QİSAS

U LENİ

Səcdə eləmirəm üzü Qibləyə,
Şəfəq qızaranda səhər və axşam.

Məscid qapısını mən nə açanam,
Nə papaq qoyanam, nə əba geyən.

 

 

 

Allahın xofuyla ruh dolu, ancaq
Tanrı buyuranla gedə bilmirəm,
Tamaha uyuram, fitnəyə mən həm,

Gözəllik, şirinlik qarşıma çıxcaq.

 

Ancaq bir hissim var müsəlmana xas:

Mənə sağ tərəfdən zərbə dəyən tək,

Solu uzatmıram İsa deyən tək — 

Qəlbimi  bir istək yandırır: qisas!

 

27.08. 2019, Samara