Архив тегов | ingilis soneti

OSKAR UAYLD. ŞELLİNİN QƏBRİ

Grave of Percy Bysshe Shelley - Rome

Azarlı yatağının yanında odu keçən

Məşəllərə bənzəyir qəbir üstdəki sərvlər.

Burda daşqaşlı başlı kərtənkələlər gəzər,

Burda taxtı düzələr xırda bayquşun gecə.

+

Orda ki, alov saçır camda lalələr incə,

Piramidanın sakit, qaranlıq hücrəsində

Qədim dünya sifinksi yəqin gizlənir indi,
Göz qoyur, bayramını ölülər keçirincə.

+

Əbədi yuxumuzun böyük anası Yerin,

Şirindir həqiqətən, bətnində yatsa insan,

Narahat məzar sənə fəqət daha da şirin

+

Harahat dərinliyin mavi mağarasında,

Ya da batdığı yerdə ucaboy gəmilərin,

Ləpə döyən sıldırım qayalar arasında.

1881 (ilk nəşri)

ingiliscədən tərcümə

04.04. 2024, Samara

QEYD: İngilis şairi Şelli 1 iyul 1822-ci ildə yaxtada İtaliya sahilləri yaxınında gəzinti zamanı  boğulmuşdur. 10 gündən sonra cəsədi sahilə çıxmış, kremasiya edilərək külü Romanın protestant qəbiristanında basdırılmışdır.

++++++++++++++

Oscar Wilde

The Grave of Shelley

Like burnt-out torches by a sick man’s bed
    Gaunt cypress-trees stand round the sun-bleached stone;
    Here doth the little night-owl make her throne,
And the slight lizard show his jewelled head. Читать далее →

OSKAR UAYLD. KİTSİN QƏBRİ

Oskar_Uayld

(1854 –1900)

 Tanrının göyü altda, nəhayət ki, dincəlir,

Dünya haqsızlığından, əzabıbndan qurtulan.

Həyat, sevgi təzəykən həyatdan götürülən,
Yatır burda ən gənci işgəncəgörənlərin.

 +

Ssebastyan kimi rkən öldürülən, həm gözəl.
Salmır qaraçöhrələr onun qəbrinə kölgə,
Tər bənövşələr ancaq ağlayaraq şeh tökər,
Sölmaz səncir toxuyub məqbərəsini bəzər.

 +

İztirabdan partlayan sən ey qürurlu ürək!

Mitilinidən bəri! yoxdu sən tək şirindil!

Şairi-sənətkarı ingilis diyarının!

 +

Sularda yazıldı adın, fəqət silinməyəcək.

Yaşıl qalar xatirən – yaş axıdan az deyil.

İzabel suvarırdı necə ki, reyhanını.

1877, Bern

igiliscədən tərcümə

03. 04. 2024, Samara

Qeydlər:

Mitiini – yunan Lespos adasını paytaxtı; burda Uayld adada yaşamış böyük şairləri nəzərdə tutur.

İzabel – Kitsin “İzabel və reyhanlı güvəc” poemasına işarədir, poema “Dekameron” hekayəsi əsasında yazılmışdır.

++++++++++++++++++++++++++

 Oscar Wilde

The Grave of Keats

Rid of the world’s injustice, and his pain,
He rests at last beneath God’s veil of blue:
Taken from life when life and love were new
The youngest of the martyrs here is lain,
Читать далее →

PERSİ BİŞİ ŞELLİ. BONOPARTIN SÜQUTU İLƏ BAĞLI RESPUBLİKAÇININ DUYĞULARI

 (1792-1822)

Devrilən Tiran, sənə nifrət edirdim, sən tək

Miskin qul Azadlığın məzarı üzərində,

Rəqs edib şənlənərkən salırdın məni dərdə,
Sızladırdın. Taxtını elə quraydın gərək,

+
Qalaydı indiyədək. Qanlı cəlalı ancaq,
Üstün tutdun: dağıltı. Dağıntıları  Zaman,

Yaddaşlardan da sildi. Tanrıya yalvararaq,

Dedim yuxularında tökülə həmişə Qan,

 +

Xidmət elədiklərin: Xəyanət və Köləlik,

Qarət, Qorxu və Şəhvət girib səni boğalar.

