HACI TALE BAĞIRZADƏ: «CƏHƏNNƏMƏ VASİL OLMUŞ RAFİQ TAĞI…»
Serj Sarqsyan Tale Bağırzadəyə cavab yazıb: «Kirvə, sizdə yaxşı bir məsəl var: «Keçəl baxar güzgüyə, adın qoyar özgəyə». A kirvə, soydaşınız Rafiq Tağını gündüz-günorta vaxtı Bakının mərkəzində doğrayan, sonra da «Rafiq Tağı cəhənnəmə vasil oldu» deyən siz deyildiniz?»
Söhrab Tahirə Allah rəhmət eləsin. Mən onun adını ağlım sğz kəsəndən eşitmişəm. Yazıb-oxumağı öyrənəndən sonra onun şerlərini “Azərbaycan” jurnalında görərdim. Nədənsə, Cənubdan gələnlər uzun yazırlar, hər şeir pir poema boyda. Həm də sovet vaxtı çap olunanlara misra hesabı yaxşı pul verirdillər: 50 qəpikdən iki manata qədər. Rəhmətlik Nəbi Xəzri bir misranı üç-dörd yerə bölürdü. Göyərti alverçilri bir dəstədən üç-dörd dəstə çıxaran kimi.
Demək istəyirəm ki, mərhum Söhrab Tahirin poeziya sayıla biləcək bir misrasına da rast gəlməmişəm. İndi İnternetdə bir neçə şeirini tapdım. Məsələn bu:
Gözəllərdə bir sirr də var,
Sevənləri ucaldarlar.
-Sonra gözəl qalmaq üçün
Ucalanı alçaldarlar.
Hünərli adam istəyirəm ki, birinci misranı tələffüz edə bilsin: “r”-ların dalbadal gəlməyi dili dolaşdırır – bu, naşılıqdır, bunu təzə başlayan uşaq yazar, peşəkar yox.
Bu, texniki tərəfi.
İndi başqa trərəflər: “Gözəl qalmaq üçün Ucalanı alçaldarlar”…
İlahi, bu, nə düşüncə tərzidir? Bu nə psixoanalizdir? Poeziya bu misraların harasındadır?
Allah rəhmət eləsin bu kişiyə. Yəni günahlarından keçsin. Çünki əlli-altımış il pis şeir yazıb adamları əsil şeirdən yayındırmaq ağır günahdır…

Şəkildəki Xaçmazda təzəcə dəfn olunmuş şəhid Əmrah Yüzbəyovdur. Boynuna ANS-dın olan şərəfsizlər, analarının … -ni kəsənlər reklam yapışdırıblar…
Bakıda marafon yürüşü keçirilib. Bu nə işdir?
Məlumdur ki, bakılılar müharibədə iştirak etmirlər. Bakı Azərbaycanın içində olub İsveçrə kimi bir yer, yəni neytraldır, döyüşə əsgər-zad vermir. Müharibə Azərbaycan kəndinə aiddir. Onda müharibənin qızğın vaxtı bakılıların kütləvi qaçmaqda məqsədləri nədir?
Bəlkə “internasional” Bakıdan ötrü ürəkləri yanan bakılılar ermənilərin qabağına qaçmağa hazırlaşırlar?
Tale Bağırzadə türmədən şəhidlər barəsində “açıqlama” yayıb.
Bu həmin Tale Bağırzadədir ki, Bakıda belə fanatiklər tərəfindən doğranıb öldürülmüş Rafiq Tağı haqqında deyirdi: “Rafiq Tağı da cəhənnəmə vasil oldu!” Video qalır, boynundan ata bilməz.
Ölkənin bir parçasını İŞİD ərazisinə çevirmiuş bu insanın vətəndən ötrü ürəyi yanır…
Xalqın “demokratlar”dan qorxmağı səbbəsiz deyil, “demokratlar” Tale Bağırzadə kimilərin tərəfindədirlərsə, xalq demokratlara qarşı olmalıdır.
29 aprel 2016. İlham Əliyev Ağsu əhalİsiylə görüşür.
Seçmə ağsaqqallardan biri çəkinə-çəkinə deyir:
İlham Əliyev əlini hörmətlə ağsaqqalın çiyninə qoyur:
Эйнулла Фатуллаев продолжает присваивать погибшим армянским военнослужащим высокие воинские звания. Вот заголовок статьи на сайте haqqin.az:

В самой статье обнаруживается, что Аракелян погиб подполковником. Полковником его посмертно сделал Эйнулла Фатуллаев.
