«ŞEİRİNDƏ HƏMZƏTOV RƏSUL BİR ZAMAN…»

Şeirində Həmzətov Rəsul bir zaman
Demişdi: “cəbhədən geri dönməyən
Əsgərlər torpağa gömülməyiblər,
Onlar ağ durnadır, göydə qıy vuran.”

 

Bənzəsə də bütün müharibələr,

Hökmən bir-birindən fərqlənir onlar.

Bu fərq tərəflərin məqsədində var,

Və qəhrəman deyil ölən hər əsgər.

 

Durna qatarları keçir qara, ağ,

Göydə tükürpədən qıyyalar dinir.

Baxıram, indiki rus əsgərinin,
Sırada yerini görmürəm ancaq…

 

19. 06. 2026, Samara