Архивы

RAYNER MARİA RİLKE. ÖMRÜMÜ YAŞAYIRAM

Gedir ömrüm get-gedə genlənən həlqələr tək

Hər şeyi də çevrəyə alır onlar, artaraq.

Bəlkə çətin çataram onuncu həlqəyədək,

Cəhd edəm gərək ancaq.

Min illərdir beləcə dövrəsində Tnrının,

Yaşı dibsiz qalanın durmadan hərlənirəm.

Ancaq bilmirm hələ: şahinəm ya fırtına

Ya nəğməyəm möhtəşəm.

1899

almancadan tərcümə

27.04. 2022, Samara

+++++++++++++++

RAİNER MARİA RİLKE

Ich lebe mein Leben…

Ich lebe mein Leben in wachsenden Ringen,

die sich über die Dinge ziehen.

Ich werde den letzten vielleicht nicht vollbringen,

aber versuchen will ich ihn. Читать далее

RAYNER MARİA RİLKE. SONUNCU AXŞAM

Gecə və uzun çəkən səfər. Sonrasa döndü,
İçindəki qoşunla qatar parkın yanından.

Çəksə də nəzərini klavesindən indi,

Çalırdı yenə ancaq, gözlərisə qadında.

Baxırdı o, necə ki, insan aynaya baxar,

Gənclik cizgilərini görüb duyğulanırdı,

Anlayırdı onlarda necə dərin hüzn var,
Hər səssə daha gözəl, daha ağıl alandı.

Bütün bunlar yox oldu fəqət elə bir anda
Qadın durub qayğılı pəncərənin yanında,

Ürək döyüntüsünü əliylə saxlayaraq,

Çalğısı yetdi sona. Sərin gəldi bayırdan,

Aynnın nündəki masanın üstdə birdən,

İçində bir ölü baş şako görndü qara.

1906

almancadan tərcümə

26. 04. 2022, Samara

QEYD: şako (Tschako) – silindr formalı hərbi papaq

++++++++++++++

Rainer Maria Rilke

Letzter Abend

Und Nacht und fernes Fahren; denn der Train

des ganzen Heeres zog am Park vorüber.

Er aber hob den Blick vom Clavecin

und spielte noch und sah zu ihr hinüber Читать далее

İOHAN GÖTE. BALIQÇI

Çay axır hay-küylə, sular qabarıb,
Sakitcə oturub tənha balıqçı,
Sahildə, fikrini tilov aparıb,

Ürəyini suyun sərini açır.

Belecə oturub o dinləyir hərdən,

Necə öləziyir, yatır bu  axın.

Gözünün önündə suları birdən

Yarıb yaş bədənli çıxır bir qadın.

Danışır onunla, oxuyur hələ:

Ey ağıl və hiylə işlədən insan!
Ölümcül bürküdə nə üçün belə,
Sudan törəməmi sən çıxarırsan?

Əgər anlasaydın suyun dibində,
Günü balıqların xoş keçir necə,

Suya atılardın yəqin ki, sən də,
Qəmin çəkilərdi suya girincə.

Həm sevimli günəş sevimli ay həm,
Günəşin qoynuna sevinclə girər.

Görürsən onların üzünü hökmən,
Sudam çıxan zaman ikiqat gözəl.

Mavi dərinliyə dönən bu dərin,

Ucalıq səni cəlb eləmirmi bəs?

Əbədi damlada canlanan əksin,

Oyatmrmı suya girməyə həvəs?

Çay axır hay-küylə, qabarıb sular,

Yalın ayaqları islanıb onun.

Qəlbində nədənsə indi qüssə var,
Sanki əziziylə söhbəti olub.

Danışır onunla, oxuyur qadın,

Yəqin gəlib çatıb onun saatı

Qadın onu çəkir, o atır addım…

Bir daha onları görən olmadı.

