Архив тегов | İlham Əliyev

300 spartalı və 350 salyanlı

Üç yüz əlli salyanlı İlham Əliyevə məktub göndərib xahiş edirlər ki hüquq müdafiəçisi Emil Məmmədovu azad eləsin.

Vallah, bu salyanlaılardan elə işlər çıxır ki, adam məəttəl qalır. A balam, İlham Əliyev məktub oxuyur? Yəni by salyanlılar fikirləşirlər ki, İlham Əliyev bu dünyanın keflərini qoyub onların məktubunu oxyacaq və oxuduqca da başını yelləyib deyəcək: “Mehriban, deyirlər salyanlılar ağ işlədirlər, qara işlədirlər, hamısı yalandır, gör nə məktub yazıblar! Zırıltı!” Mehriban xanım da deyir: “İlham, oxuyandan sonra cırıb atma, ver mən də oxuum…”

İndi mən fiikirləşirəm ki, bu 350 salyanlı məktub imzalamaq əvəzinə niyə gedib  Emil Məmmədovun yatdığı türmənin qabağına yığılmır? Ya niyə Bakıya gedib prezident idarəsinin qabağında nümayiş keçirmir?

Vallah, prezident İlham Əliyevə xahiş ərizəsi yazan insan dəlidir. Və o 350 salyanlı qoy allaha şükür eləsinlər ki, aparıb onları dəlixanaya salmırlar…

Ya da kabinetini qlobus bəzəyən çoban görkəmli icra başçısına sağ ol desinlər…

 

Mirzə ƏLİL

21.05.2014

AZƏRBAYCANSAYAĞI OPTİMİZM

Optimist və pessimist haqqında rus lətifəsi var. O lətifə Azərbaycan dilində və Azərbaycan mövzusunda təxminən bu cür olardı.

 

Pessimist: Azərbaycanda bundan artıq özbaşınalıq ola bilməz!

Optimist: Ola bilər, ola bilər!

PREZİDENTLƏ BALTAÇININ NAĞILI

Prezident lham Əliyev, nəhayət, Bakıda qiymətli ağacları  kəsəni tutub.

Cənab prezident düz üç gecə dalbadal kolluqda gizlənib ağacları güdüb. İki gecə dalbadal səhərə yaxın zat-aliləri yuxu tutub, ayılanda görüb ki, yenə neçə ağac kəsilib. Üçüncü gecə barmağını kəsib yarasını duzla doldurub. İndi daha yuxu hardan gələr? Bur tərəfdən yara zoqquldayır, o biri tərəfdən ağcaqanadlar qan iyinə gəlib tölkülüşürlər prezidentin üstünə. Hə, səhərə yaxın prezident görər ki, bir nəfər əlində yekə balta gəldi, yaxınlaşdı ağacların birinə. Elə baltanı qaldırıb ağaca çalmaq istəyəndə prezident qalxar kolluqdan, daldan yaxınlaşıb buna bir yaxşı təpik vurar. Baltaçı dönüb baxar, görər ki, təpik vuran prezidentdir. Yıxıalr yerə, elə həmin təpik vuran ayağı qucaqlayıb deyər ki, məni çevir Mehriban xanımın başına, qələt eləmişəm. Prezident ona deyər: “Sən Amerikada bu ağcaları kəssəydin, Amerika prezident bilirsən neylərdi? Bu baltanı alardı, sapını soxardı… Ancaq bizim ölkəmiz demokratik ölkədir, humanist ölkədir, tolerant ölkədir. Ona görə də mən sənə yüngül cəza verirəm. Mən səni icra başçısı göndərirəm…”

Deyirlər ki, Ramiz Mehdiyev prezidentin yarasında üç dəfə öpüb, yara sağalıb-gedib…

 

Mirzə Əlil

İNTERNETLƏ MÜBARİZƏNİN İKİ TÜRK KONSEPSİYASI

Bakıda türk dünyasının iki qoçaq lideri bu gözəl ə azad türk dünyası üçün ən aktual məsələni – sosial şəbəkələrə münasibəti müzakirə edəcək. Ədoğanın fikrincə şəbəkələrlə ən yaxşı mübarizə forması onları bağlamaqdır. İlham Əliyev də bağlamağın tərəfdarıdır, ancaq şəbəkəni yox, şəbəkədə siyasi fəallıq göstərənləri. İlham Əliyev haqlı olaraq belə hesab edir ki, şəbəkəyə anaşa atıb onu şərləmək çətindir, şəbəkə fəalını isə bu üsulla şərləyib dama salmağın mexanizmi Bakıda çoxdan yaradılıb və Azərbaycan  bu sahədə bütün dünyaya nümunədir.

