiya Bankında kredit şöbəsinin müdiri, 1994 — 2003 — cü illərdə «Debut» Səhmdar Kommersiya Bankının «Sahil» filialında şöbə müdirinin müavini, 2003 — 2006 — cı illərdə «Bakı yoltikintiservis» Açıq Tipli Səhmdar Cəmiyyətində baş mühasib, 2006 — 2007 — ci illərdə «Sənaye Tikinti Servis» Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri vəzifələrimdə çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2007-ci il tarixli 2078 nömrəli Sərəncamı ilə Lerik Rayon İcra Hakimiyyəti başçısı təyin edilmişdir”.
Mirzə Əlil həmişə deyib ki, oxumaqla adamın başı xarab olur. İndi Rövşən Bağırova baxıb bəlkə inanalar…
Mirzə ƏLİL

130 PARK LANE (ENTRANCE IS AT REAR) 12-11-2014 PIC BY IAN MCILGORM
Londonun mərkəzində penthouz. Mülkün dördüncü və beşinci mərtəbələri Leyla Əliyevanındır. Atası ölkənin neft ehtiyatlarından milyardlar qazanıb, bəzi mənbələrdə onu «mafiya boss»u adlandırırlar.
Penthouse in the heart of the capital: The fourth and fifth floor penthouse of a property in Park Lane, Mayfair (left) is home to socialite Leyla Aliyeva (right), daughter of Azerbaijan’s leader Ilham Aliyev. He made billions from the country’s oil reserves and was likened in leaked US cables to a ‘mafia boss’. The building and its flats are registered via a web of offshore and UK firms, one of which has Leyla as a director. She is said to enjoy socialising with Prince Andrew and Lord Mandelson

Penthouse in the heart of the capital: The fourth and fifth floor penthouse of a property in Park Lane, Mayfair (left) is home to socialite Leyla Aliyeva (right), daughter of Azerbaijan’s leader Ilham Aliyev. He made billions from the country’s oil reserves and was likened in leaked US cables to a ‘mafia boss’. The building and its flats are registered via a web of offshore and UK firms, one of which has Leyla as a director. She is said to enjoy socialising with Prince Andrew and Lord Mandelson
Read more: http://www.dailymail.co.uk/news/article-3578842/Palaces-Corruption-bling-baubles-prime-UK-real-estate-secretly-owned-foreign-despots-dodgy-dealers-mocking-PM-s-anti-embezzlement-drive-shaking-hands-one-them.html#ixzz489J30kdF
Follow us: @MailOnline on Twitter | DailyMail on Facebook
Palaces of Corruption: They’re the bling baubles of prime UK real estate, secretly owned by foreign despots and very dodgy dealers – mocking PM’s anti-embezzlement drive (and there he is shaking hands with one of them!)