Mümkündürmü bu, donna? Təcrübəsi illərin,
Təsdiq edir ki, hərçənd daha artəq ömr elər
Surət ki, dağ daşında yaradılır kəsərlə.
Yaradanısa zaman külə döndərər yəqin.
Gec ya tez – nəticəyə səbəb yenilir hökmən,
Təbiət üzərində sənət qələbə çalır.
Mənim gözəl heykəlim bir daha yada salır:
Əsərə bata bilər nə ölüm, nə də zaman.
Ömür verə bilərəm ikimizə də uzun,
İstənilən formada, rənglərlə ya daş üstdə,
Təki çöhrələrimiz yaxşı görünə bilə.
Sən köçəndən min illər sonra da qoy görünsün,
Sənin gözəlliyin də, məndəki bu qüssə də.
Və necə müdrikmişəm mən səni sevməyimlə.
italyancadan tərcümə
21. 04. 2026, Samara
+++++++++++++++++++++++++
Michelangelo Buonarroti
Com’esser, donna, può quel c’alcun vede
per lunga sperïenza, che più dura
l’immagin viva in pietra alpestra e dura
che ’l suo fattor, che gli anni in cener riede?
