Архивы

“QAFQAZ” ALTIMDADIR…

Konstitusiya dəyişiklikləri, “Qafqaz” universitetinin bağlanması ölkədə çoxdan gedən deqradasiyanı tamamlayır, ölkənin xüsusən gənc vətəndaşlarını gələcəyə hər cür ümiddən mərhum edir. Bundan sonra vətəndaşların bütün zəhmət və səyləri fərdi səadətə və ölkənin mənafeyinə yox, Ailənin maraqlarına xidmət edəcək. Gənclərin əlindən “Qafqaz”ın alınması rəmzi hadisədir, əslində bu hərəkət ölkənin vətəndaşlardan alınmasını əyaniləşdirən sübut və faktlardan biridir.Mənə elə gəlir ki, Azərbaycan üçün heç bir ümid qalmadı. Ermənilər üçün ümid var, Ermənistan etnik və konfessionl cəhətdən monolitdir və heç bir çaxnaşma bu ölkənin əsaslarını sarsıda bilməz. Azərbaycanda isə üz vermiş fəlakətlə hər hansı fəal mübarizə ölkənin dağılması ilə nəticələnəcək.
Çox təəssüf…
20.07.2016
Anapa — Cemete

qafqaz 2

TÜRK ƏSGƏRİNƏ

Tarixi süngüsüylə,
Yenidən yazan əsgər!
Küçədə döyülürsən,
Paltarında qan, əsgər!

 

Adları, sərhədləri
Təzələdin, dəyişdin.
Üstünə kütlə gəldi,
Uduzdun bu döyüşdə.

 

Aşaraq dənizləri,
Yıxmısan qalaları.
İndisə yenilirsən,
Sıxılıb dalanlara.

 

Elinin bayrağını,
Zirvələrə sancmısan.
Yarır indi bağrını,
Kütlədən olan insan.

 

Ölkələrlə qovğada,
Sən ölkə yaratmısan!
Ölkəsini dağıdır,
Səni daşlayan insan!

17.07.16.
Anapa,  Cemete qəsəbəsi

RUSİYA

Yurdun peyğəmbəri qıraqdan gələr,
Bilinmədi yurdda, qədrim, Rusiya!
Rus atar vətəni, qərbə köç elər,
Mən atdım vətəni, qərbim — Rusiya.

Onillərlə hədər getdi əməyim,
Çığıra düşmüşdüm, yolumu əydim.
Dayazlarda üzən xırda gəmiydim,
Qoynunda yetişər qərqim, Rusiya!

Yorur ayağımı yolların buzu,
Gedərəm – dalımca silinər izim.
Baharların qısa, qışların uzun,
Dözmürəm, tükənir səbrim, Rusiya!

Elə ki görünür günəşin üzü,
Gülür kilsələrin qızıl günbəzi.
Sən həm qəribliyim, sən həm əzizim,
İkiyə bölünüb qəlbim, Rusiya.

Günahlarmı belə canımda coşan,
Vicdanı göynədən, ürəyi düşən?
Özüməm özümə ən qatı düşmən,
Yalnz özümlədir hərbim, Rusiya.

Ayrıldım yurdumdan, yaman ayrıldım,
Hanı haraylayan, dönəm, qayıdam?
Nə qədər ürəkdə sevgim soyudu,
Nə qədər ürəkdə qəbrim, Rusiya!

Doğma dil eşqiylə yanar dodağım,
Mən kimə dərdimi deyim-dağıdım?
Burda bir ölkəyəm sərhədi bağlı,
Dolu ürəyimdir gerbim, Rusiya!
fevral 1987, Samara

«OLMAZ-OLMAZ», «OLMAZ-OLMAZ» DEYİRDİM…

YEVLAX

Bu şəklə İnternetdə rast gəldim. Siz bu insanın duruşuna baxın! Şəkilçəkəndə sənətkarlığa baxın — Rafael-zad işi deyil!

«İkiqat» portretdəki  Yevlaxın başçısı Ələkbər Səlimovdur.

Mənə maraqlı gələn şəkildən də çox şəklə aid yazı oldu. Baxın:

Mənsub olduğu partiya — Yeni Azərbaycan.

Dini — İslam.

