ANNA AXMATOVA. “MƏNİM MƏKTUBUMU ƏZMƏ, ƏZİZİM…”

 

Anna_Ahmatova.jpg

Ты письмо мое, милый, не комкай…

 

Mənim məktubumu əzmə, əzizim,

Oxu axıracan, dostum, oxu sən.

Sənə yad olmaqdan mən daha bezdim,
Bezdim ki, naməlum, tanınmazam mən.

 

 

 

Baxma qaşqabaqlı, qəzəblə qızma,
Sənin sevimlinəm, səninəm axı.

Mən nə kraliça, nə çoban qızam,
İndi rahibə də deyiləm daha.

 

 

 

Görürsən gündəlik, sadə dondayam,

Dabanı yeyilib ayaqqabımın…

Ağuşsa yenə də canı odlayan,

İri gözlərimdə qorxusa həmin.

 

 

 

Mənim məktubumu, əzmə, əzizim,
Səni ağlatmasın müqəddəs yalan.

Məktubu həmişə özünlə gəzdir,

Əzizlə, torbanda saxla hər zaman.

 

1912

Ruscadan tərcümə

27. 07. 2019, Samara

 

 

Ты письмо мое, милый, не комкай.

До конца его, друг, прочти.

Надоело мне быть незнакомкой,

Быть чужой на твоем пути.

 

Не гляди так, не хмурься гневно,

Я любимая, я твоя.

Не пастушка, не королевна

И уже не монашенка я —

 

 

В этом сером, будничном платье,

На стоптанных каблуках…

Но, как прежде, жгуче объятье,

Тот же страх в огромных глазах.

 

 

Ты письмо мое, милый, не комкай,

Не плачь о заветной лжи,

Ты его в твоей бедной котомке

На самое дно положи.

 

1912

GEORGİ İVANOV. “DÜNYA SOYUĞUDUR SƏNİ ÜŞÜDƏN…”

georgii-ivanov

Холодно бродить по свету…

 

Dünya soyuğudur səni üşüdən,
Tabutda bundan da soyuqdur amma.

Saxla yadda bunu, saxla həmişə,

Nahaq taleyini sən yamanlama.

 

 

Hələ də Bloku sən oxuyursan,
Hələ də gözlərin pəncərədədir.

Hələ bilmirsən ki, vaxt çatar haçan,
Heç nədə, heç kimdə  indi yox aman,

Hər şey birdəfəlik məhv olub gedir.

 

Kim nə deyə bilər —  həyat gözəldir,
Ölümsə dəhşətdir, bunu bilirik.

Ölüm eybəcərdir, ölüm rəzildir,

Ancaq hamısının qiyməti qəpik.

 

 

Saxla saxla bunu yadında möhkəm

— Bircə damla həyat, işıq bir azca,

“Donna Anna! Anna! Yox ancaq cavab,

Anna, Anna! Batıb sükuta aləm».

 

Ruscadan tərcümə

23. 07. 2019, Samara

 

 

 

Холодно бродить по свету,

Холодней лежать в гробу.

Помни это, помни это,

Не кляни свою судьбу.

 

 

 

Ты еще читаешь Блока,

Ты еще глядишь в окно,

Ты еще не знаешь срока —

Все неясно, все жестоко,

Все навек обречено.

 

 

И конечно, жизнь прекрасна,

И конечно, смерть страшна,

Отвратительна, ужасна,

Но всему одна цена.

 

 

Помни это, помни это

— Каплю жизни, каплю света…

 

«Донна Анна! Нет ответа.

Анна, Анна! Тишина».

DƏNİZ VAR, YOX DƏNİZ TARİXİM ANCAQ…

Qədim ingilisin “qağayı yolu”
Dediyi yollardır dəniz yolları,
Şərəfə çatdıran bu yollar olub,
Bir vaxt ispanları, portuqalları.

+

Gəmi qayırıblar xırda və iri,
Beləcə yaranıb donanma sonra,
Kəşf, fəth ediblər materikləri,
Qırmızı qan axıb mavi sulara.

+

Sularda ordular üz-üzə gəlib,
Yenilən də olub, zəfər çalan da.

Sulara tarixlər yaızlıb, qalıb,

Silinən də deyil, unudulan da.

+

Dəniz xalqı deyil mənimsə xalqım,
Dəniz var, yox dəniz tarixim ancaq.

