“FƏLAKƏT, QƏZADIR – BİR İNSAN ÖLSƏ..”

“Fəlakət, qəzadır  bir insan ölsə,

Statistikadır – ölürsə yüz min”.

Bir vaxt bunu deyən Kurt Tuxolski,

Özü dəhşətini yaşayıb hərbin.

 + 

Qovğası hələ də rusun tükənmir,

On minlər, yüz minlər qırılıb gedir.

Sayını boş yerə can verənlərin,
Bəlkə bilənlər var, millətə sirdir.

+

İndi statistik rəqəm qədər də,
Hərbi ölümlərdə sanki yox dəyər.

Qapıya vurulan, ya da səbətə,
Salınan hər topu qeyd edir bəşər.

 +

İndi “layk”lardır statistika,
Sevinc də, qüssə də bəyənmələrdə.

Uzağı sayırıq topu ya tankı,
Əsgərdə dəyər yox mərmi qədər də…

 +

“Bir insan ölümü – fəlakət, qəza”,
Deyirdi  bir zaman Kurt Tuxolski.

İndi sosşəbəkə yas tutur bizə,
Görən layklayıb keçir tələsik…

!5. 01. 2023, Samara

NAXÇIVAN

U LENİ. KİNO

Burda hər şey tanışdır, heç nə burda yox yeni,

Çox olubdur tarixin belə həngamələri.

Oruell romanının sanki fraqmentini,

Burda səhnələşdirib Hiçkok dühalı biri.

 +

Sulardan uzaqsa da, əsl adadır ancaq,

Qanun-qayda bilməyən bu yer eksklavdır.

Bassaydı təsadüfən Robinzon bura ayaq,

Qarşısına Cümə yox, poqonlular çıxardı.

 + 

Tarixi qondarmadır, qəlpdir abidələri,

Bu gün tərsə yozurlar baş verənləri dünən.

Çoxdan gədə-güdələr mətbuatı hərlədir,
Yoxdur ədəbiyyatı Mirzə Cəlil öləndən.

 +

Torpaq zəngin olsa da duzla – havası şitdir,

Qorxudan və təlaşdan burda vərəmləyirlər.

Həyat var, əlbəttə ki, yox həyat şəraiti,
Şübhəsiz ki, adına “türmə” deyilə bilər.

 +

Firondur burda rəhbər, hampazor və qudurğan,
Əhali zülmə məruz qalan yəhudilərdir.

Musa yetişmir ancaq bu yerdə doğulandan,

O da başqalarına başqa yerdə zülm edir.

13. 01. 2023, Samara

«PARKDA VƏ BULVARDA BƏZƏYİ ƏLVAN…»

Parkda ya bulvarda bəzəyi əlvan

Uşaq elektrik qatarları var.

Gəzər həndəvəri, dairə vurar,
Mahnılar ucalar vaqonlarından.

 +

Uşaqlar şənlənir, qışqırışırlar,
Şənlənir uşaqla valideyn də.

Uğunub gedən var, nəğmə deyən də,
Beləcə gəzişər, gəzdirər qatar.

 +

Yeni il belə bir qatara bənzər.
Uşaqlı-böyüklü vaqonlarına

Doluruq. Tezliklə yetsə də sona,

Bu şən səyahətdən hamı bəxtəvər.

 +

Köhnə il…Köhnə il bəs nəyə bənzər? —

O sanki ritual avtomobilidir,

Sənə əzizləri aparıb gedir.
Bu maşın sənin də dalınca gələr…

05.01. 2023, Samara

ALİ BAŞ KOMANDANIN ÇASTUŞKALARI-13

İlham Əliyev 4

Ötən ili yola verdim,

Uğurlu və möhtəşəm.

Evləndirib Heydəri də,
Toyunu eləmişəm.

 +

Dəyişmişəm statusu,

Gəlini gətirəndən.

Millətin həm atasıyam,

Qaynatasıyam həm mən.