1778

almancadan tərcümə

23-24. 04. 2022, Samara

++++++++++++++

Johann Wolfgang von Goethe

Der Fischer

Das Wasser rauscht, das Wasser schwoll,
Ein Fischer sass daran,
Sah nach dem Angel ruhevoll,
Kuehl bis ans Herz hinan:
Und wie er sitzt und wie er lauscht,
Teilt sich die Flut empor,
Aus dem bewegten Wasser rauscht
Ein feuchtes Weib hervor. Читать далее

İOHAN GÖTE. “DÜŞSƏN SEVGİLİNDƏN UZAQ NƏ QƏDƏR…”

Düşsən sevgilindən uzaq nə qədər,

Şərq aralı düşüb necə ki, Qərbdən,

Aşar səhraları, ürək yol gedər;

Nə məşəqqət ola, dözər və durmaz,
Bağdadın yolu da sevəni yormaz.

(“Qərb-şərq divanı”ndan)

almancadan tərcümə

21. 04. 2022, Samara

++++++++++++

Johann Wolfgang von Goethe

Bist du von deiner Geliebten getrennt
Wie Orient vom Occident,
Das Herz durch alle Wüsten rennt;
Es gibt sich überall selbst das Geleit,
Für Liebende ist Bagdad nicht weit.

İOHAN GÖTE. SEVGİLİNİN YAXINLIĞI

Səni düşünürəm mən, günəşin şüaları,

Dənizdə yuyunanda

Səni düşünürəm mən çayın ayna suları,

Ayla oynayan anda.

Gözümdə canlanırsan, toz dumanına birdən

Uzaq yol bürünəndə;

Qaranlıq gecədə dar körpünün üstdən keçən,
Yolçu əsir hənirdən.

Səni eşidirəm mən astadan pıçıltısı,

Dalğaların gələndə.

Ağaclara mürgülü meşədə qulaq asıb,

Sükutu dinləyəndə.

Həmişə mənimləsən,  düşsən uzaq da məndən,
Yenə də yanımdasan.

Gün batır, ulduzların yanar işığı indi,

Ah, biləydim hardasan!

1795

almancadan tərcümə

19-20. 04. 2022, Samara

+++++++++++++++++

Johann Wolfgang von Goethe

Nähe des Geliebten

Ich denke dein, wenn mir der Sonne Schimmer
Vom Meere strahlt;
Ich denke dein, wenn sich des Mondes Flimmer
In Quellen malt. Читать далее

İOHAN GÖTE. “KİM ÇÖRƏYİ YEMƏYİB GÖZ YAŞINA QATARAQ…”

Без названия (19)

Kim çörəyi yeməyib  göz yaşını qataraq,
Və kim ki,  kədər dolu, hüznlü gecələri,

Ağlamayıbsa əgər yataqda oturaraq,

Yox, səmavi qüvvələr, onun sizdən  xəbəri.

Bizim həyatımıza rəhbərlik eləyən siz,
İradənizlə batır günaha zavallılar,

Sonra həm də onlara əzab çəkdirirsiniz,

Dünyada hər güanahın intiqamı alınar.

(“Vilhelm Meyster”dən)

almancadan tərcümə

17-18. 04. 2022, Samara

+++++++++++++

Johann Wolfgang von Goethe

Wer nie sein Brod mit Thränen as,
Wer nie die kummervollen Nächte
Auf seinem Bette weinend sas,
Der kennt euch nicht, ihr himmlischen Mächte. Читать далее

İOHAN GÖTE. GÖZ YAŞLARINDA TƏSƏLLİ

Без названия (19)

Söylə, niyə belə sn kədərlisən,
Hamı bəxtəvərkən həndəvərində?

Əlbəttə, əlbəttə, ağlamısan sən,
Görür hər kəs görür gözlərində də.

“Mən də ağlamışam düşüb təkliyə,
Bəllidir bu qüssə mənə, bu ağrı.

Yüngüllük, əminlik gəlir ürəyə,

Şirin göz yaşları elə ki axır”.

Dostlar çağırırlar, hamısı da şən,
Çəkinmə, hər biri ağuş açacaq.

Nələri, kimləri itirsən də sən,

Düşün ki, itkilər xeyrədir ancaq.

