HENRİX HEYNE. «ŞAİRƏM, BİR ALMAN ŞAİRİYƏM MƏN…»

Elə ki çıxıram mən səhər erkən,

Evinin yanından yolum düşür həm,
Pəncərə önündə səni görərkən,
Bil ki, sevinc dolur qəlbimə, körpəm.

—

Gözəl qara-qonur gözlərinlə sən,

Sorğuya çəkirsən məni uzaqdan:

“Kimsən, söylə mənə, nə istəyirsən?

Söylə qərib insan, azarlı insan.”

—

“Şairəm, bir alman şairiyəm mən,

Alman torpağında tanınır adım.

Mənim də adımı çəkəcək hökmən,
Böyük şairləri sayan hər adam.

—

Körpəm, ürəyimi üzən ağrıdan,

Bizdə çoxlarında tapılar elə.

Müdhiş ağrılardan danışan insan,
Mənim ağrımı da gətirsin dilə.

almancadan tərcümə

19.07. 2021, Samara

——————————

Wenn ich an deinem Hause
Des Morgens vorübergeh,
So freut’s mich, du liebe Kleine,
Wenn ich dich am Fenster seh.

Читать далее →

HENRİX HEYNE. MƏKTUB

Yox, yazdığın bu məktub,

Məni qorxutmayacaq.
 Mənə sevgin soyuyub,

Uzun yazırsan ancaq.

—

Mətn – on iki vərəq,
Kiçik kitaba oxşar,

Həm də gərəksiz — əgər,

Ayrılmaq qərarı var.

Almancadan tərcümə

19.07. 2021, Samara

Der Brief, den du geschrieben,
Er macht mich gar nicht bang;
Du willst mich nicht mehr lieben,
Aber dein Brief ist lang.

Читать далее →

HENRİX HEYNE. «HƏM KÜTDÜR, HƏM KORDUR BİZİM BU DÜNYA…»

Henrix HEYNE

(1797-1856)

“Lirik intermezzo” silsiləsində

Həm kütdür, həm kordur bizim du dünya,

Kütlüyü, korluğu artır yenə də.

Sənin, gözəl balam, deyir ki, guya,
Yaxşı heç nə yoxdur xasiyyətində.

—

Bu küt və kor dünya, əzizim, səni,

Anlamaz, ömür də keçər beləcə.

Duymur əllərinin incəliyini,
Bilmir öpüşlərin yandırır necə.

almancadan tərcümə

19.07. 2021, Samara

================

Die Welt ist dumm, die Welt ist blind,
Wird täglich abgeschmackter;
Sie spricht von dir, mein schönes Kind,
Du hast keinen guten Charakter.

—

Die Welt ist dumm, die Welt ist blind,
Und dich wird sie immer verkennen;
Sie weiß nicht wie weich deine Arme sind,
Und wie deine Küsse brennen.

GÜLMƏLİ ŞEİRLƏR. SÜLEYMAN RÜSTƏM. «TƏBRİZİM»

Təbriz, Cənubi Azərbaycanın mərkəzi olan qədim şəhər sovet vaxtı Azərbaycanın rəsmi poeziyasının ən gəlirli sahələrindən olub. Ancaq sovet dövründə də, bazar iqtisadiyyatı olmasa da, monopolizim var idi, o cümlədən rəsmi ədəbiyyat sahəsində. Təbrz mövzusu əsasən əslən Cənubi Azərbaycandan olanlara məxsus idi, “demokrat” qardaşlar hər il “ayrılıq” mövzusunda bir-iki kitab çıxardıb çax-çux edir və yaxşı dolanırdılar. Bir şairin təxəllüsü “Tudə” idi, yəni siyasi partiyanın adı. Balaş Azəroğlu, Mədinə Güllgün Təbriz üçün göz yaşı tökə-tökə xalq şeiri adını aldılar. Düzdür Cənubdan olmayanlar da Təbriz bazarına girməyə can atırdılar, məsələn, mərhum Xəlil Rza. Ancaq belələrinə çox məhəl qoymurdular, onların Təbrizdən ötrü tökdüyü göz yaşları yol tapıb partiya rəhbərliyinin qəlbinə axa bilmirdi.