Mən elə bilirdim belə şey olmaz. Olurmuş…

 

 

КОЛОМБО И ПУТИН: «В РОССИИ КАЖДЫЙ ВТОРОЙ ИМЕЕТ ТАКОЙ БАСЕЙН»

nar

Коломбо: Сэр, мне очень неловко, я знаю, что вы не любите, чтобы вас беспокоили во время плавания…
Путин. Ничего, ничего, лейтенант. Вы можете присоединиться ко мне. Там в шкафу есть плавки.
Коломбо. Я вам чрезвычайно благодарен, сэр, но я вынужден отказаться от вашего предложения, боюсь, что я вчера слегка простудился… Сэр, я поражен великолепием вашего бассейна. Ничего подобного я в жизни не видел. Мне приходилось бывать у американских президентов, но такого бассейна ни один из них не имел. Я потрясен.
Путин. Лейтенант, ничего тут особенного нет. Каждый второй россиянин имеет такой бассейн.
Коломбо. Сэр, вы меня должны простить. Конечно, Россия богатая страна, я должен был это учесть. Видите ли, один вопрос так меня волнует, что я забываю об очевидных вещах. Сэр, с вашего позволения я задам этот вопрос вам…

«CƏBHƏ»ÇİLƏR DƏ AZƏRBAYCANI «İMAM-ZAMAN»IN GƏLİŞİNƏ HAZIRLAYIRLAR?

Tale Bağırzadəni norveçlilərin “vicdan məhbusları” siyahısına dürtməklə Azərbaycan “demokratları” özlərini olub-qalanın hörmətdən və etibardan saldılar. İndi sağlam fikirli və əsil demokrat ruhlu və düşüncəli  insanlar, əlbəttə, belə “demokratlara” yaxın getməz, ancaq AXCP adından çıxış edən və islam faşizmiylə həmrəy olan məsuliyyətsiz şəxslər ümumilikdə demokratik hərəkata böyük ziyan vururlar. Və təəssüf ki, Tale Bağırzadənin öndə olan dəstəkçiləri və pərəstişkarları Qərb ölkəərində sığınacaq tapıb qərb benefitləti, qrantları ilə dolananlardır.

Hacı Bağırzadənin Azərbaycan üçün hansı gələcək arzuladığını və Nardanranda qərargah qurub fəal şəkildə hazırladığı gələcək barədə təsəvvür yaratmaq üçün onun çıxışlarından birinə baxmaq kifayətdir. Bir neçı sitat:

 

“And olsun Allaha, İmam-Zaman gəlsə, Bu gün Yəmən hazırdır ağanı qəbul eləməyə!”

“Bu gün İran İslam Respublikası Başda Rəhbərimiz ayatulla Xamanei olmaqla hazırdır ağanı qəbul eləməyə!”

“Bu gün Azərbaycanda o şəraiti yaratmışıq  ki, İmam-zaman təşrif gətirsin bura?”

“O şərait yaranmalıdır Azərbaycanda. O ruhiyyə yaranmalıdır ki, imam zaman təşrif gətirsin bura!”

“Şükür olsun ki, bu ruhiyyə bu kənddə var”.

“Bu ruhiyyə bu kəndlə məhdudlaşmamalıdır”

“2002-ci il deyil ki Nardaranda təkbaşına mübarizə aparsın”.

“Kəndlərimizdə çoxlu Hüseyn təfəkkürlü gənclərimiz var!”

“Ağanın gəlişinə hazırlaşmağın çoxdan vaxtıdır!”

BELƏ BAŞÇILARI OLAN XALQIN BAŞINA KÜL OLAR

Təltif olunanlar arasında general Məhərrəm Əliyev də var. İndi deyin: bu adamın Silahlı Qüvvələrə nə aidliyi var? Onun vəzifəsinə baxın: “Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri”.

MƏHƏRRƏM 2

Bir şey başa düşdünüz?

Yəqin dünyanın heç bir ölkəsində belə bir şey yoxdur. Prezidentin, yəni İlham Əliyevin müdafiə məsələləri üzrə köməkçisi var, bu köməlçinin xidməti var, bu xidmətin müdafiə məsələləri üzrə şöbəsi var, Məhərrəm Əliyev də o şöbənin müdiridir!

Məhərrəm Əliyevin hərbi təhsili yoxdur, onun ümumiyyətlə təhsili yoxdur, bu adam 27 yaşında milis texnikumunu bitirib. Əgər ordu belə adamların əlindədirsə, kül ordunun başına!

Əgər analar sütül uşaqlarının belə əldəqayırma generallara tapşırırlarsa, kül o anaların başına!

Əgər ölkə belə adamların əlindədirsə, kül o ölkənin başına!

ПОСТ ИМЕНИ АХМАДА КАДЫРОВА

nar

Губернатор Санкт-Петербурга Георгий Полтавченко назвал мост через Дудергофский канал именем первого президента Чечни Ахмата Кадырова. Тем же указом Полтавченко мост через Дудергофский канал переименовал в пост через Дудергофский канал.

«OCAQ» QƏZETİ, 2016-05

СКР 2016-05 2

очаг5_цветной_2016