Архив тегов | gürcülər və azərbaycanlılar

MÜSƏLMAN BİZ VƏ XRİSTİAN GÜRCÜLƏR: KİMİN GÜNÜ DAHA XOŞ KEÇİR?

Şekspirin eyni adlı faciəsinin qəhrəmanı Hamlet deyir: «…for there is nothing either good or bad, but thinking makes it so» Yəni, ya yaxşı, ya pis olan heç nə yoxdur, hər şeyi yaxşı ya pis edən bizim fikrimizdir, bizim verdiyimiz qiymətdir.

Son on gün ərzində fövqəladə fəallıq göstərən islamçıların spikerləri hicabdan istifadə edərək əslində İslam təbliğatı, daha doğrusu, reklam kampaniyası aparırlar. Kalssik İslam reklam, təbliğat, təşviqat tanımayıb. Ərəblər bizim ulu babalarımızın üstünə qılıncla gəliblər və onlara seçim şansı verməyiblər. İndiki islamçıların silaha sarılmaq potensialı yoxdur, hələ azdırlar, üstəlik ən zirəkləri, döyüşkənləri, radikalları zərərsizləşdiriliblər. Ona görə islamçılar onların özlərinin yox, yəhudilərin, xristianların, çinlilərin yaratdığı imkanlardan istifadə edərək, yəni İnternet və İnternetdəki sosial şəbəkələrdə səfərbər olaraq futbolun “ən yaxşı müdafiə hücumdur” prinsipindən istifadə edir, hicabın məziyyətlərini təbliğ edərək tərəfdarlarının sayını artırmağa çalışırlar. Yəni sadə desək, kişili-arvadlı İslam təbliğatçıları əhalinin dindən uzaq olan hissəsini inandırmağa çalışırlar ki, yalnız müsəlman həyatı yaşayan insan əsl xoşbəxtliyin nə olduğunu bilər.

Şekspirin dediyi kimi, hər şeyin müqayisədə tanındığı fikrini rəhbər tutsaq, islamçıların bi iddiasının doğru ya yalan olduğunu asanlıqla üzə çıxararıq.

Gəlin Cənubi Qafqazın üç böyük xalqını müqayisə edək. Yox, erməniləri çıxaq ki, artıq-əskik danışılmasın. Götürək gürcüləri və özümüzü. Əvvəl elə bugunkü günümüzü tutuşduraq. Bu iki xalqdan hansı yaxşı yaşayır? Gürcüstanın sərhədləri bağlıdır? Yox. Gürcüstanda siyasətçilər (Saakaşvilini çıxaq, o, ölkə sərhədini qanunsuz keçib, onu qarşı başqa ittihamlar da var) tutulurlar? Yox. Jurnalistlər, xüsusən qadın jurnalistlər, Gürcüstanda şərlənib uzunmüddətli həbs cəzası alırıar? Yox!

Bir az geriyə, sövet dövrünə dönək. Götürək kino və teatrı. Gürcü filmləri bütün SSRİ-də sevilib. Gürcüstanın iki dram teatrı əlli-altmış il bundan qabaq bütün Avropada tamaşalar verirdilər və həmişə anşlaq olurdu. Amerika baletinin yaradıcısı kimdir? Gürcü Balançin! Gürcü Tsiskaridze və Ananiaşvili uzun illər Bolşoy teatrın əsas rəqqasları olublar, Tsiskaridze indi balet akademiyasının rektorudur.

Gürcü mənşəli çoxlu həkim Moskvada, Peterburqda adçıxarı. Təkcə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Leo Bokeriyanın xatırlamaq kifayətdir.

Bəs idman? Tbilisinin “Dinamo” komandası nəinki SSRİ çempionu olub, bu komanda Avropa kubokunu da qazanıb. Bakının “Neftçi” komandasında yalnız ruslar və ermənilər oynayan vaxtlar “Dinamo”da oynayanların hamısı yalnız gürcülər idilər, tək-tük abxaz ya oseitin də olurdu ki, onlar da yerli xalqların nümayəndələri idilər. Gürcülər sövet dövründə güləş üzrə dönə-dönə dünya və olimpiya çempionu olublar. Rusiyanın güləş üzr yığmasına indi də olimpiya çempionu Mixail Mamiaşvili başçılıq edir. Gürcüstanda, iqtisadi çətinliklərə baxmayaraq, indi də yaxşı futbolçular yetişirlər. Kvaratsxeliya Qızıl topa əsas namizədlərdən biridir. Avropanın top çempionatlarında daha bir neçə gürcü oynayır – Liverpulda, Vilyarealda.