BURUN MƏSƏLƏSİ

Xədicə İsmayılovanın hər gün prokurorluğs çağırıldığını xəbər verirlər. Uzaqdan-uzağa səbəbini başa düşmək çətindir. Bu məsələ bir az Xudayar bəylə Zeynəb əhvalatına oxşayır. Yəni İlham Əiyev Xədicəni almaq istəyir, Xədicə isə deyir ölərəm, ona getmərəm, İlham Əliyev də onu prokurorluğun vasitəsiylə itaətə gətirməyə çalışır… Bunun həqiqətə uyğunluğunu İlham Əliyevin burnundan da bilmək olar, çünki cənab Əliyevin burnu Xudayar bəyin burnuna çox oxşayır, Mirzə Cəlil yazırdı: “mən çox gözəllər görmüşəm ki, burunları əyridir, ancaq Xudayar bəyin burnu çox pis əyridir…” Bir tərəfdən baxanda Xədicə Xanım İlham Əliyevin burnuyla məqalə yazmayacaq ki. Əyridir əyridir də…

HAKİM VƏ ƏRİZƏÇİ

SƏHNƏCİK

Ərizəçi: Vətəndaş hakim, mən İlham Əliyevi məhkəməyə verirəm, bu da ərizə.

Hakim: Vətəndaş, ünvanı sıhv salmısan. Ərizəni götür get dəlixanaya.

Ərizəçi: Vətəndaş hakim, məni niyə dağa-daşa salırsan? Mən dəli məhkəməyə vermirəm, mən ağıllı adamı məhkəməyə verirəm, ölkə rəhbərini məhkəməyə verirəm…

İLHAM ƏLİYEV DEYİB Kİ, AZƏRBAYCAN KORRUPSİYA İLƏ DOLUB…

Prezident İlham Əliyev məlumat verib ki, «Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa yer yoxdur”. Yəni bütün yerlər dolub, bütün dəlmə-deşiyi korrupsiya tutub.

Azərbaycan balaca ölkədir də, gec-tez dolmalıydı…

Ona görə Azərbaycan məmurları və onların balaları indi başqa ölkələri yaman günə-qoyurlar… 

AĞCABƏDİ HARDADIR?

Əliyev: Ramil, təzə nə xəbər var?

Usubov: Ağcabədidə yüngül bir etiraz olub. Bahalıqdan narazıdırlar.

Əliyev. Ramil, Ermənistandan bahalıq milli problemdir.

Usubov: Zat-aliləri, ağcabədililər bizdəki bahalıqdan narazıdırlar.

Əliyev: Ramil, Ağcabədi ermənilərdə deyil?

Usubov: Möhtərəm prezident, Ağcadədi bizdədir.

Əliyev: Yəni deyirsən biz onu ermənilərdən almışıq? Mənə bəs niyə məruzə eləməmisiz?

Usubov: Zat-aliləri, Ağcabədi elə həmişə bizdə olub…

Əliyev: Ramil, mən indiyəcən elə bilirdim Ağcabədi ermənilərdədir, sən öl. Səhv eləmirsən ki?

Usubov: Zat aliləri, beş yüz faiz arxayınam.

Əliyev: Orda milli öndərin heykəli var?

Usubov: Orda milli öndərin çox heykəli var. Hamısı da biri digərindən göyçək.

Əliyev: Heydər parkı da var?

Usubov: Zat-aliləri, Ağcabədidə camaatın üzüm bağlarına da öndərin adı verilib…

Əliyev: İnternetdə gərək baxam…Deyirsən narazılıqları var?

Usubov: Bir balaca…

Əliyev: Nədən narazıdırlar? Bayraq meydanı var orda?

Usubov: Var, zat-aliləri.

Əliyev: Ramil, sən öl, bu ağcabədililər yəqin Ermənistandakı bahalıqdan narazıdırlar. Ürəkləri yanır. Mən özüm Serjlə görüşəndə ürəyim kabab olur. Sən öl, Ramil, rəngi kül kimidir…

 

26.01.2014

 

 

 

İRƏVANDAN ƏMR GƏLİR…

Bakıda müxalifətçi insanları Şəhidlər xiyabanına əklillə girməyə qoymayıblar. Polis əməkdaşları and-aman ediblər ki, bu barədə göstərişi İlham Əliyev yox, Serj Sərkisyan verib.

CƏNNƏT AZƏRBAYCANDA CƏZA ÇƏKMƏYƏ YER YOXDUR

Etibarlı mənbələrdən alınan məlumatlara görə, Azərbaycan Rusiya ilə apardığı son danışqlarda Dağlıq Qarabağın və ətraf rayonların qaytarılmasıda təkid etmir. Azərbaycan bunun əvəzində Rusiyadan Sibir ya Maqadan ərazisində Ağdam ya Zəngilan boyda bir yer istəyir ki, antimilli qüvvələri ora sürgünə göndərə bilsin.