 +

Vasif Talıbovu qovdum,
Olsa da o öz itim.

Təzə naxçıvanlı qoydum,
Çox razıdır millətim.

 Eyy! Uff!

+ 

Oğulları, özü həm də,

Yemişdilər o qədər,

Çıxmışdılar tamam həddən,

Dəbərə bilmirdilər.

 +

Mən yeyəndə az yeyirəm,
Canı salmıram gücə,

Mehriban heç yeyən deyil,

İncədir görün necə.

 +

Yaxşı iş, vəzifə hanı,

Heydərə layiq ola?

Bəlkə verim Naxçıvanı,
Hərləyə bala-bala?

Eyy! Uxx!

 +

Bəxtiyardan məlumat var:

Dayandırıb aclığı.

Başa düşüb ziyanı var,
Cana, başa acığın.
+

Deyirlər ki, həbs edilib,

Yenə Tofiq Yaqublu.

Kəllələyib polisləri,

Koroğludur, Koroğlu!

 +

Dosent Əli  Əliyevsə,
Şuluq salır türmədə.

Deyir “İlham bura gəlsin!”

Heç mən ora gedərəm?…

Eyy! Uxx!

 +

Leyla Laçın dəhlizinə,
Həsr eləyib bir şeir.

Ramiz Rövşən onu yenə,
Azəriyə çevirir.

 +

Qəşş eləyər oxusa xalq,
Və zövq alar estetik.

Əziz millət, vidalaşaq,

Poka, poka, hələlik!

Eyy! Uxx!

 

01.01. 2023 Samara

ÖLKƏM

Kənar qalıb bu ölkə Tanrının nəzərindən,
Səma kitablarına  düşməyib yəqin adı,

Yoxdur ondan xəbəri bəlkə mələklərin də,
Deyəsən ərazidə İblisdir at oynadan.

+

Ölkə də unudubdur varlığını Tanrının,

İblis valisindədir hakimiyyət, ixtiyar.

Əzilən, alçaldılan axıdılsa da qanı,

Ayaqlarına İblis valisinin yıxılar.

+

Poqonlu, dəyənəkli İblis hampazorları,

Sındırır, süründürür, vurur ölümünə də.

İblis valisininsə kefi kökdür, həzz alır,

Üstələyər bəlkə  o, Yozef Menqeleni də.

29.12. 2022, Samara

    “ŞƏHƏRDƏ ƏJDAHA TƏBİƏTİ VAR…”

                       Seyfulla Süleymanlıya

Gəlmisən böyük bir şəhərə, kəndin,

Uzaq olmasa da, qalıb arxada.

Bir neçə milyonun birisən indi,
Hamı hərəkətdə, hər kəs axarda.

 +

Şəhərdə əjdaha təbiəti var,
Səni uda bilər başlı-ayaqlı.

Ya da ki, çeynəyər, gəvələr, atar,
Zədəli, ağrılı, ürəyi dağlı.

 +

Başla yubanmadan  mübarizəni,
Vermə rəqibinə zaman möhləti.

Dolsun enerjiylə əzələlərin,
İrəli addımla əzmli, qəti.

 +

Cəld və amansız ol bank yaran sayaq.
Mənimsə şəhərdə nə varsa yaxşı.

Elmə iti olsun tamahın ancaq,

Biliyin üstünə qırğı tək şığı.

 +

Ata hesabından pul çıxaran tək,
Özününkü elə mədəniyyəti,
Şubert havasıını ciyərinə çək,
Hopdur ürəyinə incəsənəti.

 +

Mahir detektiv tək dolaş şəhəri,
Onun sirləri var özü tək qədim.

Səylə tədqiq elə tikililəri,
Öyrən kərpic qoyan, suvaq çəkən kim.

 +

Ayaq izləri var səkilərində,
Barmaq izləri var divarlarında.

Öyrən bu izlərin sahibi kimdir,

Öyrən tarixini adamların da.