Cənubdan olmayanlardan cəmi bir nəfər cənubluların Təbriz ədəbiyyatı monopoliyasını sarsıdıb və ədəbiyyatda az qala birinci təbrizçi olub, Məmmədhüseyn Cavadzadə birinci uroloq olan kimi. Bu, məsələn,  sallyanlı plastik kütlə generalı Vaqif Axundovun  naxçıvanlıların, ermənistanlıların və kürdlərin içərisində baş çıxarmağı kimidir. Süleyman Rüstəmiun “Təbrizim” şeiri indi də məktəb proqramındadır. Bu günlərdə təzədən oxudum, az qaldım gülməkdən öləm.

 “Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!
”

Burda şəhər bir qadın surəti kimi göz önünə gəlir. Hüsn, yəni ərəbcədən çevirsək, gözəllik kimdə ya nədə olur? – Əlbəttə, qadında!

Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna!

Burda da Təbriz qadındır – Süleyman Rüstəm qolunu kişinin boynuna salmaz ki…Şair deyir ki, “qoymaram yadlar girsin qoynuna”. Necə qoymarsan? Əgər Təbriz fars idarəsindədirsə? Yox, mənə başa salın ki, necə qoymur? Yadlar çoxdan Təbrizin qoynundadır, bu da deyir “qolumu salım boynuna”…

Vallah, bu, pozğunluğa oxşayır…

“Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə…”

Yadınızda yaxşı saxlayın: burda şəhər həm qadın, həm də kişi kimi təsəvvür edilə bilər. Şəhər-adam öz bağından dərdiyi güllə çıxıb şairin, yəni özünə “inqilab oğlu inqilab” deyən Süleyman Rüstəmin qabağına.

Bir neçə bənd sonra şair deyir:

“Başına gül-çiçək səpim, Təbrizim”.

Hansı gül-çiçəyi? Bir az əvvəl şəhərin öz bağından dərib ona verdiyini?

Burda mənim yadıma… Yox, Leyli-Məcnun əhvalatı tox, Salyan cavanlarının sədərəkli bandit Tahir Kərimlinin başına gül səpməyi düşür…

Salyanım, Salyanım, gözəl Salyanım…

Haşiyə çıxaraq deyim ki, Xəlil Rza müstəsna olmaqla Təbrizdən ötrü dallarını cıran şairlər Salyana, Hacıqabula şeir yazmırdılar. Salyana, Hacıqabula hökumət pul vermirdi…

Qayıdaq cəfəng “Təbrizim”şeirinə.

“Nə qəşəngdir yol boyunca söyüdlər…”

Mən yazıq ədəbiyyat müəllimini gözümün qabağına gətirmək istəyirəm. Bu misranı şagirdlərə necə izah edir? Niyə Təbrizin söyüdləri qəşəngdir? Təbriz söyüdləri Salyan söyüdlərindən fərqlənir? Vallah, nə ədəbiyyat müəllimi… Azərbaycanda onlarla şarlatan ədəbiyyatçı elə bu şeiri tərifləyə-tərifləyə professor olub, arvad-uşaq dolandrlb. Hələ tələbələrdən alıdlqları rüşvətləri demirəm…

“Söyüdlərin kölgəsində igidlər…”

Təsəvvür edirsiniz? Təbrizdə söyüdlərin kölgəsində igidlər… Yatışıblar? Salyanda söyüdlərin kölgəsində qoyunlar baş-başa verib yatardılar…

Yox, igidlər yatmayıblar!

“Babalardan dinləyirlər öyüdlər…”

Bildiniz? Burda babalar dərs keçirmişlər. Qoyunlar qalıb al günün altında, dillərini çıxarıb nəhləyirlər,  kölgəliyi babalar tutub igidlərə öyüd verirlər…

Hə, maraqlıdır, öyüd almış gənclər neyləyirlər? Bu sualın da cavabı var:
“Coşur damarlarda qanı, Təbrizim..”