Qayıqlar içində mənim qayığım,
Üzməyib, üstündə yellənə bayraq.

+

Dəniz şücaəti dadmayan insan! —
İndi qırağında girincdir yazıq.

Qamarlayır, tutur, salır hasara,
Sahili gözünə təpə az qalır.

+

Dənizə girməyib dədə-babası,
Nə qılınc oynadıb, top atıb nə də.

Nə şərəf, nə qeyrət — parası varsa,

Satar dənizi də, yağı gələndə.

+

Dəniz də yarı göl, yarı dənizdir,

Ayrılıb dünyanın okeanından.

Ayrıyıq dünyadan biz özümüz də —
Harda var dənizi hasara alan?

+

Bəlkə cəhalətdən, bəlkə tamahdan,
Kim bilir, soydaşım mənim bir zaman,

Bənd vurub Xəzərin qabağına da,

Ayırıb dünyanın okeanından…

25. 07. 2019

Samara

ANNA AXMATOVA. “SİZ QALIN, YAŞAYIN, MƏN GEDƏRİYƏM…”

AKHMATOVA

Вам жить,  а мне не очень…

 

Siz qalın, yaşayın, mən gedəriyəm,

Döngə qabaqdadır, yaxındır indi.

Gözəgörünməzdə hesab, deyirəm,

Necə də dəqiqdir, necə də ciddi.

 

 

 

Cürbəcür vurulur vəhşi hər heyvan,
Gərək hər birinin növbəsi çata.

Seçilir ov vaxtı fəsilnən, aynan,
İl boyu vururlar canavarısa.

 

 

 

Azad yaşamağı sevir canavar,
Hesab tez çəkilir onunla ancaq,

Meşədə vurular, çöldə vurular,
Ovçu il uzunu gəzər dalınca.

 

Ah, mənim yeganə dostum, ağlama,
Yayın oğlan çağı, qış günü ya da,
Qurdlar oylağından qulaqlarına
Yenə mənim səsim gəlib çatanda.

1959

Ruscadan tərcümə

24.07. 2019, Samara

 

Вам жить, а мне не очень,
Тот близок поворот.
О, как он строг и точен,
Незримого расчёт.

 

Зверей стреляют разно,
Есть каждому черёд
Весьма разнообразный,
Но волка — круглый год.

Волк любит жить на воле,
Но с волком скор расчёт:
На льду, в лесу и в поле
Бьют волка круглый год.

 

Не плачь, о друг единый,
Коль летом иль зимой
Опять с тропы волчиной
Услышишь голос мой.

 

<1959>

GEORGİ İVANOV. “YUXUM NƏSƏ QAÇIB…”

georgii-ivanov

Не спится мне. Зажечь свечу?

 

Yuxum nəsə qaçıb. Yandırımmı şam?

Kibrit yox ancaq.

Bütün dünya susur, mən də susuram,

Aya baxaraq.

 

 

Düşünürəm: indi nə qədər insan,
Belə sükutda,
Gözünü bu sakit və buludsuz an,
Aya dikibdir.

 

 

Belə dolanmaqdan göyün üzünü,,
Bəlkə ay bezər —

Həmin pəncərələr, onu izləyən,
Həminki gözlər.

 

 

 

Ya yüz il qabağa, dala ya yüz il,
Dünyamız həmin —

İt hürür və gözü pəncərədədir,
Xəyalpərvərin.

 

Ruscadan tərcümə

22-23. 07. 2019, Samara

 

 

Не спится мне.  Зажечь свечу?

Да только спичек нет.

Весь мир молчит, и я молчу,

Гляжу на лунный свет. Читать далее

CORC BAYRON. GƏNC LEDİNİN ÖLÜMÜNƏ

Byron_1813_by_Phillips

Müəllifin əzizi olmuş kuzeninə
On The Death Of A Young Lady

 

İndi küləklər yatıb, düşüb axşam toranı,

Bir yarpaq da titrəmir bütün pöhrəlik içrə.

Marqaretin qəbrinə yenə də qayıdıram,
Sevimli torpaq üstə düzürəm çiçəkləri.

 

 

 

Bu dar hücrə içində yatır onun qubarı,
Həyat coşub daşırdı bu qubarda haçansa.

Qənimət tək apardı Onu Dəhşət Kralı,

Onu qurtara bildi nə gözəllik, nə ad-san.

