Архив тегов | Davudun oğlu Süleyman

HENRİX HEYNE. DAVUD ŞAH

Despot təbəssümlə gedir həyatdan,
Bilir onun sonu yetişən zaman,
Yenə hampazorluq davam edəcək,
Köləlik qalacaq həmişəki tək.

—

Ah, yazıq insanlar!! At, öküz sayaq,

Arabaya bağlı yaşarlar ancaq.

Çıxmaq istəsə kim boyunduruqdan,

Boynu zavallının sınacaq o an.

—

Belə söylədi şah Davud ölərkən

Oğlu Süleymana: yeri gəlibkən,

Bir generalımı sənə indi mən,

Yoabı isrərəm tövsiyə edəm.

—

Bu general Yoab, bu cəsur insan,

Başağrısı olub mənə nə vaxtdan.

Cürət eləmədim işlədərək fənd,
Aradan götürüm mən onu hərçənd.

—

Ey, oğul, ey fəzil və mömin cavan,

Qüvvədə möhtəşəm, həm ağıllısan.

Yəqin asanlıqla gələr əlindən:

Gərək bu Yoabı öldürəsən sən.

almancadan tərcümə

13.01. 2022, Samara

==========

HEİNRİCH HEYNE

Romanzero (König David)

Lächelnd scheidet der Despot,
denn er weiß, nach seinem Tod
wechselt Willkür nur die Hände,
und die Knechtschaft hat kein Ende.
Читать далее →