Allah, sən saxla! Yaxşı ki, Salyanda söyüd kölgəsində igidlərə öyüd vermək ənənəsi yoxdur. Yoxsa bıçaq soxulmamış qarın qalmazdı…

“Ağlasan ağlaram,gülsən, gülərəm…”

Burda Təbrizin hansı xırda bir cizgisi görünür?

“Varımı səninlə yarı bğölərəm…”

Gəlirinə görə sovet milyonçusu olmuş Süleyman Rüstəmin kiməsə beş manat verdiyini eşitməmişəm. Təbrizə o, var verərdi? Təbrizlə spekulyasiya edə-edə bir ətək pul qazanıb…

“Nədir o mənalı dərin baxışlar?”

Şair bu baxışları nədə görür? Bunu İmişli haqqında da demək olar, Kasıb İsmayılov… pardon, Goranboy haqqında da . Bu cəfəng şeirdə Təbriz yoxdur – yoxdur onun relyefi, arxitekturası, dili, ləhcəsi…

“Vətəninə qurban, elinə qurban!…”

Rustam bek nə yazdığının fərqinə varmır, çünki oxucusunu lox, yəni hərif sayır. Necə yəni “vətəninə” qurban? Şəhər özü yer deyil, vətən, el deyil? Vətənin vətəninə qurban?

Yazıq uşaqlar! Yazıq Azərbaycan uşaqları! Prezidentin öz ailəsi bu cəfəngiyyatı oxumur, onlar urusu, ingilisi oxuyurlar. Azərbaycan uşaqlarının qabağlna isə atırlar  sovet lotularının bu cəfəngiyyatını…

“Girim qoynuna…

Salım boynuna…”

Rəzalət!

05.07. 2021, Samara

TƏKİN SÜFRƏSİ

Kec ya məzə deyil süfrəsi təkin,

Mükəlləfiyyətdir boynuna düşən.

Tikə boğazından sovuşur çətin,
Dadı duyulmadan yeyilir bişən.

—

Neçə göz  izləyir onu elə bil,

Görürlər çənəsi necə işləyir,

Görürlər hülqumu əsir, tərpənir,

Sayılır ağzında bəlkə dişləri.

—

Quş payı olsa da qabağındakı,

Ona elə gəlir yeyir mal kimi,
Tıxır, gövşəmir də, içəri basır,

Ötürür diliylə ya da yal kimi.

—

Hərdən elə gəlir süfrəsindəki,

Oğurluq matahdır, haramdır yəqin,

Ağzından yetimin tikəni çəkib,

Ya da çantasından yatan əsgərin.

—

Görüünr gözünə bəzən anası,
Bəzən atası da baxır dumandan.

Qalıb boğazında boğur tikəsi,

Borcludur onlara boğazınacan.

—

Qardaşı, bacısı yığılıb gələr,
Süfrəyə baxmazlar, ona baxarlar.

Eə bil deyərlər “yeyirsən hələ,

Tamamla, qabaqda səyahətin var…”

—

Ölümə məhkuma edam qabağı,
Açılan süfrədir təkin süfrəsi,
Hamının axırı eynidir axı,
Qurulub həngamə, yeyən tələsir…

—

Dadı duyulmadan yeyilir bişən,
Nə şoruna baxır, nə də şitinə.

Yeyib şükr deyir Tanrıya bəzən — 
Bəlkə işgəncəni bitirdiyinə…

24. 06. 2021, Samara

AYAĞIM

Sözümə baxmır daha.

Dönük çıxdı ayağım.

Pis uşaqdır, ağlağan,
Mən də onun dustağı.

—

Ağrıyır yeriyəndə.

Ağrıyır dayananda.

Əcəb gedirəm əldən,
Bir ayağın hayında.

—

Həvəs nədənsə gedib,

Oxuyam ya da yazam.
Qoymur ayaq şoğərib,
Əlim cibimdə gəzəm.

—

Otaq dustağı olsam.

Maraqlısı öndədir,

Tapılmaz ki, bir adam,
Bazarlığa göndərim.

—

Pəncərə dumanından,

Baxaram nə görünsə,

Tanış gələr hər adam,

Sevinərəm hər səsə.