 

 

Ah, Dəhşət Kralında olsaydı əgər insaf,
Döndərə bilsəydilər tale hökmünü göylər,

Göz yaşı tökərdimi qəlbi yaralı insan,
Onun dəyərlərini sadalayaraq məgər?

 
Fəqət niyə ağlamaq? İndi onun ruhu var
Dünyanın cəlalını yaradan bu işıqda

Mələklər onu cənnət mənzilinə aparar

Sonsuz məzəylə orda veriləcək haqqı da.

 

 

 

Və məğrur ölərilər Göyü indi qınaya,

Taleyə qarğış deyə, başını itirib ya?

Siz ey fəna cəhdlər, mənə yaxın durmayın,

İtaətdən çıxmaram mən heç zaman Tanrıya.

 

 

 

Xatirəsi əzizdir nəcibliyinin hərçənd,
Onun gözəl çöhrəsi hərçənd gözüm önündə.

Gözlərimdən yaş axır onu düşündüyüm dəm,
Qalır adı, sevgisi ürəyimdə indi də.

 

1800

İngiliscədən tərcümə

20-22.07. 2019, Samara

 

On The Death Of A Young Lady

 

Cousin to the Author, and very dear to him

Hush’d are the winds, and still the evening gloom,
Not e’en a zephyr wanders through the grove,
Whilst I return, to view my Margaret’s tomb,
And scatter flowers on the dust I love.
Within this narrow cell reclines her clay,
That clay, where once such animation beam’d;
The King of Terrors seized her as his prey,
Not worth nor beauty have her life redeem’d.

 

Oh! could that King of Terrors pity feel,
Or heaven reverse the dread decree of fate,
Not here the mourner would his grief reveal,
Not here the muse her virtues would relate. 
But wherefore weep? Her matchless spirit soars
Beyond where splendid shines the orb of day;
And weeping angels lead her to those bowers
Where endless pleasures virtuous deeds repay.

 
And shall presumptuous mortals Heaven arraign,
And, madly, godlike Providence accuse?
Ah! no, far fly from me attempts so vain;—
I’ll ne’er submission to my God refuse.

 
Yet is remembrance of those virtues dear,
Yet fresh the memory of that beauteous face;
Still they call forth my warm affection’s tear,
Still in my heart retain their wonted place. 

GEORGİ İVANOV. “YOXDUR RUSİYADA ƏZİZ MƏZAR DA…”

georgii-ivanov

Нет в России даже дорогих могил…

Yoxdur Rusiyada əziz məzar da,
Bəlkə əvvəl oub –deyil yadımda.

 

Yox daha Peterburq, Kiyev, Moskva,
İndi yaddan çıxıb, olsa da bir vaxt.

 

Sərhəd də bilmirəm, dəniz də, çay da,

Rus adamı qalıb bilirəm, orda.

 

Ağılca o, rusdur,  rusdur ürəkcə,
Mən onu anlaram, əgər görüşsək

 

Yarımca kəlmədən…elə o andan,
Onun ölkəsi də çıxar dumandan.
1923

ruscadan tərcümə

21.07. 2019, Samara

 

Нет в России даже дорогих могил,
Может быть и были — только я забыл.

Нету Петербурга, Киева, Москвы —
Может быть и были, да забыл, увы.

Ни границ не знаю, ни морей, ни рек,
Знаю — там остался русский человек.

 
Русский он по сердцу, русский по уму,
Если я с ним встречусь, я его пойму.

Сразу, с полуслова… И тогда начну
Различать в тумане и его страну.

 

CORC BAYRON. QADINA

Byron_1813_by_Phillips

To Woman

Qadın! Təcrübəmdən yaxşı bilirəm,
Vurğunun olacaq səni hər görən.

Təcrübə, şübhəsiz, deyə bilərdi,
Ciddi vədlərin də sənin heçnədir.
Cilvələnən kimi ancaq önümdə,
Valehəm, heyranam sənə yenə də.

Ah, yaddaş! Seçdiyin xoş anlar idi,
Qəlbdə ümid, canda nəşə var idi.

Səni lənətlədi sevənlərin də,
Ehtiras sönəndə, ümid öləndə.

Qadın! Özü gözəl, sözləri yalan,
Yüksəlir nəbzimiz ilk görən zaman,

Mavi dərinlikdə gözü anbaan,

Köz kimi qızarır, qonur qaş altda,

Atır şüaları ox kimi ya da!