 +

Açıq ol dünyaya, dinlə, bax, oxu,

Nə duysan, anlasan, yaddaşına yığ.

Yaddaşdan qiymətli xəzinə yoxdur,

Yaddaş zəngindirsə — diriyik, sağıq.

 +

Mənimsə şəhəri qarış-qarış sən,
Özününkü elə yaxşı nəyi var.

Gününü qonaq tək əgər keçirsən,

Günlərin bir günü çeynəyib atar —

Şəhərdə əjdaha təbiəti var…

24.12. 2022, Samara

«DÖNÜB YAŞASAYDIM VƏTƏNDƏ ƏGƏR…»

Dönüb yaşasaydım vətəndə əgər,
Özümü, əlbəttə, yığışdırardım.

Saçı və saqqalı nizama çəkər,

Özümü vətənə yaraşdırardım.

 +

Hökmən gödəldərdim dilimi orda,
Özümü lallığa bəlkə qoyardım.

Poqonlu qarşıma çıxarsa harda,
Mil durub mən onu salamlayardım.

 +

Ayı tək yuxuya qışda gedərdim,
Beləcə keçərdi ilin yarısı,
Nə qayğım olardı, nə də ki, dərdim,
Nə dəyənək, nə də yumruq ağrısı.

 +

Soxardım özümü yayda kol-kosa,
Ot yeyər, suyu da içərdim arxdan.

Yaxından keçəndə şübhəli kimsə,
Ürəkdən mələrdim hətta qorxudan.

 +

Yəqin çıxarardım yazmağı yaddan,
Əlifba da yaddan çıxardı yəqin,

Xəta çıxa bilər orda nə yazsan,

Başa ziyanı var mütaliənin.

 +

Hərdən çıxardımsa adam içinə,
Gəzərdin dinməzcə, başıaşağı.

Şükr eləyərdim hər keçən günə,
Təlaşla gözlərdim yenə sabahı.

 +

Səhər açılanda əsərdi canım,
Rəhbərin şəklini görüb divarda.
Başıma  bir neçə qapaz salardım,
Səhər idmanıdır bu guya orda…

 

20.12. 2022, Samara

 

İRADƏNİN XATİRƏSİNƏ

12.11.22

Səni xatırlayıram məktəbli formasında:

Pioner qalstuku, ağ köynək, qara tuman.

Rükzak yoxdu o vaxtlar, hələ əl çantasıydı,,

Qıyğacı yeriyirdin yükün ağırlığından.

 +

Qıyğacı da baxırdın gözünün ustünəcən,
Düşən qətran tək qara tellərin arasından

Gözlərində elə bil yanırdı indiyəcən,

Qalan yaş gilələri ata, qardaş yasından.

 +

Çantanın yükü ancaq əyə bilir yerişi,
Çəkilməyi çətindir ürəyə düşən yükün.

Sanki üstümüzdədir nəsil, tayfa qarğışı,

Təqviminə yazılıb ömrümüzün qara gün.

 +

Oğul faciəsini yaşadın, yoldaşınsa,
Nə eşqiylə yarıtdı, sədaqətiylə nə də.

Gözlərimdə uşaqsan, məktəbli formasında —

Heyf səndən, əzizim! Rəhmət sənə, İradə!

14.12. 2022, Samara

QƏDİM İNGİLİS DASTANI “BEOVULF”UN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏSİ HAQQINDA

İLHAM TAHİROV
 filologiya elmləri doktoru, professor, Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiri
 