“Sizin kefiniz kök, yox anlayan ki,
Necə mən zavallı əzab çəkirəm.

Heç nəyim itməyib, yox mənim itkim,
Sıxır fəqət itki duyğusu möhkəm”.

Belədirsə əgər, tələsməlisən,

Yaşının yaz fəsli, qanın da qaynar.

Qüvvə aşıb-daşır bu yaşda ikən.

Göstər özünə ki, cürətin də var.

“Ah, çətin taparam cəsarəti mən,
Məndən uzaqlarda o yəqin gəzər.

Parlayır elə bil o, göy üzündən,
Başımız üstdəki ulduza bənzər.”

İnsan ulduzları arzulamır ki,

Həzz alır onların dəbdəbəsindən.

Heyran baxışlarla durub göz dikir,
Ulduzlu səmaya nəfəs dərmədən.

“Mən də heyranlıqla baxıram elə,

Gündüzlər, göy üzü işıqlı ikən.

Lütfən qoy ağlayım fəqət gecələr,

Ağlayım göz yaşım tüknənəcən”.

1827

almancadan tərcümə

16-17.04. 2022

+++++++++++++

Johann Wolfgang von Goethe

Trost in Tränen

Wie kommt′s, daß du so traurig bist,

Da alles froh erscheint?

Man sieht dir′s an den Augen an,

Gewiß, du hast geweint. Читать далее

İOHAN GÖTE. YOLÇUNUN GECƏ NƏĞMƏSİ

Без названия (19)

Sən ey göyə sakin, yerəsə hakim,

Bütün dərdliləri ovudan da sən

İkiqat bədbəxtsə bu dünyada kim,
İkqat təsəlli ona verirsən.

Yaman yordu məni bu əlləşmələr,
Nədir bu ağrılar, nəşələr nədir?

Gəl, şirin əminlik, ruh aramı, gəl,
Qəlbimi ovundur, təsəlli gətir!

1780

almancadan tərcümə

14.04. 2022, Samara

++++++++++++++++

Johann Wolfgang von Goethe

Wandrers Nachtlied

Der du von dem Himmel bist,
Alles Leid und Schmerzen stillest,
Den, der doppelt elend ist,
Doppelt mit Erquickung füllest, Читать далее

İOHAN GÖTE. ÖZÜNÜALDATMA  

Без названия (19)

Qonşu xanım pərdəni

Çəkir dala-qabağa.

Bilmək istəyir yəqin,

Mən evdəyəm, yoxam ya.

Bilmək istəyir yəqin,

Yaxır məni hələ də,

Qısqanclıqdan doğan kin,

Yaşayır küsü qəlbdə.

Əfsus, bu gözəl bala,
Məni heç düşünməmiş.

Pəncərə pərdəsiylə,

Oynayansa küləkmiş

1827

almancadan tərcümə

13. 04. 2022, Samara

+++++++++++

Johann Wolfgang von Goethe

Selbstbetrug.

Der Vorhang schwebet hin und her
Bei meiner Nachbarin.
Gewiß, sie lauschet überquer,
Ob ich zu Hause bin, Читать далее

HENRİX HEYNE. “ZƏHƏR YAĞIR MƏNİM NƏĞMƏLƏRİMDƏN…”

Без названия

Zəhər yağır mənim nəğmələrimdən;

Necə ola bilər ayrı cür axı?

Özün çiçəklənən həyatıma sən,

Unutma çox zəhər axıtdığını.

Zəhər yağır mənim nəğmələrimdən;

Ayrı cür bu necə ola bilərdi?

Sinəmdə çox ilan bəsləyirəm mən,
Sənsən ilanların, gülüm, biri də.

1822-1823

almancadan tərcümə

13. 04. 2022, Samara

+++++++++++++++++

HENRİCH HEİNE

Vergiftet sind meine Lieder;
Wie könnt’ es anders seyn?
Du hast mir ja Gift gegossen
In’s blühende Leben hinein. Читать далее