Tezcə inanırıq necə hər anda,
Aldadır vədlərlə bizi qadın da!

Deyirik deyilən əbədilikdir,

Fəqət dəyişməyi bircə gün çəkir.
Ölməz həqiqətdir bu məsəl: “Qadın,
Qumlara cızılan yazıdır andın”.

 

İngiliscədən tərcümə

19-20.07. 2019, Samara

 

QEYD: Sonuncu misra, Bayronun öz qeydinə görə, ispan atalar sözünün tərcüməsidir.

 

To Woman

Woman! experience might have told me,
That all must love thee who behold thee:
Surely experience might have taught
Thy firmest promises are nought:
But, placed in all thy charms before me,
All I forget, but to adore thee.
Oh memory! Thou choicest blessing
When join’d with hope, when still possessing;
But how much cursed by every lover
When hope is fled and passion’s over.
Woman, that fair and fond deceiver,
How throbs the pulse when first we view
The eye that rolls in glossy blue,
Or sparkles black, or mildly throws
A beam from under hazel brows!
How quick we credit every oath,
And hear her plight the willing troth!
Fondly we hope’t will last for aye,
When, lo! she changes in a day.
This record will for ever stand,
‘Woman, thy vows are traced in sand.’

CORC BAYRON. GÖRDÜM AĞLAYIRSAN

Byron_1813_by_Phillips

I Saw Thee Weep

 

Gördüm ağlayırsan – iri və parlaq
Gilə yuvarlandı mavi gözündən.
Dedim bənövşədən sanki qoparaq,

Düşən şeh damlası axır üzündən.

 

 

 

Səni gülən gördüm – sənin yanında,
Yaqutun işığı itdi elə bil.

Sənin gözlərində, yanaqlarında,
Yanan şölələrə axı tay deyil.

 

 

Necə ki, buludlar günəşdən alar,
Dərin və ürəyə məlhəm olan rəng.

Bir anda səmadan qovular onlar,
Axşam yetişəndə kölgə düşən tək.

 

 
Fərəhsiz və yasa batan ruha da,

Axıb  gülüşlərdən saf sevinc gələr.

Onların şəfəqi qalar arxada,
Alov tək ürəyi işıq çilənər.

 

İngiliscəsən tərcümə

18-19. 07. 2019

Samara

 

 

I Saw Thee Weep

 

I saw thee weep—the big bright tear
Came o’er that eye of blue;
And then methought it did appear
A violet dropping dew:

 

I saw thee smile—the sapphire’s blaze
Beside thee ceased to shine;
It could not match the living rays
That filled that glance of thine.

 

 
As clouds from yonder sun receive
A deep and mellow dye,
Which scarce the shade of coming eve
Can banish from the sky,

 

 

Those smiles unto the moodiest mind
Their own pure joy impart;
Their sunshine leaves a glow behind
That lightens o’er the heart. 

CORC BAYRON. QƏLBİM QARANLIQDIR

Byron_1813_by_Phillips
My Soul Is Dark

 

Qəlbim qaranlıqdır –arfanı, tələs,

Köklə, dinləməyə hələ həvəs var.

Zərif  barmaqlarla simlər üstdə gəz,

Oxşasın ruhumu incə havalar.

Əgər bu ürəkdə ümid sönməsə,
Onu valeh edər bu səslər yenə.
Əgər bu gözlərdə yaş tükənməsə,
Axar və od qoymaz daha beynimə.

 

 

 

Nəğmə coşqun olsun, həm də ki, dərin,
Qoyma notlarından sevinc yüksələ.
Könlümdən ağlamaq keçir, müğənni,
Ürək elə dolub, partlaya bilər.

Dayısi əzəldən çünki qüssədir,

Yuxusuz sükutda göynər ağrıdan.

Bəlanın ağırı indi üz verir,
Nəğməylə yenilər, çatlayar ya da.

 

İngiliscədən tərcümə

17-18.07. 2019

Samara

 
My Soul Is Dark

My soul is dark — Oh! quickly string 
The harp I yet can brook to hear; 
And let thy gentle fingers fling 
Its melting murmurs o’er mine ear. 
If in this heart a hope be dear, 
That sound shall charm it forth again: 
If in these eyes there lurk a tear, 
‘Twill flow, and cease to burn my brain.  Читать далее