Gecdir: Fransa həm sən torpaqdasız indilik.

 +

Gücdən, Yalandan artıq Xeyirin düşməni var:

Leqal Cinayət, Adət- köhnə düqnyadan qalan,
Zamanın ən eybəcər törəməsi – kor İman.

 

Gücdən, Yalandan artıq Xeyirin düşməni var:

Leqal Cinayət, köhnənin Ənənəsi,

Xoşəməlliyin daha qorxulu düşməni var,

Qüvvədən və Yalandan: Köhnənin ənənəsi,

Zamanın ən eybəcər törəməsi: kor İman.

 + 

Ən qorxulu düşəni Qüvvədən və Yalandan

Xoşəməlliyin da qorxulu düşməni var
Yalandan və Qüvədən: Adət, Leqal cinayət

Zamanın ən eybəcər törəməsi: kor İman.

1815

ingiliscədən tərcümə

02. 04. 2024, Samara

=======


Percy Bysshe Shelley

 

Feelings of a Republican on the Fall of Bonaparte

  

I hated thee, fallen tyrant! I did groan
To think that a most unambitious slave,
Like thou, shouldst dance and revel on the grave
Of Liberty. Thou mightst have built thy throne
Читать далее →

CON MİLTON. İYİRMİ ÜÇ YAŞININ TAMAMINA

John Milton

Nə tez ötdü gəncliyin mahir oğrusu – Zaman,

İyirmi üç ilimi apardı qanadında,

Tələsdi günlər üçdu, yubanmadı bir an da,
Keçib getdi son yazım bir çiçək də açmadan.
+
 

Bəlkə də görkəmimdir belə baxış aldadan,

Durmuşam yetkinliyin bəlkə astanasında;

Görünəndir içdəki yetkinlik az adamda —

Bəxtdir, zamanla həmdəm ruhlara nəsib olan.

 +

Hərçənd az olsun ya çox, sürətlə, yavaş ya da

Yenə elə həminki ən ciddi ölçüylə mən,

Yenə həmin məqsədə, miskin olsun ya ali,

 +

Zaman məni aparır, Tanrı iradəsi həm;

Belə də olar, əgər nəmət qismətim olsa

Böyük Ustad əlində fəqət hər şeyin həlli.

1632

ingiliscədən tərcümə

31. 03. 2024, Samara

Qeyd: Milton bu soneti təxmnən 1632-ci ildə, Kembrici bitirdikdən sonra yazmışdır. Milton etiraf edir ki, o, yaşıdları kimi yetkin görünmür, lakin talantının və Tanrıya inamınnın yardımı ilə məqsədə doğru getmək arzusunu bildirir.

 ++++++++++

 John MİLTON

On His Having Arrived at the Age of Twenty-Three

 

How soon hath Time,  the subtle thief of youth,
Stol’n on his wing my three-and-twentieth year!
My hasting days fly on with full career,
But my late spring no bud or blossom shew’th.
Читать далее →

CON MİLTON. 22-Cİ SONET. SAYRİEK SKİNNERƏ

John Milton

Sayriek, bu gözlərin üçüncü ildir daha,

Ləkəsizlik, təmizlik  xaici görkəmidir.

İşığını itirib, unudub görmək nədir;

Əksi düşməyir artıq onların boşluğuna

+

İl boyu ulduzların, günəşin və ayın da,
Kişinin, qadının da. Fəqət yox mənim heç bir

Şikayətim Tanrıdan. Nə də zərrəcə itir,
Ürəyimin ümidi, səbrlə, dayanmadan,

+

Yoldayam. Mənə dəstək nədir? — sən soruşursan.

Bu  anlamdır dəstəyim: vermək əsl şərəfdir,
Dost, azadlıq yolunda  göz işığını qurban,

+

Bütün Avropda da bunun söhbəti gedir.

Bu fikirlə qaçaram mən şöhrət azarından,

Koram, razıyam ancaq, bələdçi gərək deyil.

1655 ya 1656

ingiliscədən tərcümə

28. 03. 2024, Samara

+++++++++++++

JOHN MİTON

Cyriack, this three years’ day these eyes, though clear

To outward view of blemish or of spot,

Bereft of light, their seeing have forgot;

Nor to their idle orbs doth sight appear Читать далее →