Тут возникает вопрос. Известно, что такие высокие воинские звания присваивает только президент. Может, Серж Саргсян поделился своими полномочиями с Эйнуллой Фатуллаевым? В таком случае не исключено, что Фатуллаев скоро сделает Аракеляна генералом, к тому же армянин это звание заслужил, как пишет Эйнулла Фатуллаев, «одной правой рукой убив тюрка»…
Millətin sütül uşaqları cəbhədə qırılırlar, minlərlə insanın başına düşmən mərmiləri yağır, ölkə rəhbərliyi isə yenə öz kefindədir. Yenə Ailə üzvlərinin şəhrətləndirmə kampaniyası əvvəlki vüsətlə davam edir.
Dünən İnternetdə Beyləqanın kəndlərini axtardım – bu kəndlərə şəhidlər gəlir – ancaq İcra hakimiyyətinin saytında da kəndlərin adı yoxdur. Beyləqan İcra hakimiyyətinin saytında ümumiyyətlə rayon əhalisi üçün vacib heç nə yoxdur, ancaq “dünya şöhrətli oftolmoloq” Zərifə Əliyevanın 93 illiyinə həsr edilmiş təntənəli təbir haqqında məlumat var!
Mənə jdanovluların, yəni beyləqanlıların “dünya şöhrətli oftolmoloqu” tanımağı mənə qəribə gəlir. Tətkcə beyləqanlıların yox. Rusiyada hər hansı rus oftolmoloqundan Zərifə Əliyevanı soruşun, görərsiniz ki, bu adı heç vaxt eşitməyiblər…
Beyləqanlıların yəni başqa dərdi yoxdur?
İndi Moderator.az saytının bu xəbərinə baxın:
“Dünyanın nüfuzlu elmi jurnalı mərhum akademik Cəlal Əliyevi yad etdi
Dünya Fotosintez Cəmiyyətinin elmi jurnalında mərhum akademik Cəlal Əliyevin xatirəsinə həsr olunan məqalə çap edilib.
Moderator.az xəbər verir ki, Dünya Fotosintez Cəmiyyəti dünyanın ən nüfuzlu elmi mərkəzlərindən biridir. Onun orqanı olan “Fotosintez risöç” jurnalında Cəlal Əliyeva həsr olunan məqalə “Böyük alim, böyük müəllim, böyük şəxsiyyət” adlanır.
Məqalənin müəllifləri AMEA-nən Mikrobiologiya İnstitutunun direktoru akademik İradə Hüseynova, professor Süleyman Allahverdiyev və professor Qovinçidir.
Məqalədə akademik Cəlal Əliyevin elmi fəaliyyətindən bəhs olunub. Həmçinin onun Biotexnoologiyalar, Molekulyar Biologiya İnstitutlarını yaratması önəmli hadisə kimi qeyd edilir»
Məsələ burasındadır ki, sğzü gedən yazı məqalə deyil, başsağlığıdır, xatırlamadır. Özü də Cəlal Əliyevə bu tərifləri verən jurnal deyil, xatırlamanı yazmış iki azərbaycanlıdır: Irada M. Huseynova və Suleyman I. Allakhverdiev. İrada xanım Cəlal Əliyevin tələbəsi olub. (özü də haralı olsa yaxşıdır? Əlbəttə, naxçıvanlı!). Cəlal Əliyev Allahverdiyevin tədqiqat məsləhətçisi olub. (The first author (IMH) of this Tribute was Jalal Aliyev’s student, and then co-worker until the last day of his life. Professor Aliyev was the first research adviser of the second author (SIA)). (Burda üçüncü adam da var, Hindistan alimi, 84 yaşındadır, iki dəfə Bakıya Cəlal Əliyevin təşkil etdiyi tədbirə gəlib. Şübhəsiz ki, Bakıda onu yaxşı yağlayıblar, o da bu xatirə yazısını jurnala təqdim edib.
Yəni Cəlal Əliyev haqqında bütün gurultuu sözləri iki azərbaycanlı deyib. Vəssalam!
Yəni bunlar maya qoyub hardasa özlərini gözə soxurlar, sonra özləri özlərini sitat gətirirlər. Belə üsuldan Eynulla Fətallayev tez-tez istifadə edir. Yəni bütün bu zurnalistlərin vahid rəhbərliyi var.
Yəni millət qırılacaq, kəndlər dağılacaq, anaların ürəyi parçalanacaq, bular isə keflərindən qalmayacaqlar.