—

Baxaram səhər, axşam,
Baxaram bütün gecə.

Üzülüncə baxaram,

Gözlərim yumulunca.

—

Yavaş-yavaş üzülüb,
Ürək də tapar azar.

Ritualçılar gəlib,
Tabutda çıxararlar.

06.06. 21, Samara

XALOĞLUM HƏSƏN ÜÇÜN BAYATILAR

Həsən, gəl ay Həsən, gəl,

Qulaq, burun kəsən, gəl.

Topunu Salyanda qoy,
Elə tüfənglə sən gəl!

—

Həsən, gəl, ay Həsən, gəl,
Oğul-uşaq basan, gəl.

Neçə xanım ağlaşır,
Deyir “Qasan, Qasan, gəl!”

—

Həsən, gəl, ay Həsən, gəl,
Burda var nə desən, gəl.

Araq gedir yağ kimi,
Olsa yaxşı içən, gəl!

—

Həsən, gəl, ay Həsən, gəl,
Min cavana dəyən, gəl,
Bir xanım sənə peşkəş
Kəniz də, istəsən, gəl!

—

Həsən, gəl, ay Həsən, gəl,
Hər iş qoşub düzən, gəl!

Rusiyətdə, İranda

Yeyib-içib gəzən, gəl!

—

Həsən, gəl, ay Həsən, gəl,
Yaxşı geyin, bəzən gəl.

Təki can sulu olsun,

Demə qocalmısan, gəl!

—

Saç ağarıb, üz qara,
Min qatara, gəl bura.

Başım, gözüm ağrıyır,
Apar mənu doxdura…

23.05. 2021, Samara

RAMİZ RÖVŞƏN: “QOŞUN GETDİ QARABAĞA, KASIBI VERDİK QABAĞA…”

Mən nə edim, nə qayırım?-

Ayağım, əlim darıxır.

Qaydasındadır bayırım,
Nədənsə çölüm darıxır.

—

Mən şairəşşüarayam,
Qızıldan olsun sarayım!

Yazım, cızmaqaralayım,
Yazmasam, elim darıxır.

—

Sevir məni prezident
İlbəil verir prezent.

Verərdi Qarabağda kənd –

Həkim, müəllim darıxır.

—

Bir ev verdi, dedim azdı,

Bir fərman da imzaladı.

Üçüncü də pis olmazdı,
Əhli-əyalım darııxır.

—

Mindən çox oduma yanan,
İşvə satan, mamlımatan.

Hər saatda mesaj atan

Neçə sevgilim darıxır.

—

Qoşun getdi Qarabağa,

Kasıbı verdik qabağa.

Mənsə restorana, bağa,

Getməsəm yolum darıxır.

—

Lotularıq, manıslarıq,
Qaçıb küncə qısılarıq.

Ölüm sevir kasıbları,
Kasıbçın ölüm darıxır…

20. 05. 2021, Samara

ZAMANIN SUALI: RAMİZ RÖVŞƏNİN ƏLİ NİYƏ DARIXIR?

RAMİZ RÖVŞƏN: «SÖYÜN, SÖYÜN MƏN AXMAĞI…»

Söyün, söyün mən axmağı,
Yumadım niyə qartmağı,
Niyə tutmadım dırnağı —
Deşir, qanadır ovcumu,

Qaçırdır şirin yuxumu,
Gəlin açın yumruğumu!

—

Bir Qubadlı balasıydım,
Gedib aşıq olasıydım.

Dınqıl-dınqıl çalasıydım,
Yaxşı şabaş alasıydım,
Necə çalım — əl yumulu,
Gəlin açın yumruğumu.

—

İndi necə maşın sürüm,
Yarı necə gedib görüm?

Yazıq-yazıq yolda durum?

Quş olub it kimi hürüm?

Bəlkə qaçım, götürülüm? –

Gəlin açın yumruğumu!

—

Hardadır bu gül balalar,

Hamısı birdən oldu kar!

Gətirin on beşlik açar –

Ovcum içində orden var!

Ovcum içində order var!

Gəlin açın yumruğumu!

17. 05. 21, Samara