Xristianlıq gürcülərə həm də o üstünlüyü verib ki, onlar xristianlığı qəbul edəndə İncil onların dilinə tərcümə olunub. Bu o deməkdir ki, əhali elliklə savadlanır və nə oxuduğunu başa düşür. Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər əhalinin böyük əksəryyəti savadsız olub, savadlı olanlar da yalnız Quranı oxuya biliblər və bə oxuduqlarını da başa düşməyiblər. Ona görə bizdə yasini pulla oxutmaq ənənəsi yaranıb…

Gürcülər Rusiyanın tərkibinə girəndən sonra uşaqlarını onun ali məktəblərində oxudublar, çoxlu gürcü rus ordusunda yüksək rütbələr qazanıb. General Baqration Napoleona qarşı döyüşlərdə ən çox fərqlənmiş generallardan biridir.

Saymaqla qurtarmaz…

Bizə deyirlər az müsəlmanıq, gərək çox müsəlman olaq. Müsəlmanlığımız zəifdir, gərək gücləndirək ki, işlərimiz düzəlsin.

Düzəlməz. İşlərimiz düzəlsəydi, bu on üç-on dörd əsr ərzində düzələrdi. Əgər xoşbəxtlik istəyiriksə, onu İslamda axtarmağa dəyməz. İslam xoşbəxtliyi, sadə desək, kefi bizə o dünyada, cənnətdə vəd edir. Bu dünyada biz ancaq ibadət eləməliyik. Şiələr isə ilin yarısını imamlara yas tutmalıdır. İslamın bayramı yoxdur. Ən əziz bayramımız bizə atəşpərəstlikdən qalıb. İslamın bayramı Qurbandır ki, bu da bayramdan çox hərbi təlimə, baş kəsmək, qan axıtmaq təliminə bənzəyir…

Beş-altı gürcü bir yerə yığılanda yaxşı yeyir, öz əlləri ilə yetirdikləri üzüm şərabından içir və başlayırlar oxumağa — gürcülərin polifonik, yəni çoxsəsli xoru dünyada məşhurdur. Bizdə beş-altı kişi yığılanda hicabdan, qüslü necə almaqdan, amerikalıların ağamız Xamaneini necə öldürməyindən danışırlar…

İslam bizə şərab içməyi qadağan edib. Bizim içməyən kişilərimiz tiryəkçi olublar, anaşa çəkiblər. Gürcülər isə öz üzümlərinin çaxırını içib şənləniblər, oxuyublar…

Hicabsız gürcü arvadları gələcək rejissorlar, aktyorlar, müğənnilər, futbolçular doğurlar. Hicabsızları qoyaq bir qırağa, niyə bir hicablı azərbaycanlı arvad Xviça kimi futbolçu doğa bilmir?

İndi deyəcəyim sözdən heç kim inciməsin, çünki özüm lap eybəcərəm. Məktəblilərin şəkillərini görürəm İnternetdə, məyus oluram — nə qədər eybəcər uşaq var! Niyə belədəir? Qadınların ağır iş görməyindən? Pis qidalanmaqdan? Suyun, torpağın zəhərli olmağından? Qohumlararası nikahlardan?

İndi gürcü uşaqlarına baxın…

Gürcülərin nefti, qazı yoxdur, ona görə Qarabağ, Sabah kimi feyk komandalar yarada bilmirlər. Ancaq yeni-yeni gürcü futbolçuları yetişir, çünki gürcülər azad xalqdır, onlara oğru idman məmurları rəhbərlik eləmirlər. Bizdə idman iqisadi, maliyə fırıldaqları zonasıdır. Alırlar, verirlər. Hamısı da müsəlman.

Soruşuram: niyə müsəlmanlıqla rüşvətxorluq, oğurluq, əyrilik, atmaqlıq bir araya sığır? Niyə azərbaycanlı müsəlmanın tərəzisi düz deyil, altna maqnit ya ayrı şey yapışdırır?

Yaşlı nəslin yadında olar: azərbaycanlılar bazarlığa Tiflisə, Yerevana gedərdilər. Azərbaycannın mağazaları tərifli yetmişinci illərdə boş idi… İnd maraqlı bir şey deyim. Elə o vaxtlar Salyana xeyli gürcü gəlirdi. Ağbalıq, kürü almağa. Salyanlıların çoxu, kürü bir yana, ağbalığı da alıb yeyə bilmirdi. Gürcülər gəlib alır, aparıb yeyir, üstündən  gözəl ev çaxırı vurur və oxuyurdular…

Bizim mollalar deyirdilər ki, ağbalığı yemək olmaz, axçası yoxdur…

 

20. 10. 2026, Samara