Abstract
The article deals with the first poetic translation into Azerbaijani of the Anglo-Saxon epic poem «Beowulf», written in Old English. The language of the poem «Beowulf» is a unique phenomenon, the main feature of which is alliteration. Alliteration is the repetition of identical or homogeneous consonants in a poetic text, giving it a special expressiveness. The distinctive nature of the alliteration in Beowulf made it difficult to translate into other languages. Since the phonetic-rhythmic picture of «Beowulf» is built on stress, it is necessary to pay attention to the syllabic stress in root morphemes. The syllables of Old English root morphemes had different stresses, and the quantitative expression of the stress was determined by the grammatical category of the word. In poetic translations of «Beowulf» into many languages, with the exception of the rhythmic structure of the language and alliteration, which has a semantic function, specific vocabulary, lexical syntactic structure, and expressive syntactic means are conveyed with high artistry. The translation of the epic into Azerbaijani can be considered an examlpe of poetic translation, allowed by the Azerbaijani phonetic-rhythmic structure. Keeping the adequate line number of the original, and finding the correct verse meter, the translator has also succeeded — with the help of means that can be considered successful — in transferring the phonetic-rhythmic structure of the epic, written in tonic meter, its lexical, syntactic, and stylistic features into the target language.
 
 
İLHAM TAHİROV
 
QƏDİM İNGİLİS DASTANI “BEOVULF”UN AZƏRBAYCAN DİLİNƏ
TƏRCÜMƏSİ HAQQINDA
 
XÜLASƏ
 
Məqalədə qədim ingilis dilində yazıya alınmış anqlo—sakson epik poeması “Beovulf”un Azər-
baycan dilinə edilmiş ilk poetik tərcüməsindən bəhs olunur. “Beovulf” poemasının dili unikal hadisə
olub, başlıca xüsusiyyəti alliterasiyadır. Alliterasiya poetik mətndə eyni və ya eynicinsli samitlərin
təkrarlanması ilə ona xüsusi ifadəliliyin verilməsidir. “Beovulf” poemasında alliterasiya fərqli xüsu—
siyyət daşıdığına görə, o, başqa bir dilə tərcümə edilməsi çətin olan poeziya nümunəsi hesab edilir.
“Beovulf”un fonetik-ritmik mənzərəsi vurğuya əsaslandığından kök morfemlərdə heca vur-
ğusuna da diqqət edilməlidir. Qədim ingilis kök morfemlərinin hecaları müxtəlif dərəcədə vurğu da—
şımış və vurğunun kəmiyyəti sözün qrammatik kateqoriyası ilə müəyyənləşmişdir.
“Beovulf”un bir çox dillərə poetik tərcümələrində, dilin ritmik strukturu və semantik funksiya
daşıyan alliterasiya istisna olmaqla, spesifik lüğət tərkibi, leksik-sintaktik strukturla əlaqəli məsələlər,
ekspressiv sintaktik vasitələr yüksək bədiiliklə tərcümə olunmuşdur. Eposun Azərbaycan dilinə tər-
cüməsi dilimizin fonetik-ritmik quruluşunun imkan verdiyi poetik tərcümə nümunəsinə aid edilə bilər.
Tərcüməçi tonik vəzndəyazıya alınmış poemanın fonetik-ritmik strukturunu, onun leksik, sintaktik,
üslubi xüsusiyyətlərini uğurlu sayıla bilən üsul və vasitələrlə tərcümə dilində verməyə nail olmuşdur.
O, originalın adekvat misra sayını saxlaya bilmiş, tərcümənin düzgün vəzn ölçüsünü tapmağa nail
olmuşdur.

Читать далее →

«VƏTƏN ƏSARƏTDƏDİR, AZAD DEYİLSƏ FİKİR…»

12.11.22

Oranın azadlığı,
Buranın azadlığı

Uğrunda qanlar axır,

Al boyayır torpağı.

 +

Əsgər keçir canından,

Vuruşur torpaq üstdə,

Kölədir ancaq insan,
Yurd azad edilsə də!

 +

Torpaq azad eləyən,
Azad söz deyə bilmir.

Əsarətdədir vətən,

Azad deyilsə fikir.

 +

Kim ölür – dəmir medal,

Yardım alır sağ qalan.

Ölü tək diri də lal,

Danışır ancaq paxan.

 +

Can qoyub, əsgər, dünən,
Azad etdin torpağı.

İşlə, çalış bu gündən,
 Sal başını aşağı.

 

10.12. 2022, Samara